DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi
21-04-2021, 16:07
159

DGK sədri Səfər Mehdiyevin biznesmen dostu Talıb Əlixanbəyov- ATEF direktorunun əlvan metal biznesi

Mövzuya qısa giriş üçün qeyd edək ki, ATEF şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən  mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib. 
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur. 
Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. 
Oxucuda şirkətlə bağlı aydın təsəvvür yaratmaq üçün bunları qeyd edirik. 
Şirkət özəl olsa da dövlət tərəfindən  ATEF-ə milyonlarla vəsait ayrılıb. 
Bəs ATEF-in direktoru, əslində şirkətlər qrupunun Müşahidə Şurasını sədri  Talıb Əlixanbəyov nə edir ?
Yuxarıda zavodların siyahısını, istifadə olunan metalların, əlvan metalların kütləsini qeyd etməyə ehtiyac görmədik. 
Şirkətin zavodlarının istehsal prosesində min tonlarla əlvan metal yaranır. 
Kimin şübhəsi varsa, buyurub şirkətin zavodlarına gedə bilər. 
Bəli, Dövlət Gömrük Komitəsinin  sədri Səfər  Mehdiyevin  dostu olan Talıb  Əlixanbəyov həmin əlvan metalları  hazır məhsul adı ilə xaricə ixrac edir. Yəni həmin metallar xammal kimi deyil, DGK-da  hazır məhsul kimi sənədləşdirilir. Və arada yaranan külli miqdarda pul ATEF-lə DGK arasında bölüşdürülür. Qazanan Səfər Mehdiyev və Talıb Əlixanbəyov, itirən isə Azərbaycan dövlətinin büdcəsi olur. 
Digər bir vacib məsələni də qeyd edək. 
Deməli, ölkə başçısının birbaşa göstərişi ilə ölkədən valyuta axınının qarşısını almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ATEF Şirkətlər Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətini ciddi  çəkildə yoxlayıb. Və məlum olub ki, şirkət böyük məbləğdə  valyutanı ölkədən çıxarıb. Yəni avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində  ölkəyə heç nə idxal olunmayıb. Bu maxinasiyalar ATEF-də hər zaman olub. 
Şirkətdə daha  bir ciddi qanunsuzluq baş verir. 
İşçilərlə əmək müqaviləsi bağlanılmır, ya da iş müddəti az göstərilir, ancaq işçilər daha çox işlədilir. İşçilərə məzuniyyət pulu verilmir, əmək hüquqları kobud şəkildə pozulur. 
Bütün bunlar azmış kimi, indi də bəlli olub ki, ATEF-in şefi Talıb Əlixanbəyova  37 min avro atıblar. 
Bir sözlə,  o boyda zavodların işlədiyi şirkətlər qrupunda qanunsuzluqlar baş alıb  gedir. Görəsən, hüquq-mühafizə orqanları, İqtisadiyyat Nazirliyi, Vergilər Xidməti hara baxır ? 
İndi də İşğaldan azad olunmuş Qarabağın ərazisinin transfarmatorla təmin olunması “ATEF”ə həvalə olunub. Həə, işlər düzəldi. 
Şirkətlə bağlı araşdırmamız  davam edir.

Oxşar xəbərlər