Manşet
28-04-2021, 19:00
262
Rayonda binalar tikən Nərimanov ESTATE MMC özünü jandarm kimi aparır- “Premium Resedence”nin şərikləri Toğrul, İbrahim kimdir ?
Böyük pullar özü ilə bərabər böyük problemlər, hətta fəlakət gətirir.
Əslində böyük pullar quruculuğa, abadlığa sərf olunanda cəmiyyət də razı qalır.
Amma böyük pul sahibi olan məmurlar vətəndaşları incidəndə, onların hüquqlarını pozanda, mülkiyyətlərini qəsb edəndə cəmiyyətdə ciddi etiraz yaranır.
Bəli, bu gün bir çox məmurlar ( həm indiki, həm də sabiq ) birləşərək xalqdan oğurladıqları milyonları biznesə yatırır, qaz vurub qazan doldurmaq istəyirlər. Bu məqsədlə vətəndaşları illərlə sahib olduğu mülkdən məhrum edir, vətəndaşın obyektini buldozerə verir, “get hara əlin çatırsa, şikayət elə” deyir, hətta....
Bəli, gecələr tülkü kimi xəlvət gəlib obyekti uçurdur, hətta gecə kiminsə mülkünü yandırırlar, guya yanğın olub ( bu barədə yazacağıq).
Yəni son illər Bakı şəhərində pilot layihə adı altında elə cinayətlər baş verir ki, adam dəhşətə gəlir. Şirkət rəhbəri obyekt sahibini razı salmadan bezdirib öz yerindən çıxarmaq istəyir.
Belə şirkətlərdən biri də “Nərimanov ESTATE” MMC-dir.
Bu MMC-nin direktoru Əzizov Ruslan Şahin oğludur.
ESTATE MMC şəhərdə hündürmərtəbəli binalar tikmək üçün Premium Rezidence MTK-nı yaradıb. Və əsas işləri paytaxtda binalar tikib satmaq və pul qazanmaqdır.
Şirkətin bir neçə şəriki var. Onlardan biri Toğrul adlı şəxsdir. O, Şirvan Şəhər Polis İdarəsinin, Nərimanov RPİ-nin, sonra Xətai RPİ-nin polis rəisi olmuş, polkovnik Muradəli Babayevin yaxın qohumudur. Cənab rəisin adı avtoş oğluna görə, mediada çox hallanıb. Nərimanov rayonu ərazisində xeyli obyektləri var.
Şirkətin sahiblərindən biri də İbrahim müəllimdir. İbrahim müəllimin mərhum atası Goranboy rayonunda prokuror işləyib.
Toğrul müəllim özü isə əvvəllər Nazirlər Kabinetində çalışıb.
İndi isə tikinti biznesi ilə məşğuldur.
Fikir verdinizmi şəriklərin hamısı dövlət məmuru olub. Yəni öz vəzifə səlahiyyətlərindən istifadə edərək, özlərinə biznes qurublar.
Bu gün isə həmin məmurlar, Nərimanov rayonu ərazisində bina tikmək üçün vətəndaşların qanuni mülklərini sökmək, onlardan sənəd tələb etmək, hətta vətəndaşın qanuni hasarını gecə xəlvət sökmək kimi əməlləri törədirlər.
Təsəvvür edirsiniz, vətəndaşı razı salmaq üçün ona obyektin qanunsuz olduğu başa salmağa çalışırlar. Adama deyərlər, sən kimsən ki, vətəndaşın sənədlərinin qanuni, yoxsa qanunsuz olduğunu tələb edirsən.
Bir sözlə, Nərimanov ESTATE MMC özünü jandarm kimi aparır.
Araşdırmamız davam edir.