QHT rəhbəri Emin Əliyevin radikal dini təriqətlə nə əlaqəsi var ?
5-05-2021, 17:18
226

QHT rəhbəri Emin Əliyevin radikal dini təriqətlə nə əlaqəsi var ?

Bir daha  Qeyri-Hökumət Təşkilatları ilə bağlı  fikirlərimizi oxuculara çatdırmaq istəyirik. 
Əlbəttə, hər bir vətəndaşın  QHT yaratmaq hüququ var. Ancaq dövlət qulluğunda çalışan şəxsin QHT yaradıb dövlət resurslarından istiafdə etməsi yolverilməzdir. 
Bu bilirsiniz nəyə  oxşayır ?
Dövlət məmuru bizneslə məşğul olur və vəzifəsindən istifadə edərək öz biznesini genişləndirir. Bu bütün dünyada qadağandır. Yəni məmur biznes fəaliyyəti ilə məşğul ola bilməz. 
Bəs onda məmur necə QHT sektorunda çalışır ? 
Belələrindən biri də Kənd Təsərrüfatı Nazirliyində çalışan, keçmiş cəbhəçi  və “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “  İctimai Birliyinin təsisçisi  Emin Əliyevdir. 
Bir daha həmin fikrə qayıdırıq ki, Emin Əliyev  məmur ola-ola QHT yaradıb. 
Və  2020-ci ildə keçirilən parlament seçkilərində  Zəngilan-Qubadlı  dairəsindən deputatlığa namizəd olub. Olsun, bu da onun hüququdur. 
Amma xarici təşkilatlardan aldığı qrantlardan məcburi köçkünlərə  qəpik-quruş  paylamaq və səs qazanmaq istəyi yaxşı məsələ deyil. 
Birinci, sən o torpağın övladı olaraq  1-cə saat da o torpaq uğrunda vuruşmamısan. 
Sən bu günədək həmin məcburi köçkünlər üçün bir layihə həyata keçirməmisən. O insanları Milli Məclisdə təmsil etmək üçün sənin bir haqqın olmalıdır, cənab QHT-çi. 
Hansısa qaçqın ailəsinə 1 kq  vermeşil, 1 kq düyü, 2 ədəd koka kola vermək, nə  vaxtdan qeyri-hökumət işi olub ? 
Ümumiyyətlə,bəzi QHT-lərin arxasında əcnəbi barmağı var. 
Bizi qınamayın, Emin Əliyev, radikal dini təriqətlərin də bu məsələ də öz maraqları az deyil.  Sizin QHT-nin, yəni   “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “nın  vəhabilərlə və digər dini təriqətlərlə əlaqəsi varmı ? 
Bəs ailənizin, bəs doğmalarınızın ? 
Yaxşi olar ki, bu suallara özünüz cavab verəsiniz.

Oxşar xəbərlər