Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?
9-05-2021, 16:42
381

Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?

Mətanət Pirquliyeva bəzi saytlarda  özü barəsində  tərif yazdırır.

Belə bir kollecin məzununu hansı şirkət yüksək maaşla işə götürər?

Qısa məlumat üçün qeyd edək ki, Sumqayıt Texnologiya Texnikumu  1959-cu ildən fəaliyyət göstərir. Sonradan texnikumun  adı  Kimya Texnologiya texnikumu olmuşdur.  
1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır.
Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib 
Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir.
Kollec orta ixtisas təhsil müəssisəsidir və kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutunda  keçirlir. 

Bütün bunları nə üçün qeyd edirik ? 

Çünki bu kollecin ixtisaslarına ciddi ehtiyac var. 
Bəzən deyirlər ki, əcnəbi gəlib ARDNŞ-də ( SOCAR ) işləyib 5000 dollar maaş alır, bizimkilər isə 600-700 manat. 
Biz başa düşməliyik ki, XXI əsrdə ixtisaslı-peşəkar şəxslərə ehtiyac var. Sumqayıt Texniki kolleci isə yuxarıda sadaladığımız zavodlar üçün peşəkar kadr hazırlaya bilmir. Kolleci qurtaran məzunları hansı şirkət işə qəbul edər ? Özü də yüksək əmək haqqı ilə…
Çünki Kollecin direktoru Mətanət Pirquliyevanın başı rüşvətə, korrupsiyaya  qarışıb. 
Bir məsələni də qeyd edək ki, Mətanət Pirquliyeva özü barəsində tənqidi məqalələrə cavab olaraq bəzi saytlarda tərif dolu cızma-qaralar yazdırır. 
Bircə onu deyirik ki, vəsf zamanı deyil, Mətanət Pirquliyeva, öz işinlə məşğul ol, media mənsublarına ağıl vermə. 
Kollecdə öz ətrafına yığıdığın  rüşvət şəbəkəsindən hamının xəbəri var. 
Görəsən hamının xəbəri olan neqativ əməllərdən cənab təhsil naziri  Emin Əmrullayevin və Sumqayıt Dövlət Universitetinin rektoru  Elxan Hüseynovun niyə xəbəri yoxdur ? 
Cənab Elxan Hüseynov, bu kollec NK-nin qərarı ilə SDU-nun tabeçiliyinə verilib. Əgər sizin  kollecdə baş verənlərdən xəbəriniz yoxdursa, bu necə tabeçilikdir ?
Əgər xəbəriniz varsa, deməli baş verənlərə görə, məsuliyyət daşıyırsınız. 
Görəsən təhsil nazirinin niyə kollecdə baş verənlərdən xəbəri yoxdur ? 
Cənab nazir ! Bəs sizin  nədən xəbəriniz var ? 
Cənab nazir ! Sizin  Mətanət Pirquliyeva ilə Raya Nəcəfova arasında baş verənlərdən də xəbəriniz yoxdur ?
Söhbət  2001-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının  direktoru olmuş  Raya Nəcəfovadan gedir.   Onu da qeyd edək ki, Raya Nəcəfova kollecin direktoru  Mətanət  Pirquliyeva  dost-doğma  xalasıdır. Raya Nəcəfova isə  1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, sonra Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun bacısıdır. 
Bizim ağsaqqal hüquq alimi ilə heç bir problemimiz yoxdur, sadəcə qohumlarının problemini yoluna qoya bilsə, daha doğru olar. 
Bir məsələni də qeyd edək ki, AXC hakimiyyəti dövründə Azad Həmkarlar İttifaqı yaradan Raya Nəcəfova, son illər daha məsul vəzifələdə çalışır. 
Bu barədə növbəti yazıda.

Oxşar xəbərlər