Reketliklə məşğul olan “media rəhbəri” Vüqar Səfərli həbsxanadan xəbər göndərib.- O, KİVDF Müşahidə Şurası və İdarə Heyəti üzvlərini “türməyə” çağırır ...
16-05-2021, 11:44
211

Reketliklə məşğul olan “media rəhbəri” Vüqar Səfərli həbsxanadan xəbər göndərib.- O, KİVDF Müşahidə Şurası və İdarə Heyəti üzvlərini “türməyə” çağırır ...

2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)  icraçı direktoru olan  Vüqar Səfərlinin  ölkənin media siyasətinə vurduğu ziyanı aradan qaldırmağa hələ xeyli zaman lazım olacaq. 
Təkcə bircə  faktı, hamının gördüyü, bildiyi faktı ortaya qoyaq. 
Vüqar Səfərlidən öncə, qəzetlərin, jurnalların qəzet köşkləri vasitəsilə  yayımı var idi. 
Yəni hər gün hər birimiz görürdük ki, qəzet köşklərinin qarşısında  xeyli adam var. Sonra metroda, avtobuslarda, iş yerlərində  qəzet-jurnal oxuyan insanlara rast  gəlirdik. 
Ancaq Vüqar Səfərlinin və dostu - Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun “xidmətləri”   sayəsində bu gün ölkənin paytaxtı Bakıda bir nəfər qəzet oxuyana rast gəlmək mümkün deyil. Bu iki dost cütləşərək  qəzet köşklərini müxtəlif şəxslərə satdılar. Bu gün həmin köşklərdə  qəzetdən başqa hər şey satılır. 
Yəni bu cütlük ölkənin media siyasətinin başına oyun açdı. 
Həmin dövrdə  Vüqar Səfərli onun barəsində yazılan bütün tənqidi yazılara  “Böhtan, qərəz, məkrli kampaniya “ deyə cavab verirdi. 
İndi soruşan lazımdır ki, bəlkə sənin vəzifədən qovulmağın da, həbsxanada oturmağın da böhtandır, qərəzdir ? 
Sənin haqqında nə yazırdılar ?
Yazırdılar ki, Vüqar Səfərlinin sayəsində jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin çoxu jurnalistikaya aidiyyəti olmayan şəxslərə, texniki işçilərə, katibələrə, bir neçə evi olan jurnalistlərə verilib.
Bəlkə bu yalan idi, qərəz idi ? 
Yazırdılar ki, jurnalistlər üçün tikilən bina üçün ucuz və keyfiyyətsiz inşaat materialları almaq üçün şəxsən özün Çinə səfər etmisən, sənədlərdə isə həmin materialları az qala 10 dəfə baha sənədləşdirmisən. Bəlkə bu qərəz idi ?
Bunu istintaqda təsdiq ediblər. 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  Juranlistlər binasında 411 mənzillə bağlı araşdırma aparıb. 
Heç bir nüfuzu olmayan qəzetlərə 100 min manatlarla dövlətin vəsaitini ayırmısan və onları bölüşmüsən. Bu da yalandır ? 
İstintaq müəyyən edib ki,  2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsinə  105 min manat xərcləmisən. 
Bu yalandır, Vüqar  Səfərli ?  
Sənin bütün həyatın, fəaliyyətin başdan-başa yalan və cinayətdir, Vüqar Səfərli. 
Amma biz bir məsələdə insafımızı əldən vermərik. 
Sən bir məsələdə tam haqlısan. 
Bu yaxınlarda lazım olan yerlərə xəbər göndərmisən ki, mən bu işləri TƏK görə bilməzdim. Qoy, bu işdə iştirak edən digər şəxslər də cinayətə cəlb olunsun. 
Bəli, bir daha təkrar edirik ki, bu məsələdə Vüqar Səfərli tam haqlıdır. 
Axı, KİVDF  bir nəfərdən, yalnız  Vüqar Səfərlidən ibarət olmayıb. 
Bu qurumun neçə nəfərlik Müşahidə Şurası,  İdarə Heyətinin üzvləri, Həmkarlar Təşkilatı olub. 
Bəs bunlar hara baxırdı ? 
Müşahidə  Şurasi sədrinin müavini, İdarə heyətinin üzvü hara baxırdı ?
Bəs Həmkarların sədri Müşfiq  Ələsgərli nə edirdi orda ?
Vüqar Səfərlinin ''işbirlikçisi'' Müşfiq Ələsgərli niə həbs olunmur ?
Bəs digər MŞ və İH-nin üzvlərini işi nə idi KİVDF-də ?

Bəli, Vüqar Səfərli sizi çağırır yanına. Yəqin ki, istintaq da sizləri çağıracaq.

Oxşar xəbərlər