“Kommunist” nəşriyyatını kimlər işğal edib?- “Zastavada doğulan”lar və Qaragilə Əli Həsənov...
20-05-2021, 10:27
161

“Kommunist” nəşriyyatını kimlər işğal edib?- “Zastavada doğulan”lar və Qaragilə Əli Həsənov...

Keçmiş  “Kommunist”, indiki Azərbaycan nəşriyyatı deyəndə yada çox adlar gəlir. 
Əlbəttə, öncə sovet  dönəmində bu bina Mərkəzi Komitənin tabeçiliyində idi və dövlətin  ideoloji  “antenası”  idi. 
Sonradan, yəni müstəqillik dönəmində bu bina Prezident Aparatının İşlər İdarəsinin müdiri  Akif Muradverdiyevin “antenası”na çevrildi. 
Çünki Azərbaycan Nəşriyyatı İşlər İdarəsinin  tabeçiliyində idi. Sonra dövlət çevrilişi məsələsi ilə bağlı sabiq  səhiyyə naziri Əli İnsanov  və Akif  Muradverdiyev  həbs olunanda, bu binaya  prezidentin köməkçisi Əli Həsənov baxmalı oldu. 
Əli Həsənov isə nəşriyyatın  binasının bütün  ixtiyarını verdi nəşriyyatın  direktoru Ağabəy Əsgərova.

Ağabəy Əsgərov və Əli Həsənov  “dueti “ 

Ağabəy Əsgərov haqqında  ən doğru-dürüst  sözü  bir tədbirdə, hamının qarşısında tanınmış şəxslərdən biri deyib. Bunu sübut edə bilərik. 
Həmin hörmətli şəxs deyib ki, O “zastavada doğulub”. 
Bəli, Cəbrayılda, İranla sərhəd ərazidə, yaz vaxtı qönçə güllər açanda...
Yəni bunun adı Ağa, Bəy-filan ola bilər ee, amma məsləni bilənlər var axı. 
Deyir  kor atın kar nalbəndi olar. Bəli, zastavada  dünyaya gələnin Əli Həsənov  kimi dostu ola bilərdi. 
Ən yaxın dostları Əli Həsənov haqqında, atası haqqında, doğmaları barəsində mətbuatda nələr deməyiblər. Biz sadəcə, bu sözləri  təkrar yazmağı ayıb sayırıb, Qara gilə. 
Qara giləni elə-belə demədik. 
Qara gilə, Bakıda kvartirant qaldığın  günlər yadındadırmı ? 
Xatunça deyirdi ki, kaş Bakıda bizim də 1 otaqlı evimiz olardı...
 Bu gün  1 otağı deyil ee, o boyda nəşriyyatı zəbt etmisən, Qaragilə.   
Nəşriyyatın  yerində göydələn tikmək istəyirdin ?
Özün üçün Beynəlxalq Mətbuat Mərkəzi  inşa etmisən.
Ağabəylə həmən ərazidə neçə bina tikmisiniz ? 
Amma o boyda binanın bir normal lifti yoxdur. 
Binaya kənardan baxanda adam dəhşətə gəlir. 
Axı, bir zamanlar bu bina bir dövlətin az qala məbədi idi. 
Amma indi...
Ağabəy Əsgərovla Əli Həsənov bu binanı, məbədi qəhqəhəxanaya çevirib.

Oxşar xəbərlər