Gədəbəyin “maliyyə bossu” Namiq Məmmədovun korrupsiya şəbəkəsi ...- Bu adam hər ay idarələrdən faiz tələb edir və 100 min qazanır...
21-05-2021, 10:20
149

Gədəbəyin “maliyyə bossu” Namiq Məmmədovun korrupsiya şəbəkəsi ...- Bu adam hər ay idarələrdən faiz tələb edir və 100 min qazanır...

Uzun illərdir, Maliyyə Nazirliyinin  Gədəbəy rayonu üzrə Maliyyə İdarəsinin müdiri vəzifəsində çalışan  Namiq  Məmmədovun qanunsuz  əməlləri, rüşvətxorluğu, korrupsiya şəbəkəsi yaratması barədə ölkə mediası yazır. 
Namiq  Məmmədov yazılanlardan nəticə çıxartmaq əvəzinə bəzi saytlarda geniş müsahibə verir, yazılanları qara ləkə, böhtan, iftira adlandırır və deyir ki, Namiq Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir.
Bu adamdan soruşan lazımdır ki, sən nə haqla öz adınla Ulu Öndərin adını yanaşı çəkirsən, ümumiyyətlə, sən kimsən ki, Ulu Öndərin siyasi kursuna sadiq olasan ? 
Namiq Məmmədov, sən, ümumiyyətlə, siyasi kursun nə olduğunu anlayırsanmı ? 
İndi səndən soruşacağıq ki, neçə ildir büdcədən rayondakı idarələrə, məktəblərə, xəstəxanalara, klublara, bağçalara ayrılan dövlət vəsaitini köçürmək üçün “faiz” alırsan və bu yolla ayda  100 min manatdan artıq pul qazanırsan. 
Bu əməlin Ulu Öndərin siyasi kursuna sadiqlikdir, ay mən deyən?
Namiq Məmmədov, dövlət büdcəsindən rayona ayrılan vəsaitdən hər ay faiz alırsan. Bu dövlətin puludur, sənin dədənin, babanın pulu deyil ee…
Deyirsən, sənin barəndə yazılanlar böhtandır. 
Media haqlı olaraq yazır ki, maliyyə nazirinin müavini, sənin dostun Azər  Bayramov  maliyyə sektorunda “Gədəbəy qruppası”  yaradıb və həmin qrupun üzvlərindən biri də sənsən. Bu böhtandır ? 
Sən regionda sahibkarların kürəyinə  zəli kimi qonmusan, neçə ildir sorursan. Sən pul köçürmələrindən “sələm” yığırsan, ay  ''sələmçi''. 
Sən  rayonda adi bir idarə müdirisən, amma  böyük oliqarxa  çevrilmisən. 
İdarə və müəssisə  rəhbərləri hər ay sənin pulunu çatdırır. 
Sən  büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özünə “haqq”  tələb edirsən. 
Sənin rayonda neçə aptekin, villaların var ?
Çin səfirliyinin yanındakı binada bütün  mərtəbəni boya-boy götürmüsən, Sumqayıtda, Gədəbəyin  Slavyanka kəndində düz məktəbin həyətində villa tikdirmisən. 
Rayonun mərkəzi xəstəxanasının yaxınlığında özün üçün “Nur” kafesi,  “Nur”  marketi tikdirmisən. 
Sənin biznesinin sorağı Rusiyadan, Ukraynadan gəlir. 

Bu əməllərin Ulu Öndərin siyasi kursuna sadiqlikdirmi, ay mən deyən.
Tez-tez eyş-işrət məclisləri keçirirsən, deyirsən icra başçısı olacam. 
Deyirsən  heç naziri də saymıram. 
İndi də deyirsən ki, ətrafdakı rayonları, Şəmkiri birləşdirib səni regiona maliyyə bossu qoyacaqlar. 
Amma nazirliyin saytında vəzifən başqa cürdür. 
Lakin, zaman, dövran dəyişib, Namiq Məmmədov. 
Bir də gördün qara geyimlilər gəldilər. Və onda qara günlərin başlayacaq. Onda köməyinə  heç Azər Bayramov da çata bilməyəcək.
/Gundelik-baku.com/

Oxşar xəbərlər