Manşet
25-05-2021, 10:31
142
Kontakt Home şəhidin yataq çarpayısını müsadirə etdi...- Bunu nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq
Deputat Elnur Allahverdiyev deyir ki, bizə BİRLİK lazımdır.
Şəhidin kreditə alınmış yatağını-çarpayısını evdən aparan SƏNİNLƏ biz necə birlikdə ola bilərik..?
Bu gün Milli Məclisin üzvü, 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru, 2014-cü ildən 2019-cu ilədək Sloveniyanın Azərbaycanda Fəxri konsulu olmuş, 2018-ci ildən Azərcell-in Müşahidə Şurasının sədri və “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan…
Adamın vəzifələrinin, səlahiyyətlərinin “uzunluğuna” fikir verirsiniz….
Bəli, söhbət 1995-1999-cu illərdə ABU-da təhsil alan Elnur Allahverdiyevdən gedir.
Bəs adam necə fəxri konsul oldu, necə millət vəkili seçildi, necə ən böyük şirkətlərə sahib oldu..?
Bu suallar ətrafında baş sındırmağa dəyərmi ?
Elnar Allahverdiyev çox uzaq deyil, cəmi bir ay əvvəl, yəni şəhidlərimizin qanı qurumadan verdiyi müsahibədə deyir ki, BİZƏ BİRLİK LAZIMDIR, GÜC BİRLİKDƏDİR…
Cənab Allahverdiyev !
Kimlərdənsə eşitdiyin sözləri təkrar edirsən. Birlik başqa və fərqli anlayışdır. Oğrular, quldurlar, cinayətkarlar da BİRLƏŞİB GÜC olur, deputat olur, şirkət sahibi olurlar. Bizə oğruların, cinayətkarların birliyi lazım deyil.
Biz səninlə necə bir ola bilərik ki, sənin şirkətin şəhidin kreditə alınmış yatağını-çarpayısını evdən aparıb.
Adam, başa düşürsənmi, bu nə boyda rüsvayçılıqdır..?
Sən gələcəkdə çox günahlarını bəlkə də yuya biləcəksən, amma bu sənin alnında QARA LƏKƏ kimi qalacaq.
Şəhidin anası yalvarır ki, bu yataqda oğlum cəmi bircə ay yatıb sonra döyüşə getdi və şəhid oldu. Şəhidin anası deyir ki, bu yataqdan oğlumun iyini alıram, təsəlli tapıram.
Bütün bunlara baxmayaraq sənin şirkətinin nümayəndələri şəhidin yatağını zorla evdən aparırlar.
Adam, şirkətin cürbəcür bəhanələr gətirir, öz əməllərini əsaslandırmağa çalşırlar. Lap tutaq ki, şəhid ailəsini, yaxud qaynanasının sənin şirkətinə BORCU olub.
Adam, bu insan vətən uğrunda şəhid olub, hamımız, sən də ailən də, dədən, baban da o şəhidə borcludur.
Dədən dedik, yada atan Marat Allahverdiyev düşdü. Bəxtiyar Vahabzədənin oğlu İsfəndiyar Vahabzadə sizi ermənilərlə qohumluqda ifşa etmədimi ?
Niyə cavabını verə bilmədin ?
Atan Marat Allahverdiyev Ayaz Mütəllibovun vaxtında ən yüksək vəzifələrdə işləyəndə Ulu Öndər Heydər Əliyevin əleyhinə təbliğat aparmırdı ? Atan Heydər Əliyevin qatı əleyhdarı idi.
Düşərgənizi necə dəyişdiniz ?
Bu adam haqqında yazılanlarla bağlı bircə söz bilir - mənə qarşı qərəzlidirlər.
Yuxarıda yazdıqlarımızın hansı qərəzdir, hansı böhtandır ?
Sən Azərbaycan dövlətini aldatmısan, Sloveniyanın Azərbaycanda konsulu ola-ola deputatlığa namizəd olmusan. Bu yalandır ?
Sənin başqa bir dövlətin- Sloveniyanın qarşısında öhdəliyin olub.
Sənə məxsus Kontak Home şirkətinin istehlak kreditləri adı altında vətəndaşları aldatmasını, sənin cəmiyyətdə “sələmçi” adını qazanmağını və digər əməllərini nəyinsə ayağına bəlkə də yazmaq olar.
Amma gözü yaşlı şəhid anasının yalvarışlarına baxmayaraq oğlunun yatağını aparmağı, sən nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq. /Gundelik-baku.com/