Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?
1-06-2021, 15:52
288

Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?

350 minlik  avtomobili  qızına sən bağışlamısan, Şəmsəddin Hacıyev ? 

Bəs sən kimsən,  cənab Seymur Orucov ? 

Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?

Kamal Abdulla yaxın dostunun qızına necə və niyə vəzifə verdi ?

Bu gün Şəmsəddin Hacıyevin qızı,Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyeva Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın multikulturalizm məsələləri üzrə müşaviri təyin olunub.
Gundelik-baku.com-un ötən saylarında Çeşmi Hacıyevanın 350 minlik zirehli avtomobillə işə gedib gəlməsi ilə bağlı geniş yazımız olmuşdu. Və cəmiyyət tərəfindən heç də normal qarşılanmayaraq böyük qınaq obyektinə çevrilmişdi. Vətəndaşlar hətta Çeşmi Hacıyevanın həyat yoldaşı Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun vəzifədən azad olunmasını, Çeşmi Hacıyevanın atası Şəmsəddin Hacıyevin REKTORLUQ fəaliyyətinin araşdırılmasını, yediyi milyonları üzə çıxararaq həbs olunmasını arzu etmişdilər.Şəhərin ən bahalı yerlərində istirahət edən loru dildə desək şəhərin dadını çıxaran Çeşmi Hacıyevaya insanlar həsəd aparır. Dəyəri 10 minlərlə hətta 100 minlərlə ölçülən dünyada sayılı sayda buraxılan paltarların Azərbaycanda tək sahibi Çeşmi Hacıyeva olduğu söylənilir...
Axı Çeşmi Hacıyevaya başa salan yoxdu ki bu ÖLKƏ yiyəsiz deyil.
Azərbaycanın Prezidenti və vitse-prezidenti var...
İndi gələk əsas məsələyə.
Kamal Abdulla keçmiş rektor yoldaşı Şəmsəddin Hacıyevin qızını özünə müşavir təyin edib.
Kamal Abdulla bu o deməkdir ki, deyilənlər doğrudur ?
Sən Azərbaycan Dillər Universitetini öz obyektin kimi idarə edirsən ?
Səni o vəzifəyə Prezident İlham Əliyev etimad göstərərək təyin edib və sən o etimaddan sui-istifadə edirsən. Son addımın da sübut oldu.
Çeşmi Hacıyevanın təyinatını nəyin müqabilində vermisən ?
Çeşmi Hacıyeva sənin bu gün verdiyin təyinatı ay yarım qabaq öz yaxın dostları ilə qeyd etmişdi. Bu necə ola bilər axı ?
Bu o deməkdir ki, Azərbaycan Dillər Universitetində vəzifələr satılır ?
Bu dövləti-cinayətdir.
Deyilənlərə görə Şəmsəddin Hacıyevin Kamal Abdullaya günaşırı zəngində bizim uşağın işi noldu sualına yaxın günlərdə həll olacaq cavabı verirmişsən.
Qismət bu günəydi ?
/Gundelik-baku.com/

Oxşar xəbərlər