Qara yara, brüselyoz xəstəlikləri COVİD virusundan daha qorxuludur...- Baytarlıq və Fitosanitar Nəzarəti niyə ləğv olundu ?
1-06-2021, 20:14
179

Qara yara, brüselyoz xəstəlikləri COVİD virusundan daha qorxuludur...- Baytarlıq və Fitosanitar Nəzarəti niyə ləğv olundu ?

Bazarlarda heç bir laboratoriya yoxdur ... 


Vaxtilə, Kənd Təsərrüfatı nazirliyinin tabeçiliyində Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyət göstərirdi. 
Məlumat üçün qeyd edək ki, baytarlıq xidməti heyvan mənşəli ( ət, süt, qatıq, pendir, balıq, ov quşları və s ), fitosanitar xidməti isə bitki mənşəli məhsullara nəzarət edirdi. 
Təsəvvür edirsiniz,  fitosanitar xidmətinin icazəsi olmadan 1 ədəd gül-çiçək  gül köşkündə satıla bilməzdi. Nəinki gül , hətta ölkəmizə idxal olunan taxta materiallarına da nəzarət olunurdu ki, taxtanın üstündə  zərərli bitki həşəratı olmasın.
Bunu detallı yazmaqda məqsədimiz odur ki, insanların sağlamlığı  hər mənada qorunurdu. 
Axı, bazarda satılan xəstə heyvan əti, bir neçə günün ərzində insanlarda ağır qara yara, brüsülyoz  kimi ağır xəstəliklər yarada bilər. Bu gün çoxları covid  virusundan qorxur, amma bilmirlər ki, qara yara, brüselyoz xəstəlikləri covid  virusundan daha qorxuludur. 
Bəs onda kimin təklifi ilə bu qurumlar ləğv olundu. Və bütün səlahiyyətlər  Qoşqar Təhməzlinin QİDA agentliyinə verildi. Olsun, bizim nə Qoşqarla, nə də QİDA ilə davamız yoxdur. Davamız millətin gələcəyi, insanlarımızın sağlamlığıdır. 
Baxın, küçələrdə satılan ətə, heyvan cəmdəklərinə, şora, pendirə baxın, səkinin üstündə. XXI əsrdə bunu görənlər bizim gorumuza söyər e. Gələcək nəsil bu küçə nemətlərini yeyib xəstəlik tapacaq. Yaxud  səkilərin üstündə satılan meyvə-tərəvəzə baxın. 
Dönərxanalarda satılan  at-eşşək ətinə baxın. Ona kimlər nəzarət edir ? 
Bəs  o boyda nəzarət xidmətlərini ləğv edəndə nə fikirləşirdiniz?
Axı, cənab Prezident İlham Əliyev cənabları hər məsələyə vaxt ayıra bilməz. Bu fiziki cəhətdən mümkün deyil. 
Bəs siz hara baxırsınız, ey aqrar sahənin alimləri, hara baxırsınız, Aqrar Universitetin professorları, hara baxırsınız  cənab keçmiş və indiki nazirlər ? 
Deyəsən, gec də olsa, sağlam qüvvələr problemi başa düşdü. Və son məlumata görə, Kənd Təsərrüfatı nazirliyinin nəzdində Aqrar Xidmətlər Agentliyi yaradılıb. Və yuxarıda qeyd etdiyimiz  sahəni əhatə edən qurumlar yaradılır. 
Hətta hər rayonda AQX-nin rayon, ərazi qurumları olacaq. 
Bizdə media olaraq  bu məsələni gündəmdə saxlamağa çalışacağıq. 
Biz iddia etmirik ki, Baytarlıq və Fitosanitar Xidmətləri fəaliyyət göstərəndə hər şey əla idi. Yox. Sadəcə, bu sahəyə görə məsuliyyət  daşıyan qurumlar var idi. Yəni yaxasından yapışmağa qurum var. /Gundelik-baku.com/

Oxşar xəbərlər