Bakı bulvarını “Kaddeh Meyhane” zəbt edib...- Müvafiq qurumlar “Kaddeh Meyhane”ni, “Kaddeh Bulvar” görmür ?
22-06-2021, 10:57
326

Bakı bulvarını “Kaddeh Meyhane” zəbt edib...- Müvafiq qurumlar “Kaddeh Meyhane”ni, “Kaddeh Bulvar” görmür ?

Karantin dövründə burada səhərdən gecəyədək diskoteka…


Öncə ondan başlayaq ki, dünyanın böyük şəhərlərində olan bulvarlar  kütləvi gəzinti üçündür. 7-77-yə kimi insanlar bulvarda gəzib istirahət edirlər. 
Mavi Xəzərin  sahilində  yerləşən bizim Bakı bulvarı isə hamını heyran qoyur. Amma və lakin….
Yuxarıda qeyd etdik ki, bulvar, bahalı 5 ulduz otel deyil, bahalı restoran deyil ki, az sayda  ancaq yüksək imkanlı şəxslər getsin. 
Bir daha deyirik ki, bulvarın əsas səciyyəsi kütləvilikdir. 
Amma bizim Bakı bulvarında qiymətlər bəlkə də ən bahadır. 
Cənablar, bura kasıb da gəlir, pensioner də gəlir, fəhlə də gəlir, hambal da gəlir, nazir də gəlir, icra başçısı da, biznesmen də. 
Bulvarın fərqi budur. 
Kasıb adam yanındakı uşağına adi dondurma almaq istəyir. Amma bir ədəd  dondurma  3-4 manat, bir çaynik çay 7 manat, biz hələ digər nemətlərdən danışmırıq. 
Hətta tualetə getməyin də qiyməti yüksəkdir. Axı, burada təqaüdə çıxmış yaşlı insanlar da dincəlir. Bu qocalar  2-3 dəfə adi tualetə getsə, ciblərində pul qalmaz.
Bu günkü mövzumuz  Bulvarın Bayıl istiqamətində böyük ərazisini zəbt  etmiş  “Kaddeh ( yeni Nəsil)  Meyhane”dən, “Kaddeh Bulvar”dan olacaq. 
Birincisi  kütləvi gəzinti yerini zəbt etməyə bunlara kim icazə verib ? 
İkincisi, pandemiya dövründə səhərdən gecənin yarısınacan, burada rakılar süzülür, şampanlar partlayır, spirtli içkilər verilir, hələ üstəlik musiqilər, rəqslər, bir sözlə , diskoteka. 
Axı, ölkədə karantin qaydaları var, camaat 10-15 nəfərlik toy, yas edə bilmir, bunlar bulvarda  qanunları saymırlar. Bura gələnlərin də yanında mütləq  azı bir dənə “madumazel” olmalıdır. 
İçəri girmək üçün az qala xüsusi mühafizə yoxlayır.   
Bəs görəsən, hüquq-mühafizə orqanları hara baxır ?
Adi insanlar  maskasını bir az aşağı  edən kimi, başının üstünü kəsdirib 100-200 manat cərimə edirsiniz. 
Bəs bu boyda  “Kaddeh  Meyhane”ni, “ Kaddeh Bulvar”ı görmürsünüz ?
/Gundelik-baku.com/

Oxşar xəbərlər