At tövləsinə bənzəyən Sabirabad məktəbləri...- Ali məktəbə qəbula görə, Sabirabad ölkədə sonuncu yerlərdədir
22-06-2021, 18:44
197

At tövləsinə bənzəyən Sabirabad məktəbləri...- Ali məktəbə qəbula görə, Sabirabad ölkədə sonuncu yerlərdədir

Hacıbəbirli  kənd ümumi orta məktəbindən ali məktəbə daxil olan varmı ? 


Sabirabad təhsilindən söhbət düşəndə  bir neçə il əvvəl mediada yayılan bir xəbər yada düşdü. 
Deməli, Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru Diləfruz Mustafayeva məktəbdəki 50-yə yaxın müəllimin hər birinin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından böyük məbləğdə  kredit götürüb və deyib ki, narahat olmayın  hər şey mənlikdir. 
Bir müddət məsələnin üstü açılmayıb. Ancaq bir vaxtdan sonra məktəb direktoru 50 nəfərin adına olan krediti ödəyə bilmədiyi üçün bank müəllimlərin maaş kartından pul tutmağa başlayıb. Yəni məktəb direktoru Diləfruz xanımın fırıldağının, əslində cinayətininn  üstü açılıb. 
Rayonda aləm qarışıb. Və zərərçəkən müəllimlərin şikayəti əsasında  məktəb direktoru  məhkəmənin qərarı ilə 3 ay həbs edildi. 
Yaxşı yadımdadır ki, məktəb direktoru  Diləfruz xanım “içəridən”  rayonun icra başçısına necə ultimatum göndərdisə….. 3 gündən sonra məktəb direktorunu  ev dustaqlığına buraxdılar. Sonrası maraqlı deyil.
Sözümüzün canı odur ki, illər öncə az qala məbəd hesab etdiyimiz məktəblərdə indi nələr baş vermir. 
Məktəblərin tikintisinə, təmirinə ayrılan pullar mənimsənilir, məktəblər isə miskin durumda qalır. 
Cənab Prezidentimiz İlham Əliyev, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva  sağ olsun ki,  Azərbaycan təhsilinin inkişafı üçün  müasir tipli məktəblər inşa etdirirlər. 
Ancaq bu işə birbaşa məsul olan Sabirabad təhsil şöbəsi fil qulağında  yatıb. 
Belə təhsil müdirləri başa düşmür ki, bir dövləti məhv etmək üçün onun təhsilini  əlindən almaq yetər. Məşhur alim Küri əbəs yerə demirdi ki, təhsilsiz millətlər müstəmləkə olmağa məhkumdur. 
Sabiabaddakı  durumu pis olan məktəblətdən biri də Hacıbəbirli kənd ümumi orta məktəbidir. 
Vallah, adam utanmasa deyərdi ki, bura məktəbdən çox at tövləsinə bənzəyir. 
Düşünürük ki, bu yazıdan sonra rayon rəhbərliyi, Təhsil nazirliyi hərəəkətə keçəcək. 
Gözləyək. /Gundelik-baku.com/

Oxşar xəbərlər