Zərdablı şəhid atasının üstünə ŞIĞIYIB kəllə atan Mərdan Camalov...- Mərdan Camalovun qələminin vaxtı çatıb....
24-06-2021, 19:01
253

Zərdablı şəhid atasının üstünə ŞIĞIYIB kəllə atan Mərdan Camalov...- Mərdan Camalovun qələminin vaxtı çatıb....

Şirvanda 500 min dəyərində qiymətli metalı Vidadi Zeynalovla bölüşən Mərdan Camalov 



Sözün düzü, Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalova qələm bulamaq adamı türklər demişkən bıqdırır. 
Mərdan Camalov kimi  məmurların bircə yolu var ki,  hüquq-mühafizə orqanları dəlil-sübut toplayıb ( onsuz da dəlil-subutlar göz qabağındadır ) onların qələmini birdəfəlik qırmalıdır. 
Bir daha deyirik ki, keçmişi müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalovdan yazmaq bizim xoşumuza gəlmir və həvəsli deyilik. 
Sadəcə, rast gəldiyimiz bir fakt bizi məcbur etdi ki, yenidən Mərdan Camalova qələm bulayaq. 
Bəli, 1-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən  Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB  QIŞQIRARAQ  MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”. 
Mərdan Camalova yenidən  qələm bulamağımıza  səbəb şəhid atasının bu sözləri oldu. 
Gör  dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir. 
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Gəncənin icra başçısı Elmar Vəliyev də sənin kimi şəhid atasını döymək istəyəndə qeyrətli oğlanlarımızdan biri Elmarın qaşqasına necə bir kəllə qoymuşdusa, bir həftə ayağa dura bilməmişdi, sonrası da bəllidir. Sən belə aqibətdən qorxmursan, ay Mərdan Camalov ? 
Şəhid atası deyir ki, mən də başqa Zərdab sakinləri kimi qanuni sənədlərlə  25 illiyə  torpaq icarəyə götürmüşəm, taxıl, yonca  əkirəm, ailəmi dolandırıram: “ Mərdan Camalovun sifarişi ilə torpağı əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov verib”. 
Prezident İlham Əliyev demişkən, Camalov, sən Allahdan da qorxmursan ?
Şəhid atası deyir ki, azğınlaşmış Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.
İcra başçısı  şəhidin  ruhunu  təhqir  edir, şəhid ailəsinə isə hörmətsizlik  edir. 
Bəli, Şirvanda ən bahalı torpaqları satan, ticarət, ictimai-iaşə obyektlərini, restoranları  ələ keçirən, üstəlik  “DOST”  İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartlarını  seyfindən saxlayan Mərdan Camalov Şirvandan sonra  Zərdabı viranə  qoyur. 
Şəhid atasına kəllə atan Mərdan Camalovun Şirvanda Azəriqaza məxsus  3 min metr  iri diametrli borunun doğrayaraq  satması və qazandığı pulları o zamankı  baş prokuror  Zakir Qaralovla bölməsi hamıya məlumdur. 
Hələ bu harasıdır ? 
Mərdan Camalov Şirvandakı torpaqları  əvvəlcə hektarlarla, sonra kv.m   satıb  milyonlar qazandı. İndi də Zərdabın torpaqlarını satır. 
Hələ bu da harasıdır ? 
Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində bəlli oldu ki, Mərdan Camalov Şirvan şəhər telekomunikasiya qovşağından çıxarılan, dəyəri  500 min  manat olan  qiymətli metallara  şərik olub. 
Daha nələri deyək. 
Mərdan Camalov dünyanı bəlaya salan koronavirusdan da pul qazanır, sahibkarlardan pul yığır, iş adamlarına zülm edir. 
Bir sözlə, Mərdan Camalovun qələminin  vaxtl çatıb. /Gundelik-baku.com/

Oxşar xəbərlər