“Sən quldursan, sən 1 nömrəli rüşvətxorsan, İlqar Abbasov”...- Şirvanda İlqar Abbasovun “xərac yığanı” onun müavini Orxan İbrahimovdur...
29-06-2021, 11:30
168

“Sən quldursan, sən 1 nömrəli rüşvətxorsan, İlqar Abbasov”...- Şirvanda İlqar Abbasovun “xərac yığanı” onun müavini Orxan İbrahimovdur...

“Xərac yığan”  müavinin atası  Əhmədağa  İbrahimov Şirvan kollektor idarəsinin rəisidir. 

Söhbət Şirvan şəhər icra hakimiyyətinin  başçısı İlqar Abbasovdan gedir. 
Cənab Abbasov, sən Suraxanının icra başçısı işləyərkən bir qrup Hövsan sakini  sənin barəndə bu sözləri deyib və həmən  video hazırda  internetdə dəlil-sübut kimi var: “ Sən quldursan, sən 1 nömrəli rüşvətxorsan, İlqar Abbasov” 
Deməli, sənin qanunsuz sərəncamlarınla tikilən binalar, obyektlər  Hövsan qəsəbə sakinlərinin həyatını təhlükəyə atıb, onların evlərini qəzalı vəziyyətə salmısan, camaat evində rahat yaşaya bilmir, evlərin  zirzəmisi su ilə dolub, həmən evlər hər dəqiqə uçub başlarına tökülə bilər. 
Qəzəbdən üsyan edən insanlar sənin ünvanına nələr demir? 
Niyə bunlara cavab vermirsən ? Bəlkə öz haqqını  tələb edən sakinləri məhkəməyə verəsən ? 
Cənab Abbasov, sənin haqqında ölkədə “arendator” icra başçısı  deyimi yayılıb ? 
Vətəndaşlar deyir ki, İlqar Abbasov rayonları arendaya götürür. 
Səni biznesmenlikdən Nərimanova kim icra başçısı gətirdi?
Axı, biznesmenin cibi-cibişdanı olur, dövləti olmur, ancaq öz cibini düşünür. 
Nərimanovda ən bahalı torpaqları satıb Suraxanıya icra başçısı gəldin. Suraxanıda təkcə küçə ticarətindən milyonlar qazandın. Suraxanının torpaqlarını metr-metr satdın, bu torpaqlar sənə dədəndən, babandan qalmamışdı. 
Cənab Prezidentimiz  bəzi məmurlar haqqında “harınlamış” ifadəsini işlədir. 
Bəli, sənin bir məclisdə dediklərin bunun bariz nümunəsidir: “ Mətbuat nə yazır yazsın. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”. 
İlqar Abbasov, bu sənin çox böyük siyasi səhvindir və sənə baha başa gələcək. Əgər deməmisənsə, niyə açıqlama verib, təkzib etmirsən ? 
Bəli, İlqar Abbasov, cənab Prezident bu yaxınlarda dedi ki, əsas vaxtımı Qarabağın azad olunmasına sərf edirdim. 
Bəli, Qarabağ artıq azad olunub, indi cənab Prezident sizinlə məşğul olacaq, lap az qalıb, cənab İlqar Abbasov. 
Qaraçuxurda torpağın sotunu 10-12 minə satmağın,  təkcə Suraxanı qəsəbəsində  400-dən artıq  küçə ticarətinə qanunsuz  icazə verməyin,  Hövsanda dənizin kənarında  30 villanın tikintisindən milyonlar almağın, Günəşlidə 40-dan artıq şəxsi ticarət obyektin və s  bunlar hamısı  qarşına qoyulacaq. 
Hansı rayona gedirsən, qohum əqrəbanı da özünlə aparırsan. 
Bacanağın, qaynın yanından əskik olmur. 
Adam, bu dövlət  qurumudur ee, işə qəbul da imtahanla olmalıdır. Amma sən deyirsən başçı olduğum rayonu mənə arendaya veriblər. 
11 il Suraxanını satandan sonra indi də Şirvanı arendaya götürmüsən. Və təzə vergi tipi  icad eləmisən. 
Belə ki, karantin qaydalarına nəzarət adı altında Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələri polis müşaiyyəti ilə obyektlərə girir, əsaslı səbəb olmadan sahibkarları iri məbləğlərdə cərimələməklə təhdid edirlər.
Və bütün  bunları  sən-İlqar Abbasovun birbaşa göstərişi ilə həyata keçirilir və sahibkarlar iddia edirlər ki, məqsəd heç də karantin rejiminə nəzarəti həyata keçirmək deyil, rəsmi və ya qeyri-rəsmi şəkildə sahibkarlardan pul toplamaqdan ibarətdir. 
Utanmırsan,  alt paltar, tuman satılan dükandan aylıq alırsan, Abbasov ? 
Rayondakı abadlıq və yenidənqurma işlərini  sahibkarların boynuna yükləyirsən  və büdcədən bunun üçün ayrılan pulları mənimsəyirsən. 
Sən əhalini dövlətdən narazı salırsan, hətta dövlətə qarşı qaldırırsan, İlqar Abbasov. Bunun cavabını verəcəksən. 
Hələ sabiq səhiyyə naziri Əli İnsanova verdiyin gizli dəstəyi demirik. Bəlkə yığdığın milyonlarla müxalifətə keçirsən, cənab Abbasov ? 
Şirvanda fərdi ev tikintisinə 5 min manat alıb icazə verirsən
Onu da qeyd edək ki, Şirvanda İlqar Abbasovun “xərac yığanı” onun müavini Orxan İbrahimovdur. 
Orxan İbrahimov  Baş Şirvan kollektor idarəsinin rəisi Əhmədağa İbrahimovun oğludur.
Və atasının  dəstəyi ilə  İlqar Ababsov onu özünə müavin təyin edib. 
Bir sözlə, İlqar Abbasov, Şirvanda əməlli-başlı  bazar açıb. /Gundelik-baku.com/





Oxşar xəbərlər