Sabiq nazir Elmar Məmmədyarov 200 milyonluq “Şirvanşahlar” restoranını hansı pulla alıb ?- İstintaq obyektiv aparılarsa, keçmiş XİN şefinin həbsi qaçılmazdır...
2-07-2021, 18:25
139

Sabiq nazir Elmar Məmmədyarov 200 milyonluq “Şirvanşahlar” restoranını hansı pulla alıb ?- İstintaq obyektiv aparılarsa, keçmiş XİN şefinin həbsi qaçılmazdır...

2004-cü ildən 2020-ci ilədək  Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışan  Elmar Məmmədyarov  cəmiyyətin yaddaşında  azərbaycanca Müsyö  Jordan kimi  danışması ilə  qaldı. 
Doğrudan da, adam 16-17 il ölkənin Baş dipolamtı ola və yaddaşlarda  komediya personajı kimi qala, hələ üstəlik həyat yoldaşı da  yaponla Amerikaya  “qastrola”  gedə. Əsl rüsvayçılıqdır. 
Bunlar azmış kimi  Xarici işlər nazirliyi  boğazınadək korrupsiya bataqlığında  boğulurdu. 
Nəhayət, Dövlət Təhlükəsizlik Xidməti  XİN-də əməliyyat keçirdi, nazirliyin  bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə həbs edildi. Nazir isə həbsdən canını qurtara bildi. Ancaq sabiq  XİN şefinin ölkədən çıxışına STOP qoyulub və hazırda  XİN-lə bağlı istintaq davam edir. 
Bəli, atalar demişkən, adamın yerə baxanı, suyun lal axanı. 
Elmar Məmmədyarov  yerə baxa-baxa  16 il nazir olduğu dönəmdə özü və ailəsi üçün böyük biznes şəbəkəsi yaradıb. 
Neçə illərdir, Prezident səviyyəsində məmurların bizneslə məşğul olması, sahibkarlıq kimi hallar kəskin tənqid olunsa da, məmurlar nəticə çıxartmır.
Elmar Məmmədyarovdan soruşan yoxdur ki, sən biznesmen deyilsən, mal-qara ferman yox, zavodun yox, dövlətdən 4-5 min manat civarında maaş alırsan. 
Bəs onda  oğlanların üçün  Ameriklada 4,2 milyon  ABŞ dolları qiymətinə mənzilləri necə almısan ? 
Bəli, sabiq nazirin oğlanları Nyu-Yorkun ən bahalı bölgəsində yaşayır.
Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarovun ABŞ-ın Nyu-York şəhərində dəbdəbəli mənzili var. 
“Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub”.
Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Hələ  bu harasıdır. Bizim Elmar Məmmədyarovun  paytaxt   Bakıda,  rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin inzibati binasının arxasında “Şirvanşahlar” adlı restoranı fəaliyyət göstərir. Elit müştərilər üçün nəzərdə tutulan və qiymətlərinin hədsiz bahalılığı ilə digərlərindən seçilən “Şirvanşahlar” restoranının ümumi dəyəri isə nə az, nə çox – 200 milyon manatdan artıqdır. 
Restoranın iç divarlarında Azərbaycanımızın milli ornamentləri, qədim xalçalarımız və miniatürlərimizlə bəzənib, bir sözlə  muzey  restorandır.  Buranın başlıca müştəriləri isə dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir.
Məsələnin ən maraqlı  tərəfi isə budur ki, belə bir  bahalı restoranı  Elmar Məmmədyarov  hansı  pulla alıb ? 
Yəqin ki, istintaq və məhkəmə  bütün suallara aydınlıq gətirəcək.
Əgər  obyektiv istintaq aparılarsa,  Elmar Məmmədyarovun həbsi qaçılmazdır. /Gundelik-baku.com/

Oxşar xəbərlər