“Optimal Elektroniks”in baş ofisi gizli qurumdur ?- Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?
5-07-2021, 10:29
185

“Optimal Elektroniks”in baş ofisi gizli qurumdur ?- Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?

“Optimal”  məhsulu satıb qazanır, kredit faizlərindən qazanır, hələ müştərini də incidir 

“Optimal Elektroniks”dən yazmaq istəyəndə  qeyri-ixtiyari olaraq rəhmətlik  Dədə Ələsgərin  misraları yadıma düşdü: 
Köhnə dağarcığı tumaş yerinə, 
Aşıq Ələsgərə satma, hayıfsan. 
Oxucu düşünər ki, Aşıq Ələsgər hara, “Optimal Elektroniks” şirkəti hara ? 
Bəli, rəhmətlik aşığın dediyi də o idi ki, saxta məhsulu mənə təzə kimi sırıma. 
“Optimal Elektroniks” şirkəti də  köhnə mobil telefonları təzə adı ilə müştərilərə baha qiymətə satır. Müştəri telefonu qaytarmaq, ya da dəyişmək istəyəndə qəbul etmirlər, hətta “əlin hara çatır get şikayət elə”  deyib qapıdan qovurlar. 
Bu təkcə  mobil telefonlarla bağlı deyil. Digər elektrik avadanlıqları da eyni haldadır. 
Ütüsü xarab, soyuducusu  xarab, paltaryuyan maşını zay…
Müştəri  alır, 5-10 gündən sonra xarab olur. 
Qaytarmaq istəyəndə  deyirlər get servisə. Servis də deyir ki, artıq istifadə etmisiniz, xarab olub. Beləcə istehlakçıların başına  min cür oyun açırlar. 
Axı, bu ölkədə İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqları Departamenti var, ey cənablar. Siz dövlətdən niyə maaş alırsınız ? 
Şikayətçilər Baş ofisin yerini soruşanda cavab qısa olur: Baş ofisin yeri deyilməz…
Görəsən, baş ofis gizli qurumdur, nədir ki, onun yerini gizli saxlayırlar. 
Bir sözlə, Bakıda son 10-15 ildə  məişət və elektron avadanlıqları satan mağazaların sayı artır. Deməli, əslində bunların arasında  rəqabət olmalı və nəticədə müştəri məmnun qalmalıdır. Bu bazar iqtisadiyyatının aksiomasıdır.
Çox təəssüf ki, bizdə tam əksidir. Mağazaların sayı artdıqca, özbaşınalıq, müştəriyə hörmətsilik, nöqsanlar baş alıb gedir. Öz haqqını tələb edən vətəndaşı qapıdan qovurlar. 
Belə qanunsuzluqların baş alıb getdiyi mağazalardan biri, bəlkə də birincisi, “Optimal Electronics” Mağazalar Şəbəkəsidir. Bu şəbəkə mallarını kreditə verib pul qazanır, məhsulunu realizə edib qazanır, hələ üstəlik köhnə, yararsız məhsul satır. 
Birincisi, şirkət  satdığı məhsulla bağlı müştəriyə tam, dolğun məlumat verməlidir. İkincisi, müştəri məhsuldan narazıdırsa, məhsul yenisi ilə dəyişdirilməlidir, servisə göndərilməməlidir. 
“Optimal Electronics” Mağazalar Şəbəkəsində kreditə görə də  müştərilərin başına  oyun açırlar. Müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır.
Bir  sözlə, “Optimal Electronics”də özbaşınalıqdır. Bəlkə də şirkətdə ciddi vergidən yayınma da var. 
Bəs dövlət qurumları hara baxır ? /Gundelik-baku.com/

Oxşar xəbərlər