FETO-çu Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.
7-07-2021, 10:32
304

FETO-çu Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı aydın təsəvvür  yaratmaq üçün mütləq qurumun strukturunu, tabeli idarələri bilmək lazımdır. 
ASC-nin tərkibində aşağıdakı qurumlar var :
1.    Suvarma Sistemləri İdarəsi – Azərbaycanın hər rayonunda, yəni 80-dən artıq rayonda  bu İDARƏ var
2.    Kollektorların İstismar İdarəsi – 5 İdarə var- Baş Mil-Muğan, Baş Şirvan, Mərkəzi Muğan, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının istismarı idarəsi. 
3.  Suvarma  Sistemləri İdarələri 
Abşeron suvarma sistemləri idarəsi
Ağdaş suvarma sistemləri idarəsi
4. MEŞƏ MELİORASİYA İDARƏLƏRİ
Qarabağ meşə meliorasiya idarəsi
Mil-Muğan meşə meliorasiya idarəsi
Şirvan meşə meliorasiya idarəsi
5. SU ANBARLARININ, HİDROQOVŞAQLARIN VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏLƏRİ
Ağstafaçay, Bəhramtəpə, Yuxarı Xanbulançay, Mil-Muğan, Tərtərçay, Viləşçay, Əyriçay, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron, Cənubi Muğan, Şəmkirçay, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi
6. MELİORASİYA İDARƏLƏRİ
Ağcabədi meliorasiya idarəsi
Sabirabad meliorasiya idarəsi
Ucar meliorasiya idarəsi
Beyləqan meliorasiya idarəsi
7. MEXANİKİ SUVARMA İDARƏLƏRİ
Ağdam mexaniki suvarma idarəsi
Mollakənd mexaniki suvarma idarəsi
Pirəzə mexaniki suvarma idarəsi
Sabirabad mexaniki suvarma idarəsi

8. QIŞ OTLAQLARININ SU TƏMİNATI SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏLƏRİ
Acınohur, Bozdağ, Ceyrançöl, Qobustan, Mərkəzi Muğan, Pirsaat, Şirvan qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarəsi
9. SUBARTEZİAN QUYULARININ İSTİSMARI İDARƏLƏRİ
Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Şəmkir, Şəki, Tərtər, Tovuz subartezian quyularının istismarı idarəsi
10. MELİOSERVİS İDARƏLƏRİ
Ağdam, Bərdə, Bəhrəmtəpə, Kürdəmir, Qazax, Lənkəran,
Neftçala, Sabirabad, Salyan, Ucar, Yevlax, Zaqatala, Sumqayıt melioservis idarəsi,
11. ZAVODLAR VƏ İXTİSASLAŞMIŞ İDARƏLƏR
Meliorasiya-mexaniki təmir istehsalat birliyi
Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi
Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi
Texnoloji-istehsalat komplektləşdirmə idarəsi
Hidrogeoloji-meliorativ xidmət idarəsi. 
İndi təsəvvür etdinizmi, ASC dediyimiz  qurum hər bir nazirlikdən, komitədən  böyük  idarələrə  mailkdir, əslində az qala  dövlətin içində dövlətdir. Adi  ASC-nin bu qədər  idarəyə, zavoda sahib olmasını təsəvvür etmək olmur. 
İndi bu qurumdakı rüşvətin və korrupsiyanın “razmer”ini təsəvvürünüzə gətirin. 
Və 16 ildir  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olan Zakir Quliyevin bu illər ərzində qazandığı milyonları düşünün. 
Onu da qeyd edək ki, Zakir Quliyev adaşı, sabiq Baş prokuror Zakir Qaralovun himayəsi altında  16 il vəzifədə qalıb və yığıdıqlarını onunla bölüşüb. 
Zakir Quliyevin rəhmətlik atası  Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. 
Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin FETÖ təşkilatının üzvləri ilə çox sıx münasibətləri var. 
Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası var. Orada işləyən fəhlələr  faciə ilə üzləşsələr də  rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər. 
Zakir Quliyevin rayonun  Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. 
Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. 
Yeri gəlmişkən, rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən  Zakir Quliyev  böyük bir şəbəkə yaradıb. 
Zakir  Quliyev ASC-dən oğurladığı  milyonların hesabına qohum-qardaşlarını vəzifəyə yerləşdirib. 
Zakir Quliyevin  qardaşı  Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.

– Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib.
– Quliyevlərin əmisi oğlu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur.
Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir.
Bir sözlə, Zakir Quliyev SU-dan oğurladığı milyonların hesabına  böyük bir biznes imperiyası yaradıb. 
Redaksiyamıza daxil olan məlumata görə, yeni sədrin təyinatından sonra  qurumun daxilindəki bir çox idarələr birləşdiriləcək. 
Əgər ciddi  bir yoxlama olarsa, Zakir Quliyevin həbsi qaçılmaz olacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər