Rektor Mustafa Babanlı AZİ-də “ölücan” müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?
9-07-2021, 10:52
239

Rektor Mustafa Babanlı AZİ-də “ölücan” müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?

Divarları qaşıyan  REKTOR  Mustafa Babanlı...

Rektor  AZİ-ni ildə neçə dəfə “remont”  edir..?

Mustafa Babanlı AZİ-ni öz şirkəti kimi işlədir


 Mustafa Babanlının rektor olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  həqiqətən də nüfuzlu ali təhsil ocağı olsaydı, ölkədə ikinci bir  Bakı Ali Neft Məktəbini açmağa  ehtiyac qalmazdı. 
Görünür   yüksək  səviyyədə əmin olublar ki, Mustafa Babanlının əməlləri nəticəsində adına  xalq arasında AZİ deyilən  təhsil ocağı əvvəlki nüfuzunu itirib və onu bərpa etmək mümkün olmayacaq. Ona görə də ikinci Ali Neft Məktəbinə ehtiyac var.  
Amma  sovet dönəmində hamımızın yaxşı yadındadır ki, dünyanın bir çox ölkələrindən tələbələr gəlib AZİ-də təhsil alıb ölkələrinə yüksək neft mühəndisi kimi qayıdırdılar. Uzaq Kubadan, Anqoladan gələn tələbələr AZİ-də oxuyurdu. 
Sonrakı dönəmdə  Mustafa Babanlı  kimi rektorlar, AZİ-nin nüfuzunu çox aşağı saldı, hətta AZİ-ni ailə podratına çevirdi. Bəli, təəccüblənməyin, ailə podratı. 
Mustafa  Babanlı Universitetə rektor təyin edildikdən az vaxt sonra bacısı oğlu Rusif Hüseynovu özünə müşavir təyin edib. 
Bacısı oğlunu müşavir təyin etdikdən sonra Mustafa Babanlı bacısı gəlini, yəni müşavirinin xanımını da Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib.
Bacı oğlu ilə yoldaşının hər il Universitetin büdcəsi hesabına xarici ölkələrə səfərlərə göndərir.  
Daha  ailə biznesi, ailə podratı necə olmalıdır ki ? 
Bəs, Azərbaycanda korrupsiya ilə bağlı qəbul edilmiş qanunda yazılıb ki, yaxın qohumların bir qurumda çalışması korrupsiyaya yol açır. 
Cənab rektor, qanunları niyə tapdalayırsan ? 
Sonra bir vacib məsələni də qeyd edək. 
Rektor Mustafa Babanlı AZİ-nin divarları ildə bir neçə dəfə qaşıyır, “remont” adı ilə pulları silib mənimsəyir. Axı, bu pullar  tələbələrin təhsil haqqından toplanıb cənab rektor. Və təhsilin səviyyəsinin yüksəlməsinə sərf olunmalıdır, divarları qaşımağa yox. Əslində divar qaşımaq bəhanədir, söhbət yüz minlərin silinməsindən gedir. Yəni “remont”  biznesindən. 
Ancaq Mustafa Babanlının  biznesi bununla bitmir. 
Sonra imtahan biznesi gəlir. 
Universitetin tələbələri özləri deyir ki, Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir. 
Bundan böyük nə ittiham ola bilər, cənab rektor  ? 
AZİ-də  qayıb biznesi çiçəklənir və ən biabırçı hal odur ki, qayıbın qiymətini  rektor müəyyən edir. 
Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb, özbaşınalıqların, haqsızlıqların sayı hesabı yoxdur. 
Təkcə tələbələr deyil, AZİ-nin müəllimləri, alimlər də Mustafa Babanlıdan çox narazıdır. Nəinki narazıdırlar, hətta rektoru məhkəməyə  veriblər. Bərəkallah, müəllim yoldaşları rektoru məhkəməyə  verib. 
Belə rektordan tələbələr hansı tərbiyəni alsın ? 
 Mustafa Babanlı  öz bacı oğluna və onun həyat yoldaşına ən yüksək maaş yazır, ancaq 11 ilin müəlliməsinə 1 ayda 3 dəfə töhmət verir. Bu necə olur ? 
Səbəb nədir ?
Müəllimə məhkəməyə verdiyi iddia ərizəsində yazır ki, rektor onu zorla işdən çıxartmağa çalışır. 
Səbəb isə odur ki, rektorun fakültələrlə görüşü zamanı müəllimə universitetdəki problemlərdən, fakültədaxili qruplaşmalardan danışıb və əlavə edib ki, universitetdə  “ölücan müəllimlər” var, yəni adları  gedir, maaş alırlar, amma dərsdə olmurlar. 
Və dərsə gəlməyən “ölücan müəllim”  dərsə gələn müəllimlərdən daha çox maaş alır.
Mustafa Babanlı universitetdə kafe biznesi ilə də məşğul olur. 
Bəli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmir. 
Hətta buna görə, hətta Vergilər Nazirliyi universiteti  cərimələyib də. 
Cənab rektor hətta universitetdə magistr təhsili alan qızı Məhsəti Babanlıya da maaş yazır. 
Mustafa Babanlı AZİ-ni öz şirkəti kimi işlədir. 
Bəs görəsən, təhsil naziri Emin Əmrullayev hara baxır ? /Gundelik-baku.com/

Oxşar xəbərlər