Manşet
10-07-2021, 10:31
165
Səadət Sarayında ( Nigah evi) təntənəli nigah mərasimləri başladı...- “Təntənəli” MMC kimə məxsusdur və mərasimlərdən götürdüyü gəlirlər kimə çatır ?
“Səadət Sarayı” ( “Nigah evi) haqqında uzun-uzadı danışmağa ehtiyac görmürük.
Hamıya məlumdur ki, milyonçu Murtuza Muxtarova məxsus olan bu saray 2007-2012-ci illərdə restavrasiyadan sonra Nikah evi kimi fəaliyyətə başladı. Sarayda müxtəlif tədbirlər, o cümlədən nikah mərasimləri həyata keçirilir.
Səadət Sarayının müdiri İradə İskəndərovadır. Hörmətli İradə xanımın fəaliyyəti və iş prinsipləri hamını qane edir və müasir tələblərə cavab verən idarəçiliyi təqdir olunur.
Koronavirus-karantin qadağalarından sonra Səadət Sarayı yenidən nikah mərasimlərinin keçirilməsinə başlayıb. Və gənclərimizin xoşbəxt günləri, xoşbəxt anları bu sarayda yaddaşlara həkk olunur. Bir daha təkrar edirik ki, İradə İskəndərovanın fəaliyyəti sarayın müştəriləri tərəfindən bəyənilir. Amma...
Amması odur ki, Səadət Sarayında mərasimlərin təşkili yalnız bir şirkətə “Təntənəli“ MMC-yə həvalə edilib. Və İradə xanımın müsbət işlərinə baxmayaraq, nikah mərasimlərinin təşkilində xeyli neqativ hallar var ki, bunun məsuliyyətini sarayın digər vəzifəli şəxsləri daşıyır.
Təkcə bir neqativ halı qeyd edək ki, mərasimlər keçirilərkən müştərilərə yazılı çeklər verilir. Və yazılı çekdə hansı rəqəmlər və necə əks olunur. “Təntənəli” MMC-nin verdiyi çeklərdə rəqəmlər necə dəyişir ?
Bu ciddi bir araşdırma yazısının mövzusudur. Növbəti sayımızda oxuya bilərsiniz.
P.S. “Təntənəli” MMC-nin düsturu olan 170 – 50 = 120 formulunun açılışı nə deməkdir ? /Gundelik-baku.com/