Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil Bazarkomu”dur ?- Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESi ...
13-07-2021, 10:16
150

Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil Bazarkomu”dur ?- Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESi ...

Təhsil Nazirliyi  “Narxoz”un filialına çevrilib...


Son illər Azərbaycanda  çox mənfi, neqativ və çox zərərli bir  ənənə yaranıb. Deyirlər ki, məktəb direktoru müəllim olmaya bilər. Bu təhsilə ən böyük zərbədir. Necə yəni məktəb direktoru müəllim-pedaqoq olmaya bilər ?
Bəlkə, məktəb direktoru polis işçisi, bəlkə baytar, bəlkə aqronom olsun ?
Ümumiyyətlə, hansısa bir sirrli əl Azərbaycan təhsilini uçuruma aparır. Bunu açıq-aydın görmək olur. Azərbaycan təhsilində bir şablonçuluq, əzbərçilik yaranıb. 
Bu proses “narxoz”nikləri  Təhsil Nazirliyinə gətirəndə baş verdi. Və Azərbaycan Təhsil  Nazirliyi büsbütün “Narxozu”  bitirənlərin əlinə keçdi. Nazirlikdə olan az-çox təcrübəli pedaqoq  alimlər, peşəkar təhsil mütəxəssisləri uzaqlaşdırıldı. Əslində Təhsil Nazirliyi bu gün “Narxoz” filialına çevrilib. 
Belə “narxoznik”lərdən biri də Firudin Qurbanovdur. 
Axı, Firudin Qurbanov hara, Təhsil Nazirliyi hara ? 
Onu qoyun İqtisadiyyat nazirliyinə, Hesablama Palatasına  və digər qurumlara. 
Bilirsiniz İdman Akademiyasına riyaziyyatçını, yaxud  fiziki rəhbər qoymaq nə qədər gülüncdürsə, Firudin Qurbanovun Təhsil Nazirinin müavini olması da o dərəcədə gülüncdür. 
Bu adam uzun illər Kooperasiya İnstitutunda çalışıb. Həmən insitut ölkədə ən rüşvətxor ali məktəbdir. 
Bu adam  Futbol Federasiyasının prezidenti olub. 
Axı, futbol hara, Təhsil Nazirliyi hara ? 
Bizim hörmətli Firudin Qurbanovun personası ilə işimiz yoxdur.. 
Amma...
Firudin müəllim, Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ''rüşvət'' məsələsində ad çıxarmışdı. 
Sonra cənab Qurbanov 2014-cü ildə  təhsil nazirinin müavini oldu. 
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu. 
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu. Yəni bir əldə iki qarpız tutmaq kimi. 
Bəli, qısa müddətdə böyük  yığım olmalı idi. 
BDU-nun rektoru olan kimi Firudun Qurbanov, xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların  qiymətini dəfələrlə  artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ?, A qiymətləri yazdırdı ? Və rüşvət yığımına start verdi ?
Rektor Firudin müəllim  saxta  distant diplomlar verib ? 
Firudin Qurbanov nazir müavini kimi  orta məktəblərə  müəllim düzəltmək,  şagirdlərin yerdəyişməsi və s  məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun: 
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. 
Ötən yazımızda sabiq maarif  naziri  Mehdi Mehdizadə ilə Firudun Qurbanov arasında paralel-müqayisə aparmşdıq. Ancaq bu dəfə düşündük ki, bu iki adı hətta yanaşı çəkmək rəhmətlik Mehdizadənin ruhuna hörmətsizlikdir. Çünki Mehdizadə əsl pedaqoq , Firudun Qurbanov isə təhsil “bazakomu”dur. /Gundelik-baku.com/

Oxşar xəbərlər