Biləcəri yükdaşımanın rəisi Elçin Aydınovun fiziki və psixoloji durumu yerində deyil…- Yəqin bunu Aydınovun səfir və müşavir dayıları nəzərə alacaq..
13-07-2021, 10:18
166

Biləcəri yükdaşımanın rəisi Elçin Aydınovun fiziki və psixoloji durumu yerində deyil…- Yəqin bunu Aydınovun səfir və müşavir dayıları nəzərə alacaq..

Bütün dünya  nəqliyyat və dəmir yollarını ölkənin qan-damar sistemi adlandırır. 
Digər tərəfdən  dəmir yolları  ölkənin ən strateji sahəsidir. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun  bu məsuliyyətli vəzifəyə gəlişindən sonra ölkənin dəmir yolu sistemində ciddi müsbət dəyişikliklər baş verib. 
Əbəs yerə Azərbaycanı hər mənada Şərqlə Qərb arasında körpü adlandırmırlar. Bu gün Şərqdən Qərbə doğru qatarlar gedir, böyük həcmdə yükdaşımaları var. 
Yəni xarici ölkələrin  yükləri və məhsulları da ölkəmizin dəmir yolundan istifadə edir. Ona görə də bu sahədə çalışanlar ikiqat məsuliyyətli olmalıdırlar. 
Təəssüf ki, bəzən yükdaşıma sahələrinə məsuliyyətsiz adamlar rəhbərlik edir. 
Haqqında bəhs edəcəyimiz şəxs, Biləcəri yükdaşımanın rəisi Aydınov  Elçin Aslan oğludur. 
Bu şəxs ölkəmizin Avstriyadakı  fövqəladə  və səlahiyyətli  səfiri ( o Slovakiyanı da təmsil edir )  Fuad İsmayılovun bacısı oğludur. 
Elçin Aydınovun  digər dayısı Sənan müəllim isə  “Azərbaycan Dəmir Yolları” QSC sədri  Cavid Qurbanovun müşaviridir. 
Yəqin ki, Elçin Aydınov dayısı Sənan müəllimin vasitəsilə Biləcəri yükdaşımanın rəisi olub. 
Bizim məqsədimiz  kimin vasitəsilə olması deyil. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, dəmir yol sahəsi iki qat məsuliyyət tələb edir. 
Elçin Aydınov isə nəinki məsuliyyətsizdir, bu sahədə çalışmağa  uyğun deyil. Hətta vizual  müşahidə ilə bilmək olur ki, bu adamın fiziki və psixloji  durumu yerində deyil. Deyə bilmərik uşaq vaxtı travma alıb, yoxsa sonradan baş verib. 
Ancaq bildiyimiz odur ki, Elçin Aydınovun Biləcəri yükdaşımanın rəisi kimi məsuliyyətli vəzifəni daşıması çox təhlükəlidir. 
Yəqin ki, bunu “Dəmiryol”un rəhbərliyi nəzərə alacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər