Əli Abbasovun qudası Etibar Pirverdiyevin həbsi gözlənilir...- Dünya Pirverdiyeva və Eldar Abbasovun Londondakı şirkətləri ...
15-07-2021, 10:26
160

Əli Abbasovun qudası Etibar Pirverdiyevin həbsi gözlənilir...- Dünya Pirverdiyeva və Eldar Abbasovun Londondakı şirkətləri ...

Etibar Pirverdiyev  100  milyonları haradan qazanıb ?


Ulu Öndər  Heydər  Əliyev deyirdi ki, dövlət iki şeydən sarsılır: “ Günahkar cəzasız qalanda və günahsız cəza alanda”. 
Bu müdrik məsəli nə üçün xatırladıq. 
Hamıya bəllidir ki, Mingəçevir İES-də baş verən qəza nəticəsində Azərbaycan iqtisadiyyatına  500 milyon, yəni yarım  MİLYARD  ziyan dəymişdi. 
Ancaq  “Azərenerji”  ASC-nin prezidenti Etibar Pirverdiyev  vəzifədən getməklə canını qurtara bildi. Və bugünədək  Pirverdiyev  cəzasız qalıb. 
Bu cəmiyyətdə  xeyli suallar doğurur. 
Axı, necə ola bilər ki, dövlətin milyardlarını mənimsəyib böyük qəzaya səbəb olan, ölkəni zülmətə qərq edən şəxs  heç nə olmamış kimi bu gün qollarını sallayıb arın-arxayın gəzir. 
Nəinki arxayın gəzir, hətta bu yaxınlarda Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona  satıb. 
Görəsən ona deyən oldumu ki, ay adam, gətir dövlətə vurduğun ziyanın 1 faizini deyil ee, 0, 3  faizini ( 500 milyonun 1 faizi  5 milyon, 1.6 milyon isə 0,3  faiz ) qaytar. Yox, deyən olmadı. 
Guya Etibar Pirverdiyevə deyən var ki,  qızın Dünya Pirverdiyevanın Londondakı şirkətləri milyonları haradan qazanıb ? 
Yeri gəlmişkən, Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir. 
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım  Londonda bir neçə şirkətə  sahibdirlər. 
Ünvanları da budur : 
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. 
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqları milyonlar  xarici  banklarda  fırlanır. 
Etibar Pirverdiyev  energetik olmaqla  yanaşı, həm də bankirdir, bank sahibidir. 
Son məlumatlara görə, cənab  Etibar  Pirverdiyev  ona məxsus  Ekspress  bankı  satmağa hazırlaşır. 
Görəsən, 10 il əvvəl Belorusiyada kartof, soğan satan  Etibar  Pirverdiyevin ağlına gələrdimi, nə vaxtsa bank sahibi olacaq. 
Azərbaycan xalqınınn  pullarının hesabına  Etibar Pirverdiyev  təkcə bank sahibi deyil. Adamın dəvə fermaları,  100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri. 

 Əgər  sadə bir yoxlama aparılsa, Etibar Pirverdiyevin  Bayraq meydanı  tikintisində dövlətin milyonlarını taladığı üzə çıxacaq. 
Yəqin ki, bir gün  bu məmləkətdə  bir ədalət məhkəməsi qurulacaq. Və o zaman  Etibar Pirverdiyev kimilər mütləq xalq və qanun qarşısında cavab verəcəklər. /Gundelik-baku.com/

Oxşar xəbərlər