MADO vergidən yayınır ?- Fətullah Gülənin “obyekt”ı niyə bağlanmır ?
16-07-2021, 11:04
150

MADO vergidən yayınır ?- Fətullah Gülənin “obyekt”ı niyə bağlanmır ?

MADO  gəmidə oturub gəmiçi ilə dava edir...



2010-cu ildə  Bakının mərkəzində  fəaliyyətə  başlayan MADO restoranlar şəbəkəsi  barədə bəlkə də çoxları çox şey bilmir. 
Məlumat üçün qeyd edək ki, MADO türk dilində MA-raş şəhərinin ( şirkətin  əsası 1850- ci ildə ilk dəfə bu  şəhərdə qoyulub) adından  və DO-ndurma  sözündən götürülüb. Bu gün dünyada MADO-nun  300-dən artıq ticarət mərkəzi var. 
2010-cu ildə Bakıda fəaliyyətə başlayan MADO-nun paytaxtın mərkəzi rayonlarında  xeyli filialı var. Səhər yeməklərindən tutmuş, türk mətbəxinə və dondurmaya qədər hər şey verilir.  
Bir neçə ay öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilmişdi.  Reyd zamanı  MADO-ya aid olan kafelərdə də  qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olmuşdu. 
Bütün bunlar azmış kimi  MADO-nun adı həmişə Fətullah Gülənin adı ilə qoşa hallanır. 
Maraqlıdır ki, bir neçə il əvvəl Fətullah Gülənin adı ilə bağlı olan  Qafqaz universiteti bağlananda  MADO-nun bağlanması da gündəmdə idi. Sonra hansısa sirrli bir əl MADO-nu  bağlanmaqdan xilas etdi. 
MADO-nun adı təkcə Gülənlə bağlı deyil, həm də vətəndaşlarımıza hörmətsiz davranışı ilə  yadda qalıb. 
Təsəvvür edirsiniz, MADO-ya gələn əcnəbilərə qarşı həmişə yüksək nəzakət, mehribanlıq göstərilir, yerli sakinlərə qarşı isə hörmətsizlik edirlər. 
Adama deyərlər, gəmidə oturub gəmiçi ilə dava edirsən. 
Vətəndaşlarımıza hörmət etməyən MADO görəsən  dövlətə  hər ay nə qədər vergi ödəyir ? 
Və ən əsası vergidən yayınır ? 
Onu da qeyd edək ki, MADO uzun müddət bəzi deputatlarımızın, vəzifəli şəxslərin oylağı olub. “Rəbiyyətin oğlu”nu  da  tez-tez  burada görmək olardı. 
Deyilənlərə görə, MADO az qala  FETO-nun baş qərargahı-ştabı  kimi fəaliyyət göstərir. 
MADO eyni zamanda  dini yönümə üstünlük verir, dindar müştəriləri xüsusi  qarşılayır.   
Sözün qısası, MADO ölkəmizdə FETO sevdalılarının mərkəzinə çevrilib. 
Görəsən, əlaqədar qurumlar hara baxır ? 
Vergilər Nazirliyi,Qida Agentliyi niyə göz yumur ?
Necə olur ki, universiteti bağlaya bilirlər, amma restorana  güc çatmır. /Gundelik-baku.com/

Oxşar xəbərlər