Qubanın icra başçısı Ziyəddin Əliyevin ŞOK siyahısı…- İcra başçısı bələdiyyə sədrlərini “hərraca” çıxarıb ?
23-07-2021, 17:01
353

Qubanın icra başçısı Ziyəddin Əliyevin ŞOK siyahısı…- İcra başçısı bələdiyyə sədrlərini “hərraca” çıxarıb ?

Qubanın icra başçısı Ziyəddin Əliyevin ŞOK siyahısı 

İcra  başçısı sədr vəzifələrini “hərraca”  çıxarıb ? 


Ömrü  boyu “yol sökməklə”, müxtəlif  Yol İstismar İdarələrində vəzifədə  çalışaraq  dövlətin yol tikintisinə ayırdığı  on milyonları mənimsəməklə məşğul olan Ziyəddin Əliyev  2017-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Qısa giriş üçün  qeyd edək ki, bu adam  Qubada xırda bir parkı abadlaşdırmaq üçün 300-400 min xərcləyir, amma 1 milyon 700 min manat silir. 
Ziyəddin Əliyev  Ukraynadakı asfalt zavoduna  7 milyon avro kapital qoyub. 
Bu adamın mülkləri, biznes obyektləri  Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Çexiyaya, Avropanın böyük şəhərlərinə qədər geniş  ərazidə yayılıb. 
Deyilənə görə, Ziyəddin  Əliyev Qubadakı hər sahibkardan, hər dükandan “aylıq” alır, hətta koronavirusdan pul qazanır.
Bu qısa girişdən sonra keçək Ziyəddin Əliyevlə bağlı əlahəzrət  “fakt”lara. 
Deməli, Qubadakı  34 bələdiyyə  qurumunu öz  biznesinə çevirən Ziyəddin Əliyevin  əməlləri  dövlətə, dövlətçiliyə sanki qara ləkədir.  Dövlət siyasəti, rəhbər vəzifədə işləmək yol çəkmək deyil, Ziyəddin müəllim!
Birinci, Qubanın ən böyük bələdiyyəsi olan Quba şəhər bələdiyyəsindən başlayaq. 
Təqdim etdiyimiz  siyahının əsl mahiyyəti və məzmunu oxuculara və  müvafiq orqanlara bəlli  olacaq: Bunu biz demirik , qubalılar deyir cənab başçı. İlk öncə onuda qeyd edim ki, məsələ ilə bağlı 15 gündür münasibətinizi öyrənmək üçün sizi aradıq, amma tapa bilmədik. Yazı dərc olunsa da münasibətinizi bildirmək üçün cavab haqqınızı tanıyırıq. 
1. Quba  şəhər  bələdiyyəsinin sədri Məmmədova Humayə Muxtar qızı  250 min ...
Humayə xanım  köhnə xalçaçıdır, Qədim Quba Xalça müəssisəsinin müdiri olub. İndiyədək heç bir seçkili orqanda iştirak etməyib. Lənkəranlıdır, Qubaya gəlin köçüb, sonra boşanıb. İndi həm bələdiyyə sədri, həm də xalça sexinin rəisidir. Humayə xanımın oğlu Siyəzəndə polis rəisinin müavinidir, Qəçrəşdə “Qədim Quba”  restoranı var. 
Onu da qeyd edək ki, Quba şəhər bəldiyyəsinə  sədr qoymazdan əvvəl 3 nəfərin adı siyahıda olub: keçmiş bələdiyyə sədri Zakir m. - 50 min, Dağlı bələdiyyəsi Natiq m. 100 min, sonra Humayə xanım 250 min. 
Zakir müəllimin 50 mini qaytarılıb,  Natiq müəllim isə olub  Dağlı bələdiyyəsinə sədr. 

2. Birinci Nügədi bələdiyyəsinin sədri  Xəlilov Sərxan Təbərrüz oğlu, İkinci Nügədi bələdiyyəsinin sədri - Mütəllimov Alim Səlim oğludur. Hər iki bələdiyyəyə Eldar Orucov  sponsorluq edir. Camaat deyir ki, əsl həqiqətdə 2-ci Nügədidə sədr Alim, 1-ci Nügədidə isə sədr Babadır. Siyahıda hər ikisinin qarşısında  80 min manat yazılıb. Adı çəkilən Eldar Orucov özünün maliyyə imkanlarından istifadə edərək, bir neçə bələdiyyəyə sədr seçdirir və öz maraqlarının yüksək səviyyədə təminatına nail olur. 
Eldar Orucov Bakıda  Neft  şirkətində  hüquqşünasdır. 
Eldarın  2-ci Nügədidə  dəyəri  milyonlarla ölçülən  “Macəra” istirahət mərkəzi var. Rayonda kənd təsərrüfatı idarəsinin rəisi də  Eldarın əmisi oğlu Babək Orucovdur. 10 min manat alıb onu bu vəzifəyə təyin ediblər.  
Eldar Orucovun Vəlvələ kənd ərazisində 120 hektar torpaq sahəsi olan bağı var,  əmisi oğlu Babək Orucov nəzarət edir.  Bu məsələlər dərindən yoxlanılsa bizə elə gəlir ki, cavabını Kürdəxanıda ya da Şüvəlanda axtarmalı olacağiq. 
3. Timiryazev bələdiyyəsinin sədri Eldarov Məhəmməd Şahbaba oğlu  - 50 min  
4. Alpan bələdiyyəsinin sədri Seyidov Əziz Ramazan oğlu-  35  min və  əlavə torpaq sahəsi verib. Sədrin  ali təhsili yoxdur.
5. Hacıhüseynli bələdiyyəsi. Siyahıda bir nəfərin qarşısında 100 min olub, sonra köhnə bələdiyyə sədri Nəzirov Azər Arif oğlundan  30 min alınıb.
6. Barlı  bələdiyyəsinin sədri Xadimi Vüsalə Həsən qızı. Əvvəl  Barlı bələdiyyəsinin keçmiş sədri  Kərimdən  25 min alınıb. Və Kərim  AKKORD-dan 50 min keçirtdirib  bələdiyyənin hesabına,  sonra başçı deyib ki, get 50 mini gətir. Bələdiyyə pulu verməyəndə onu işdən çıxarıb və verib məhkəməyə  və həmin pulu keçirtdirib Yol İdarəsinin müdiri Gülağanın şəxsi yol firmasının hesabına. 
Yeri gəlmişkən, İcra hakimiyyətinin  süpürgədən kommunala, tikintidən təhsilə qədər  bütün tenderlərini Gülağanın “Taleh-A”  firması udur. Bir daha xatırladaq ki, Gülağa müəllim Quba yol idarəsinin rəisidir. 
7. Qırız-Əlik  bələdiyyəsinin sədri  Məmmədov Nadir Qazəhməd oğlu  35 min  
8. Qəçrəş  bələdiyyəsi  – əvvəl Faiqin adının qarşısında 10 min olub, sonra icra başçısı deyib ki, 150 min yaz. Faiq razılaşmadığı üçün bir qızı  bələdiyyə sədri qoyublar. O isə uzun müddət işə çıxmadığı üçün  Kərimov Vüqar Mirzəbala oğlu bələdiyyə sədri olub. O eyni zamanda Qımıl Qayma kənd  məktəbinin direktorudur. Məktəb direktorunun adının qarşısında “torpaq sahəsi”  yazılıb. 
9. Xınalıq bələdiyyəsinin sədri  - Əskərova Azadə Mahir qızı. Bu qız Bakıda oxuyur və işləyir. Və bələdiyyənin yerini də tanımır.
10. Cici bələdiyyəsi – 35 min  Ömərov Arif Məşari oğlu
11. Amsar  bələdiyyəsi  Seyidov Həsən Fərman oğlu  80 min  
12. Qonaq kənd  bələdiyyəsinin sədri Əhmədov Firuz Vəzir oğlu. Qabağı boşdur.
13. Yerfi bələdiyyəsinin sədri- Həsənov Əbülfət Oktay oğlu, qarşısında boşluqdur.
14. Söhüb bələdiyyəsi - Hacıyev Hacıbala Mirzaşah oğlu  15 min  

15. Xaltan bələdiyyəsi - Şıxnəsirli Budaq Məmmədnəsib oğlu ---

16. Zərqava bələdiyyəsi - Sultanov Həcibaba Mikayıl oğlu  - 15 min 

17. Vəlvələ bələdiyyəsi - Məmmədov Tahirmirzə Gülmirzə oğlu  12 min  
18.  Talabı  Qışlaq  bələdiyyəsi  -Məmmədov Mahir Minacəddin oğlu  10 min  
19. Alekseyevka  bələdiyyəsi  - Manafov Elçin Sabir oğlu  10 min  
20. Zərdabi bələdiyyəsi - Sadıqova Aygün Vaqif qızı 8 min 
21. Vladimrovka bələdiyyəsi -Sona Yaqubova  Məmməd qızı ----pulsuz
22. Ağbil  bələdiyyəsi - Tağıyev Şahin Hacıbala oğlu  10 min
23. Digah-Xuçbala bələdiyyəsi -  Əhmədov Veysəl Şamil oğlu  7 min 
24. Susay  bələdiyyəsi  - Səfərəliyev Murad Araz oğlu, hələ qabağı boşdur 

25. Aşağı  Atuc bələdiyyəsi -  Şıxbalayev Varlıq Xalıq oğlu  5 min 

26. Tüləkəran bələdiyyəsi- Hüseynov Rauf Kamran oğlu.
Birinin adının  qarşısında  4 min yazlmışdı və bələdiyyə sədri  idi, sonra dözmədi ərizəni yazıb çıxdı və Rauf bələdiyyə sədri oldu 
27. Buduq bələdiyyəsi - Həsənov Vaqif Hacəhməd oğlu  icra nümayəndəsi Şahinin  qardaşıdır... 

28. İspik bələdiyyəsi - Kərimov Toğrul Bəxtiyar oğlu  5 min 

29. Qırmızı qəsəbə -  Yadadayeva Yafo Ariilovna ---bundan pul almaq olmaz.

30. Rustov  bələdiyyəsi  Kazımov Aydın Məmmədşirin oğlu – 10 min 

31. Güləzi  bələdiyyəsi - Çingizi qoyublar canı ilə əlləşir,  Cəfərova Səidə Səbuhi qızı olmaq istəyir. 
Beləcə  bələdiyyəni öz şəxsi biznesinə çevirən icra başçısı Ziyəddin Əliyev  31 icra nümayəndəsindən 24-nü  işdən çıxarıb və “hərrac”da  qalib gələnləri təyin edib. 
Təkcə bir ildə  2 şəhər icra nümayəndəsini 4 dəfə dəyişib. 
İcra hakimiyyəti aparatındakı  31 işçidən 29-nu işdən çıxardıb, 3 dəfə 1-ci müavini dəyişib, o birilərini də həmçinin. 
Artıq  Ziyəddin Əliyevin əməllərinə görə, Qubada heç kim vəzifəyə getmək istəmir. 1-ci müavin yeri 7 aydır ki, boşdur. Maliyyə şöbəsində işləmək istəyən yoxdur. 
İcra başçısının “bələdiyyə və icra” biznesindən başqa  Qubada  restoranları da var.  
1. Vladimirovka kəndində “Fayton”  restoranı 
2.  28 may parkında   “Qızıl-Qax”,  “Qızıl-Qaya”, Təngaltı kəndində “Təngə”  restoranı, Gənclər  parkında  kafe restoranları
3.  Qəçrəşdə  50 sot  sahədə 2 böyük evi, indi  3-cünü tikdirir. Bu və ya digər faktların araşdırılması hüquq mühafizə orqanlarının işidir. Bizim vəzifəmiz isə o dəftəri nəzərdən keçirdib, faktları çatdırmaq idi. Yazıda adları çəkilən bütün şəxslərin münasibətlərini dərc etməyə hazırıq. 
P.S. Növbəti  yazımızda Korrupsiyanın apardığı yoxlamanın nəticələrindən və Ziyəddin Əliyevin sosial kartlarından bəhs edəcəyik.
 /Gundelik-baku.com/

Oxşar xəbərlər