Express bankın sahibi ETİBAR PİRVERDİYEV bütün mülklərini satır- PİRVERDİYEV ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?
28-07-2021, 10:38
147

Express bankın sahibi ETİBAR PİRVERDİYEV bütün mülklərini satır- PİRVERDİYEV ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?

Ay alan məmləkəti rey satıram…

Etibar Pirverdiyev  nəyi varsa satır…

Ekspress bankını satır, torpaq sahələrini satır, fındıq bağlarını satır  və…

Cənab  Pirverdiyev  aradan çıxmaq istəyir


Məmurlar adətən almağa, qamarlamağa  adət ediblər, verməyə satmağa yox. Yəni bunlara hər şeyi özününküləşdirmək xasdır. Başqasına vermək, özgəsinə satmaq yox. 
Amma son vaxtlar məmurların öz əmlaklarını, dəyəri milyonlarla ölçülən mülklərini  satması adi hal alıb. 
Görəsən nə baş verir ?
Adətən deyirlər ki, batan gəmini birinci siçovullar tərk edir. 
Əslində bəzi məmurlar da  siçovul kimidirlər, hər şeyi didib-dağıdan, ziyanxor. 
Amma deyəsən gəmi məsələsi deyil. Məmurlar həbs olunacaqlarından  qorxub əmlaklarını satırlar, mülklərini başqasının adına keçirirlər, yəni bunların öz gələcəyinə ümidləri yoxdur, düşünürlər ki, bu gün-sabah həbs oluna bilərik. 
Hətta məmurlar öz  ailələrindən, həyat yoldaşlarından boşanırlar ki, sabah nəsə olsa, heç olmasa, xanımlarının adına olan mükləri qoruya bilsinlər. 
Sözün qısası, məmurlar hazırda güc veriblər müklərini satmağa. 
Belə sabiq məmurlardan biri də Etibar Pirverdiyevdir. 
Söhbət  “Azenerji”nin keçmiş prezidenti  Etibar Pirverdiyevdən gedir. 
Bəli,  digər məmurlar kimi  Etibar Pirverdiyev də ona məxsus  olan  “Ekspres bankı”  satışa çıxarıb. Bankı kimə və neçəyə satacağı  barədə bizdə ilkin məlumat olsa da, hələ dəqiqləşdirmə aparırıq. 
Ancaq  bir şeyi dəqiqləşdirməyə ehtiyac yoxdur. Etibar Pirverdiyev də  digər məmur həmkarları kimi qorxuya düşüb, təlaş keçirir, həbs olunacağını  hiss edir. Ona görə də dəyəri 10 milyonlarla ölçülən bankı satmaq qərarına gəlib. 
Əslində  Etibar Pirverdiyev bu günədək xeyli əmlakını sataraq, pula çevirib və həmin milyonlar xarici banklarda, ofşor zonalarda  dövr  edir. 
Etibar Pirverdiyevin cavan qızı  Dünya Pirverdiyevanın Londondakı şirkətləri hansı pullarla fəaliyyət göstərir ? Əlbəttə, atasının və qaynatası- sabiq rabitə naziri Əli Abbasovun xalqdan oğurladığı milyonların hesabına. 
Bəli, bir daha təkrar edirik ki, məmurlar məhz qorxudan öz mülklərini satırlar. 
Hətta bəzi məmurlar yalandan özlərinə xəstəlik kağızı düzəldir və  çətin məqamda  müalicə adı ilə ölkədən qaçmaq istəyirlər. 
Etibar Pirverdiyev də məhz  qorxudan  bu addımları atır. 
O, təkcə bankını satmır. 
Bu yaxınlarda  cənab Pirverdiyev  Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona  satıb. 
Cənab Pirverdiyev bankını satır, torpaq sahəsini satır, dəvə fermalarını,  100 hektarlarla fındıq bağlarını, Xudatda, Şabranda bazarlarını və daha nələrini satır. 
Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, ay alan məmləkəti-Rey satıram. 
Bəli, Pirverdiyev nəyi varsa, satır və...aradan çıxmaq istəyir. 
Amma Pirverdiyev  aradan çıxa bilməyəcək. 
Zamanında  başının üstünü kəsəcəklər. Və o Azərbaycana vurduğu ziyanlara görə mütləq cavab verəcək. /Gundelik-baku.com/


Oxşar xəbərlər