Ağaclara qənim kəsilən atanın deputat oğlu polisi döyər..- Deputatı atası kəsən ağacların ahı tutdu...
4-08-2021, 10:14
238

Ağaclara qənim kəsilən atanın deputat oğlu polisi döyər..- Deputatı atası kəsən ağacların ahı tutdu...

Dağıstan Universitetinin qiyabiçi tələbəsi necə deputat oldu ? 



Deməli, düz 1 ay öncə  mediada xəbər yayıldı ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndində təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə 70 min manata yaxın məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.
Görəsən rayon prokurorluğu  nə qərar qəbul etdi ? 
Demək olar ki, heç nə. 
Bəli, kim rayonun deputatının  atasının xətrinə dəyə bilərdi ? 
Necə yəni qanun şahdan üstündür ?
Qanun şahın deyil e, heç deputatın atasının yanından keçə bilməzdi. Və keçə bilmədi də. 
Deputat Eldəniz  Səlimovun  atası, “Qərb Ekol” şirkətinin sahibi Adil Səlimov heç nə olmamış kimi fəaliyyətini davam etdirir. 
Bax, bu cəzasızlıq mühitidir. Qanun şah olmayanda belə də olmalıdır. 
Ancaq bu dünyada bir ilahi ədalət deyilən  dəyər var. 
27 hektar sahədə ağacların qırılmasından düz 1 ay sonra oğul - Milli Məclisin Xaçmazdan  olan deputatı Eldəniz Səlimovu ağacların ahı tutdu. 
O filmdə deyir e, Nikolayı müsəlmanların ahı tutdu. 
Atasının cinayətindən sonra oğul cinayət törətdi. Və Xaçmazda əməlli-başlı vurub keflənən deputat rayon polisinin əməkdaşını döyüb. Hətta sonra döyməklə kifayətlənməyərək, xəbər göndərib ki, gəl hamının qarşısından məndən üzr istə. 
Pahh atonnə. 
Döyən deputat, amma döyülən üzr istəməlidir. Dünyanıın heç bir yerində belə hal ola bilməz. Qədimdən üzü bəri döyən üzr istəyər, döyülən yox. Həm də döyülən Azərbaycan dövlətinin asayişini qoruyan polisdir.  
Həm də tələb edir ki, hamının qarşısında üzr istə. 
Bəli, əgər  1 ay öncə ağacları məhv edən ata cəza alsaydı, bu deputat oğuluna da dərs olardı. Amma oğul görür ki, pulla qanunları da silib atmaq olur. 
İndi görək,  bu deputat oğul kimdir, nəçidir ?
Deməli, adam döyən deputat  Eldəniz Səlimov 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb. 
Dağıstan Dövlət  Universiteti  kooperativ kimi bir şeydir, orada bəziləri oxumadan diplom alır. Yəni təhsildən  danışmağa dəyməz. 
Görəsən bu ağılın, bu savadın sahibi necə deputat olub ? 
Deməli, DDU-nu bitirən  Eldəniz Səlimov bir müddət Fazil Məmmədovun vergi orqanlarında, banklarda çalışıb. 

2013–2014-cü illərdə Müdafiə Nazirliyinin Üfüq İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda işləyib və sonda Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub. Və oradan Milli Məclisə  transfer olub. 
Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb.
55 saylı Xaçmaz şəhər dairəsindən YAP-ın  namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. Və hələ də üzvüdür. 
Son məlumata görə, Eldəniz  Səlimov YAP-dan qovulub. Yəqin ki, yaxın zamanda o deputat mandatından da məhrum ediləcək.
 /Gundelik-baku.com/

Oxşar xəbərlər