ATU-nun REKTORU İlham Pirməmmədovu vəzifəsindən uzaqlaşdırdı...- İlham Pirməmmədovun “Dağıstan əməliyyatı” və “Xarı bülbül” restoranı...
12-08-2021, 18:39
292

ATU-nun REKTORU İlham Pirməmmədovu vəzifəsindən uzaqlaşdırdı...- İlham Pirməmmədovun “Dağıstan əməliyyatı” və “Xarı bülbül” restoranı...

Mikayıl Cabbarov təhsil naziri təyin olunanda Misir Mərdanovdan qalan komandanı qısa vaxtda öz ətrafından uzaqlaşdırdı. 
Yeganə toxuna bilmədiyi şəxs, uzun illər Təhsil Nazirliyinin “qara kassası” olan, nazirliyin Aparat Rəhbəri İlham Pirməmmədov oldu. 
Cənab Mikayıl Cabbarov Aparat Rəhbərini vəzifəsindən çıxartsa da, onu özünə  müşavir  təyin etdi. 
Hansı ki, köhnə komandanın bütün üzvləri qeyd-şərtsiz vəzifələrindən qovuldu. 
Görəsən, İlham Pirməmmədovu kim qoruya bildi ? 
Bilənlər bilir ki, İlham Pirməmmədov nazirlikdə o zamankı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırıqlarını can-başla yerinə yetirirdi. Və tələbə köçürmələrinin hesabına  milyonçuya, biznesmenə çevrilmişdi. 
İlham Pirməmmədovun digər biznes mənbəyi Azərbaycan Beynəlxalq Universiteti idi. Bəli, ABU-nu İlham Pirməmmədov şərik işlədirdi. 
Digər  çox vacib məqam odur ki, Dağıstanda olan saxta universitetlərin çoxu İlham Pirməmmədovla “əməkdaşlıq” edirdi. Yəni məzunlar saxta yolla Dağıstanda kağız üstündə ali məktəblərə qəbul olur, sonra isə Pirməmmədovun “xeyir-duası” ilə Bakıya  “perevod” olurdular. Bu əməlli-başlı biznes sahəsi idi. Və hər il Pirməmmədov və  digərləri  milyonlar  qazanırdı. 
Bu təhsil piramidasının başında  Ramiz Mehdiyev dayanmışdı. 
Məhz ona görə də, Mikayıl Cabbarov nazir təyin olunanda, Ramiz Mehdiyevin  sehrli əli əvvəlcə İlham Pirməmmədovu nazirin müşaviri, sonra isə  Azərbaycan Texniki Universitetinə ( ATU ) prorektor təyin etdi. 
İlham Pirməmmədov ATU-da  da “dinc” durmadı, o, ATU-nu da özünün biznes  sahəsinə çevirmək istədi. 
Ancaq ATU-nun yeni rektoru  Vilayət Vəliyev bir müddət İlham Pirməmmədovun əməllərinə dözsə də, sonda onu  vəzifəsindən uzaqlaşdırmaq  qərarına gəldi.
Gundelik-Bakıya daxil olan məlumata görə, cənab rektor Vilayət  Vəliyev prorektor  İlham Pirməmmədovu vəzifəsindən uzaqlaşdırıb. 
Bu dəfə Ramiz Mehdiyevin  sehrli əli heç nəyə yaramayıb. Ramiz Mehdiyev xahiş etsə də, rektor onun xahişini  eşitməyib. 
Məlumat üçün qeyd edək ki, uzun illər təhsil sahəsində məsul vəzifələrdə çalışan İlham Pirməmmədov  qazandığı milyonların hesabına özünə  topdağıtmaz  biznes şəbəkəsi qurub. Onun ticarət obyektləri, villaları, bahalı avtomobilləri, hətta restoranları var. 
 Görəsən, dövlətdən  konkret maaş alan təhsil işçisində bu milyonlar haradandır ? 
Əgər  təhsil işçisi  özəl məktəb-bağça açsaydı, haradasa başa düşmək olardı. Amma təhsil işçisinin restoran açması, biraz qəliz məsələdir. 
Bəli, İlham Pirməmmədov hətta öz restoranına  maraqlı ad da qoyub – “Xarı bülbül”  restoranı. 
Uzun illər təhsil sahəsinə rəhbərlik etmiş şəxs daha ATU-ya da gedə bilmir.  
Gününün  çoxunu “Xarı bülbül”də keçirir. 
Bu da “Mehdiyevşina”nın sonu...
Yəqin ki, bu son olmayacaq. Təhsilimizə dəyən zərərin hesabına qazanılan milyonların bir HAQQ-HESABI olacaq. 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər