Nəyi necə və nə vaxt etməyi cənab İlham Əliyev gözəl bilir...- İlham Əliyev sözdə deyil, əməldə ƏSL LİDER olduğunu sübut etdi
22-08-2021, 11:29
276

Nəyi necə və nə vaxt etməyi cənab İlham Əliyev gözəl bilir...- İlham Əliyev sözdə deyil, əməldə ƏSL LİDER olduğunu sübut etdi

Nəyi necə və nə vaxt etməyi cənab İlham Əliyev gözəl bilir... 

İlham Əliyev sözdə deyil, əməldə ƏSL LİDER olduğunu sübut etdi 

Sözün düzü, bu gün Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev cənablarının heç kimin tərifli sözünə, vəkilliyinə  ehtiyacı yoxdur. 
Çünki ən gözəl tərifləri, ən böyük adları,  titulları cənab Prezident  öz əməlləri ilə əldə edib. Yəni sözdə deyil, əməldə ƏSL LİDER olduğunu XALQ VƏ TARİX qarşısında  sübut edib.
Gəlin, çox uzaq tarixə deyil, 44 günlük Vətən Müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il səhər saatlarına qayıdaq. 
Həmin gündən  5 ay, 3 ay, 15 gün deyil, 1-cə gün qabaq Azərbaycanda ən savadlı, ən təcrübəli, ən peşəkar, ən uzaqgörən şəxsdən Qarabağın  azad edilməsini deyil, 1-cə rayonun azad ediləcəyini  soruşsaydın, başını bulayıb, ümidsiz cavab verərdi. Yəni cəmiyyətdə Qarabağla bağlı  dəhşətli bir  ümidsizlik var idi, heç kim bu tezlikdə Qarabağın azad ediləcəyini nəinki gözləmirdi, hətta ağlının ucundan keçirmirdi. 
Məhz ona görə də cənab Prezident  Xalqa müraciətində dedi ki: 
“Nəyi necə, nə vaxt etmək lazımdır, bunu MƏN bilirəm”. 
Bəli, cənab İlham Əliyevin apardığı uzaqgörən  siyasət  sonda ZƏFƏR-lə başa çatdı. 
2003-cü ildən sonrakı illəri  göz önünə gətirin. 
“İki eşşəyin arpasını bölə bilməyənlərin”, ancaq   hakimiyyət uğrunda hay-küy salan  radikal müxalifətçilərin  dediklərini yada salın. 
Hamısı bir ağızdan  qışqırırdı ki, neftdən gələn milyardlar  hara gedib ?
Barı,  44 günlük rəşadətli Vətən Müharibəsindən sonra özünüz  öz  sarsaq  sualınıza  cavab tapa bildinizmi, ey arpaşünaslar ? 
İndi bildinizmi, pullar hara gedib ? 
Pullar vətənin abadlığına, rifahına və ƏN ƏSASI AZAD OLUNMAĞINA xərclənib. 
İndi başa düşdünüzmü, cənab İlham Əliyevin apardığı mahir, peşəkar  siyasətin nəticəsi nə imiş?
Təsəvvürünüzə gətirin ki, o boyda müharibədə 1 nəfər fərari olmadı. Bu dünyada analoqu olmayan haldır. 
7-dən 77-yə kimi bütün xalq cənab Prezidentin ətrafında  birləşdi. 
Sizlər  30 ildə  5-10 nəfəri ətrafınızda birləşdirə bilmədiniz. Adi 10-15 nəfərlik piket keçirməyə gücünüz yoxdur. 
Azərbaycan tarixində ilk dəfə Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi. 
44  günlük  müharibədə ən müasir silahlardan istifadə edildi. 
Bunu əldə etmək, bundan istifadə etməyi bacarmaq elə bilirsiniz asan idi ? 
Əvvəlki illərdə az qala dünyanın yarısı Azərbaycana qarşı birləşmişdi və mənfur erməniləri  dəstəkləyirdi. 
Elə bilirsiniz dünyanın böyük güclərini zərərsizləşdirmək, hətta bizim haqq işimizin müdafiəçisinə çevirmək asan başa gəldi ? 
Bunun üçün  böyük siyasi ağıl, diplomatik  məharət lazım idi. 
Sizlər 90-cı illərdə Azərbaycanı az qala dünya ilə düşmənə çevirmişdiniz, Çinə, İrana  müharibə elan edirdiniz. Sizə haqlı olaraq  fərari, dezertir, iki uzunqulağın arpasını bölə bilməyənlər deyilir. 
44  günlük müharibədə, cənab Prezident təkcə Qarabağda müharibə etmirdi, az qala müdafiə naziri, xarici işlər naziri  vəzifəsini üzərinə götürüb, dünya gücləri ilə informasiya müharibəsi  aparırdı. 
Bəli, konkret olaraq cənab Prezident bütün dünyanı FAKT qarşısında qoydu. Və az qala 100 ildən artıq tarixi olan Qarabağ məsələsini bir yolluq həll etdi. 
Bəs bu illər ərzində  sizlər nə etdiniz ? 
Əl-ayağa  dolaşmaqdan başqa heç nə. 
Neçə dəfə inqilab etmək, çevriliş etmək eşqinə düşdünüz?
Bəlkə  korşalmış yaddaşınızı tərpədək.
2005-ci ildə  iqtidardakı bəzi nazirlərlə birləşib  “narıncı inqilab” etmək istəyirdiniz. Əli İnsanovu gətirmək istəyirdiniz. Nooldu, əə, Əli İnsanov ? 
Sorosun pullarına aldığınız  narıncı  maykaları geyib  küçələrə düşmüşdünüz. Elə bilirdiniz hakimiyyətə gələcəksiniz. 
Bəlkə, 2011-ci ili yadınıza salaq ?
“Ərəb baharı”ndan  vurub keflənmişdiniz, elə bilirdiniz Qərbdəki ağalarınız bugün-sabah sizi hakimiyyətə gətirəcək. 
Nooldu, əə, Qərbin nökərləri ? 
Niyə gəlmədiniz hakimiyyətə ? 
“Ərəb baharı”  baş verən ölkələr hələ də fəlakətdən çıxa bilmir. Sizlər də Azərbaycanı xarabaya çevirəcəkdiniz. 
Cənab prezident haqlı olaraq deyir ki, bütün bu rəngli inqilabların məqsədi satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək idi. 
Gözlərinizi niyə bərəldirsiniz ? Bəlkə belə deyildi ? 
Bu gün dünya Azərbaycanla, onun Prezidenti ilə hesablaşır, daha doğrusu, hesablaşmağa məcburdu. Çünki ortada “Dəmir Yumruq” var. 
Təsəvvür edirsiniz, dünya Qarabağ savaşında bizə az qala başkəsən, ermənilərə isə məzlum, cəfakeş kimi baxırdı. Ancaq aparılan dürüst  dipolamatiya nəticəsində dünyanın xeyli hissəsi  bizim haqq işimizə dəstək verdi, ən azı neytral qaldı. Bunu əldə etmək üçün illər uzunu çalışmaq lazım idi. 
Bu gün  bəziləri unudub ki, ermənilər bizə nə deyirdi: “Özünüzü yaxşı aparmasanız düz Bakıya gələcəyik”.
Bəli, cəmi  1 il əvvəl erməni generalalrı belə deyirdi. 
Onların başına “Dəmir Yumruğu”  salan cənab İlham Əliyev oldu. 
Bütün bunları görə-görə, yenə öz xain niyyətlərinizdən əl çəkmirsiniz. İrili-xırdalı problemləri özünüzə şüar etmisiniz. 
Kim deyir ki, ölkədə problemlər, bürokratiya, məmur özbaşınalığı  yoxdur. Bunları hamıdan öncə ölkə başçısı özü deyir və tədbirlər görür. 
Sizlər isə bir məmur həbs olunan kimi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə ağız büzürsünüz, diktatura-filan deyirsiniz. 
Müxalifətin bəzi mirzələri “Həbslər başlandı-filan” deyib hay-küy salırlar, Qərbdəki ağalarına danos ötürürlər. 
Bəs Korrupsiya İdarəsi rüşvətxor məmuru həbs etməsin, DİN tədbir görməsin ? 
Bəlkə ölkə sizin kimilərin hesabına  xaosa çevrilsin ? 
Bəli, sizin mahiyyətiniz çoxdan bəllidir. 
Həbsxanaya düşən pullu məmura dəstək vermək, ondan siyasi dustaq qayırmaq və məmurun xalqdan oğurladığı milyonlara şərik olmaq. Sizinki siyasət deyil, siyasi tüccarlıqdır. Gedin alverinizi edin. 
Unutmayın ki, bu gün Azərbaycan Prezidenti  dünyada böyük hörmət sahibidir və şanlı ordumuzun reytinqi   nüfuzlu sorğularda  ön sıralardadır. 
Və nəyi necə, nə vaxt etməyi cənab İlham Əliyev əla bilir.

Oxşar xəbərlər