Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
4-09-2021, 14:57
179

Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…

Qardaşlar  şirniyyat mağazasını necə ələ keçirdi ? 

Qasımovların “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarında qanunsuzluqlar, vergidən yayınma baş alıb gedir 



Qısaca məlumat üçün qeyd edək ki, Elxan və Tahir Qasımov qardaşları bütün sənədləri saxtalaşdıraraq, hətta notariusun “xidmətindən”  istifadə edərək, mağazanın müdirinin və kollektivinin adından saxta sənədlər tərtib edərək obyekti özəlləşdiriblər. 
Bu məsələ  ciddi araşdırma mövzusu olduğu üçün növbəti yazılarda mövzuya qayıdacağıq. 
Başqalarına məxsus  mağazanı ələ keçirən qardaşların sonrakı illərdə  biznesi çiçəklənməyə başlayıb. Və qısa zamanda qardaşlar Bakıda “restoranlar kralına”  çevrilib. 
Bu gün qardaşlar Bakıda  “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının sahibidirlər. 
Və pandemiyaya, karantin qaydalarına baxmayaraq Qasımov qardaşları  öz restoranlarını istədikləri kimi işlədirlər. 
Sanki bu qardaşlar üçün Azərbaycan qanunları kağız parçasından başqa  bir şey deyil. 
Qardaşlara məxsus restoranlarda verilən qidaların mənşəyi və keyfiyyətinə heç bir nəzarət  yoxdur. Görəsən, Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin rəhbəri Qoşqar Təhməzli  niyə Qasımov qardaşlarına “gözün üstə qaşın var”  deyə bilmir ? 
Yaxşı Qoşqar Təhməzlini  başa düşdük, bəs Vergilər Dövlət Xidməti niyə qardaşlarının restoranlarının vergidən yayınmasına göz yumur ? 
Niyə qardaşların restoranlarında  xidmət müqabilində çek verilmir, tələb edənlərə isə elə üz göstərilir ki…
Qardaşlara məxsus restoranlarda administratorluq edən Şahlar və digərlərinin özbaşınalığının qarşısını niyə alan yoxdur ? 
Ümumiyyətlə, qardaşlara məxsus restoranların “həqiqi sahibi” kimdir ? 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər