Zibilin çıxıbdı dizə, İradə Gülməmmədova…- Xırdalan camaatı zibilin içində, İradə isə dolların içində itib-batır...
10-09-2021, 12:58
299

Zibilin çıxıbdı dizə, İradə Gülməmmədova…- Xırdalan camaatı zibilin içində, İradə isə dolların içində itib-batır...

İradə Gülməmmədova hamıdan, hətta öz dogma bacısından gizlənir…


Abşeronun icra başçısı İradə Gülməmmədovanın əməllərindən yazmaq istəyərkən, Dədə Ələsgərin məşhur misrası yada düşdü: 
Zibilin çıxıbdı dizə, 
Dalından xəbərin varmı. 
Həqiqətən də  İradə Gülməmmədova Abşerona icra başçısı qoyulandan sonra  rayonun zibili  dizə yox e, lap boğaza çıxıb. Baxmayaraq ki, sanki zibilin içində görünməyən rayonun rəhbəri İradə Gülməmmədova Amerika dollarının içində çox təravətli görünür.
Bəli, rayonda təmizlik işlərinə baxan, yəni Abşeron Təmizlik idarəsinin müdiri İradənin əri Yolçunun bibisi oğlu Mübarizdir. 
Rayonun inzibati  mərkəzi olan Xırdalan şəhərinin “meri” isə Mübarizin və Yolçunun yaxın qohumu Rafiqdir. 
Qəhrəman isə Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. İdarədə o qədər yeyinti olub, milyonlar silinib. Ona görə də İradənin təklifi ilə  izi itirmək üçün idarə yerli-dibli ləğv olunub. Və yerində  7-8 törəmə  qurumlar yaranıb. 
Qəhrəmanın başqa bir cinayət işi də var. Və Korrupsiya idarəsində araşdırılır. Qəhrəman İradənin qarşısında konkret şərt qoyub: Mən sənin üçün nə bacın oğlu Babək deyiləm, nə də hər gün sumka-sumka dal qapıdan sənə pul daşıyan hal-hazırda həbs həyatı yaşayan həmkarlarımız deyiləm. Məni müdafiə edə bilməsən, hər şeyi açıb deyəcəm. Ona görə də İradə Qəhrəmana deyib ki, MKİB-i ləğv edək, izi itirək, sən narahat olma, mən sənə iş verəcəm. Və nəticədə, yuxarıda qeyd etdiyimiz kimi MKİB ləğv olunub və yerində heç nəyə yaramayan 7-8 lazımsız  qurum yaranıb. (İradə xanımla Qəhrəman bəyin dialoqu "Böyük Dayaq" filmindəki "Yastı Salman"la Yarməmmədin söhbətinə oxşayır).
Təsəvvür edirsiniz, ölkədə islahatlar həyata keçirilir, dövlət büdcəsinə qənaət etmək üçün addımlar atılır, İradə isə əlavə qurumlar yaradıb, dövlət büdcəsini talayır. 
Hazırda Qəhərman Allah qoymasa, rayonda Təmizlik işlərinə rəhbərlik edir. Müavini isə kim olsa, yaxşıdır ? 
İradənin qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyev. 
Bəli, söhbət gənc qızı zorlayıb bədbəxt edən Rauf Quliyevdən gedir. Raufun  zibillərini yumağa heç dənizlər bəs etməz. İndi Rauf Qəhrəmanın  müavini olaraq, guya Abşeronda təmizlik işlərinə baxır. Xırdalanda isə  zibil əlindən tərpənmək olmur. 
Xırdalan camaatı  zibilin içində, İradə isə dolların içində itib-batır. 
İradə Gülməmmədova hətta koronavirusdan da pullar qazanır. Bəli, icra başçısının əmri ilə vətəndaşların pasportları yığılır və pul qarşılığında  saxta yolla adamlara vaksin pasportu verilir. 
Hansını yazaq, hansını deyək ? 
Rayonda İradə Gülməmmədovanın tender məsələlərinə İlham baxır. Müxtəlif şirkətləri qalib elan etməklə “otkat” əməliyyatı keçirilir və yığılan pullar icra başçısına çatır. 
İradə Gülməmmədovanın uşaq bağçaları üzrə “kuratoru”  Afət xanımdır. Afət isə uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pulunu İradə Gülməmmədovaya çatdırır. 
Afətin bacısı Tükəzban  isə  rayondakı  Heydər Əliyev Mərkəzinin direktorudur. O Tükəzban ki, Heydər Əliyev Mərkəzini müxtəlif profilli kurslara icarəyə verərək  qazandığı pulları İradə ilə bölüşürdü. Düzdür, pandemiya dövründə kurslar fəaliyyətini dayandırmışdı.  
İradə Gülməmmədovanın başı indi başqa dərdə düşüb. 
Belə ki, icra başçısının  rayonda  tikintilər üzrə “kassiri” olan, cinayətkar dəstənin başçısı Babək Zalov həbs olunandan sonra İradənin bacısı onun gününü göy əskiyə büküb: Oğlum Babəkin başından bir tük əskik olsa, baxmayacam bacımsan, səni cırıxlayacam. Bacısının qorxusundan İradə gecələr də yata bilmir.
İradə Gülməmmədova  təkcə bacısından deyil, rayon sakinlərindən də qaçıb gizlənir. 
Hazırda İradə Gülməmmədova  konfidensial iş şəraitinə keçib, iş otaqlarının qapısını bağlayaraq hamıdan gizlənir. Yalnız ona pul daşıyan memar Şahini və hüquq şöbəsinin müdiri Rəşad Qubadovu arxa qapıdan  qəbul edir.  
Bu xanım başa düşmür ki, İcra başçısı siyasi vəzifə olmaqla yanaşı, eyni zamanda rayonun abadlaşdırılmasına, təmizliyinə və quruculuğuna  ciddi nəzarət etməlidir. Rayon rəhbəri hər gün səhər çıxıb bütün ərazini gəzib sonra iş otağına gəlməlidir. 
Yalnız  axşam saatlarında, yəni iş vaxtından sonra  iş otağını tərk etməlidir. "Kraliça" İradə xanım isə  Allah qoymasa günortaya az qalmış, saat 11-12 radələrində yaşadığı Binəqədidəki zeytun bağlarındakı 20 milyonluq villadan çıxaraq ( deyilənə görə, o ərazi kənd təsərrüfatı təyinatlı torpaqdır ) işə gəlir və saat 3-ə qədər Rəşad və Şahinlə haqq-hesabı edir, pulları yığaraq və arxa qapıdan çıxıb gedir. Ona görə ön qapıdan çıxmır ki, sakinlər orada dayanıb  icra başçısını axtarırlar. Görəsən, bu cür iş qrafiki ilə, “siçan-pişik oyunu” ilə İradə Gülməmmədova  hansı vətəndaşın, hansı şəhid, qazi ailəsinin problemini həll edə bilər. 
Ən dəhşətlisi odur ki, qarşıdakı günlərdə, daha dəqiq desək oktyabrın 1-də, rayondakı idarə, müəssisə, məktəb, bağça rəhbərlərini əzablı anlar gözləyir. Həmin gün rayonun müdirləri karidorda dayanıb "Kraliça" İradənin 59 yaşını təbrik etmək üçün növbə gözləyəcəklər. 
Gündəlik-Bakı xatırladır ki, keçən il müharibənin qızğın vaxtında və şəhid tabutlarının  Abşeron rayonuna gəldiyi zamanda, oktyabrın 1-də İradənin tələbi ilə idarə müdirləri  məcbur olaraq "Kraliça"nı təbrik etmək üçün koridorda növbəyə dayanmışdılar. Bu nəinki icra başçısına, insana, qadına yaraşan hal deyil. Həmin gün gözü yaşlı şəhid anaları övladlarının tabutunu gözləyirdi. İradə isə kabinetdə xumarlanıb hədiyyələri qəbul edirdi.  
İradə Gülmmədova hətta bu çətin durumunda belə öz xəyallarından qalmır. 
Hansısa idarə müdiri  "Kraliça" İradəyə  tabe olmaq istəməyəndə, hamının qarşısında deyir ki, mən bu yaxınlarda Bakı meri olacam, hamınıza yaxşı vəzifələr təklif edəcəm, səbrli olun.
İradə Gülməmmədova hətta etik normaları aşaraq paytaxt meri hörmətli  Eldar Əzizovun  ağır xəstə olduğunu, tezliklə vəzifədən gedəcəyini dönə-dönə vurğulayır. 
Gündəlik Bakı olaraq bildiririk ki, Eldar Əzizov çox sağlamdır, səhhətində heç bir ciddi problem yoxdur, vəzifəsinin öhdəsindən gəlir və ən əsası dövlətə sadiq adamdır. Və onun yaxın zamanda vəzifədən getməsi İradə Gülməmmədovanın uydurmasıdır. 
Bilənlər  bilir ki, Eldar Əzizov kadr məsələsində çox prinsipialdır, yəni  İradə  kimi yarıtmaz kadrları  heç sanitar həkim vəzifəsinə də təyin etməz, uşaq poliklinikasına sanitar da qoymaz, axı o ixtisasca pediatrdır. 
Sonda bütün medianı düşündürən bir sualı vermək istəyirik:
Biz, eləcə də bütün ölkə mediası İradə Gülməmmədovanın əməlləri barədə sistemli olaraq yazırıq. Bəs aidiyyəti orqanlar İradə Gülmməmədova və onun zibilin içində olan ətrafı barədə niyə tədbir görmür ?
P.S. Oxuculara bir sual vermək istəyirik və sual belədir. Bir rayon rəhbərinin tabeçiliyində olan nə qədər işçisi həbs olunmalıdır ki, həmin rayonun rəhbərinə qarşı cinayət işi qaldırılsın. /Gundelik-baku.com/

Oxşar xəbərlər