Gəncənin icra başçısı səkidə “Zəfər bulağı” tikir...- İcra başçısı Niyazi Bayramovun həbsi gözlənilir
13-09-2021, 12:29
369

Gəncənin icra başçısı səkidə “Zəfər bulağı” tikir...- İcra başçısı Niyazi Bayramovun həbsi gözlənilir

Niyazi Bayramov, Gəncədə evi dağılan sakinə ayrılan  (15 – 2) = 13 min manatı necə məzdəmisən ? 



Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin vəzifədən rüsvayçı, biabırçı durumda getməsi, onun xələfi, yeni icra başçısı Niyazi Bayramova ibrət dərsi olmadı.
Məlumat üçün  qeyd edək ki, Niyazi Bayramov   uzun müddət gömrük sistemində vəzifələrdə çalışıb, Gəncə Gömrükxanasının rəisi olub, sonra Fövqəladə Hallar  Nazirliyinin   Qarabağ və Sumqayıt  Regional Mərkəzlərinin rəisi olub, 2012-2018-ci illərdə Mingəçevirin icra başçısı kreslosunu zəbt edib və hazırda Gəncənin icra başçısıdıır. 
Qarabağ veteranıdır, polkovnikdir. 
Niyazi Bayramovun veteranlığı, necə polkovnik olması barədə mediada çox yazıldığı üçün bu mövzuya toxunmuruq. 
Sadəcə, sual veririk ki, cənab icra başçısı, neçənci illərdə, harada və hansı döyüş bölgəsində vuruşmusunuz ?
Və  deyirik ki, Qarabağ adından belə istifadə etməyin. 
Əgər siz Qarabağ  qədri bilən olsaydınız, 44 günlük müharibədə qazanılan Zəfər  qələbəsi üçün Gəncə şəhərində səkinin üstündə Zəfər bulağı tikməzdiniz. 
Bəli, Allah qoymasa, Niyazi Bayramovun göstərişi ilə səkinin üstündə Zəfər bulağı inşa ediləndə sakinlər yuxarılara bu biabırçılıq barədə şikayət ediblər. Və yuxarıdan Niyazi Bayramova  necə təpiniblərsə, gecə ilə bulağın tikintisi dayandırılıb. 
Ay Niyazi Bayramov, sən o boyda Gəncədə bir normal yer tapa bilmədin ki, səkinin üstündə Zəfər bulağı tikirsən?
Yoxsa, Gəncənin layiqli torpaqlarını satıb axırına çıxmısan ? 
Vallah, səni qınamıram, cənab başçı.
Müdriklərdən biri deyir ki, əlində ŞƏKİ varsa, hər şey sənə MIX kimi görünəcək. 
Səni qınamalı deyil, hər şey sənə gömrükxana kimi, “şapka” kimi  görünür. 
Hələ Mingəçevirdə işləyərkən, uşaq bağçalarına məxsus əraziləri hissə-hissə satıb milyonlar qazandın. DGK-da, FHN-də qazandığın milyonlar sənə bəs etmir ? 
Mingəçevirdə, indi də Gəncədə abadlıq və quruculuq işləri adı altında öz yaxınlarına  dövlət vəsaitini  tender vasitəsilə hədiyyə edirsən. Əslində hədiyyə etmirsən, vəsaitin  30-35 faizini “otkat”  kimi geri alırsan.  
Bəlkə, qudan, keçmiş idman və gənclər naziri mərhum Azad Rəhimovla şərikli biznesindən danışaq. 
Məlumat üçün qeyd edək ki, Niyazi Bayramovun qızı Cahan xanım Azad Rəhimovun oğlu Arif Rəhimovun həyat yoldaşıdır. Onalr hazırda Londonda yaşayır və böyük biznesə rəhbərlik edirlər. 
Niyazi Bayramov üçün ən biabırçı hal odur ki, Gəncə şəhərində müharibə vaxtı zərərçəkənlərə  dövlətin ayırdığı pulları mənimsəyib. 
Bəli, 2020-ci il oktyabrın 4-də ermənilərin atdığı raketlər bir çox evləri dağıdıb, ev sahibləri ağır xəsarətlər alıblar. 
Dövlətimiz onlara kompensasiya kimi pullar ayırıb. 
Niyazi Bayramov və onun ətrafında olanlar isə həmin pullara da tamah salıblar. Hansı ki, bu məsələ birbaşa Prezident İlham Əliyevin tapşırığıdır. 
Gəncə sakini deyir ki, icra hakimiyyəti onlar üçün ayrılmış 6 min manat birdəfəlik yardım və adambaşına ayrılan 1500 manat ailəyə vermir.
Zərərçəkən qadın qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə və digər qurumlara, hətta Gəncənin millət vəkili Naqif Həmzəyevə məsələ ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalıb.
Qadının dediyinə görə, İcra başçısı  Niyazi Bayramov bu 9 ay müddətində ailəyə cəmi 2000 manat pul ödəyib və onların dilindən razılıq məktubu alıb: “Bizi otağa saldılar. Gözüm görmür, yoldaşım da yeni əlifbanı bilmir. Oğluma qol çəkdirdilər. Guya ki, biz icra hakimindən razıyıq. Halbuki, icra hakimiyyəti bizim üçün ayrılan 15 min manatdan cəmi 2 min manat pul verib bizə”. 
Cənab Niyazi Bayramov, 15-2 = 13 min manatı necə məzdəmisən ? 
Son olaraq onu bildirək ki, şikayətlərin sayı durmadan artdığı üçün  hazırda Gəncə şəhər icra hakimiyyətində yoxlamalar gedir. 
İlkin məlumatlara görə, dövlət tərəfindən ayrılan milyonlar  icra başçısı və əsabələri tərəfindən mənimsənilib. Və icra başçısı Niyazi Bayarmovun həbsi gözlənilir.
P.S Yazida adları çəkilən şəxslərə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər