Manşet
19-09-2021, 10:47
214
İradə Gülməmmədova “cin atına minmiş” bacısının könlünü Şuşada necə alır ?- Bajı, vallah məhkəmədə Babəki buraxdıracam…
İradə Şuşada oteldə oturub Apellyasiya Məhkəməsinin adından qərar çıxardır…
Mövzu ilə bağlı oxucularda AYDIN TƏSƏVVÜR yaranması üçün…qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babək Zalov, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Hazırlıq iclasında BABƏK ZALOV və Tural Ağaməmmədov barəsində seçilmiş POLİS NƏZARƏTİNƏ verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq HƏBSƏ ALINIB.
Məhkəmənin sonuncu iclasında isə yuxarıda qeyd etdiyimiz “Abşeron bandası” ilə bağlı cinayət işinə görə, cinayətkar dəstənin üzvlərinə 11 il, 10 il cəza, İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalova isə 6 il cəza istənilib.
Deməli, İradə Gülməmmədovanın təsiri ilə cinayətkar şəbəkənin başçısı olan BACISI OĞLU BABƏK ZALOV həbsdən kənarda qalmışdı.
Təsəvvür edirsiniz, cinayətkar şəbəkənin üzvləri həbs olunur, “BANDA BAŞÇI”sı isə kənarda qalır.
Ancaq məhkəmənin sonuncu qərarı ilə Babək Zalov da qandallanaraq həbs olundu. Və ona 6 il cəza tələb olundu.
Bundan sonra İradə Gülməmmədovagilin ailəsində böyük həngamə başladı.
Ötən yazımızda qeyd etdiyimiz kimi, Babəkin həbsindən sonra İradə Gülməmmədova hətta doğma bacısından gizlənir. Niyə ?
Çünki, ötən yazıda qeyd etdiyimiz kimi İradə Gülməmmədovanın rayonda tikintilər üzrə “kassiri” olan bacısı oğlu Babək Zalov həbs olunandan sonra İradə ilə doğma bacısı ( Babəkin anası ) arasında ciddi qalmaqal yaranıb. Babəkin anası bacısı İradəyə deyib ki, oğlum Babəkin başından bir tük əskik olsa, ay qəhrəman, icra başçısısan, bacımsan, nəsən səni öz əllərimlə özüm boğacam. İradə Gülməmmədova da bacısının qorxusundan bütün imkanlarını işə salıb Babək Zalovu həbsdən qoruya bilmişdi. Bəli, bilmişdi…
Ancaq Babək Zalovun məhkəmə zalında qandallanmasından sonra İradə bacısının qorxusundan öz evində də gecələyə bilmirdi.
…Deməli, İradə Gülməmmədova ailə daxilində ona qarşı yaranan nifrəti aradan qaldırmaq üçün öz yaxınlarını sevindirmək, onların könlünü almaq, əslində özünü zərbədən qurtarmaq üçün “KÜLFƏTİ” Şuşaya gəzintiyə-istirahətə dəvət edib.
Dünənki yazıda qeyd etdiyimiz kimi İradə Gülməmmədova öz doğmaları, qardaş-bacıları, oğlu, əri və digər yaxınları ilə Şuşada oteldə istirahət edir.
Ancaq istirahət vaxtı yenə də İradə ilə bacısı arasında dava-dalaş olub.
Yuxarıda qeyd etdiyimiz kimi sonuncu məhkəmə iclasında İradənin bacısı oğlu Babək Zalova 6 il cəza oxunub. Bu durum İradənin bacısını CİN ATINA MİNDİRİB.
İradə isə Şuşada oteldə ( orada olanlardan birinin bizə verdiyi məlumata görə ) and-aman edib, bacısını inandırmağa çalışıb ki, prokuror sənin oğlun Babəkə 6 il iş istəsə də, hakim ona CM-nin 62-ci maddəsini tətbiq edib 2 il iş verəcək. Babək dostları ilə türməyə getsə də oradan buraxılacaq.
İradə Gülməmmədova bacısına yalvararaq deyib ki, bajı, işdi-şayət, bu variant alınmasa, əbbə, Yolçunun canı üçün, Babəki buraxdırajam, bajı…Gəlin, qanımızı qaraltmayaq, doğma Şuşamızda Şuşa aşı yeyək, sevinək-gülək…
Hörmətli oxucular !
İndi özünüz təsəvvür etdinizmi, İradə Gülməmmədova Şuşada oteldə oturub, Bakı Ağır Cinayətlər və Apelyasiya Məhkəməsinin əvəzindən qərar çıxardır, Babəkin cəzasını yüngülləşdirir. Bu durumu şərh etməyə ehtiyac varmı ?
Son olaraq onu demək istəyirik ki, İradə Gülməmmədova, 26 saylı bağçan da mübarək olsun. Eşitdiyimizə görə, gəlinini, Məhəmmədin xanımını ora müdir təyin etdirmisən.
Əmbə, əvəzində Xırdalanda 1, 7, 10 saylı, Sarayda 2 saylı, Masazırda 3, 4 saylı məktəblərin direktorlarını işdən azad etdirmisən.
Elə bilirsən, “El qızların” sakit dayanacaqlar ?
Yeri gəlmişkən, dünən Abşeronda 7 nəfər həkim həbs olundu.
Bəs, səhiyyənin müdiri Mehriban Qaralova necə ?
Səsi növbəti yazıda çıxacaq, İradə Gülməmmədova ?
Bizi izlə. /Gundelik-baku.com/