“Ömür” klinikasında nələr baş verir ?- Niyə susursunuz, xanım Tansu Məmmədzadə ?
21-09-2021, 13:09
167

“Ömür” klinikasında nələr baş verir ?- Niyə susursunuz, xanım Tansu Məmmədzadə ?

Belə davam etsə, səsiniz Avropa Məhkəməsindən gələcək


Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Özəl tibb fəaliyyəti haqqında”  qanun 1999-cu ildə qəbul olunub. Və həmin ildən ölkəmizdə özəl klinikalar fəaliyyətə başlayıb. 
Bizdə özəl deyən kimi hamı düşünür ki, özümün şəxsi klinikamdır, nə istəsəm edə bilərəm. Əslində belə deyil. 
Problemin ciddiliyini nəzərə alaraq Avropa Məhkəməsinin qərarını oxucuların diqqətinə çatdırırıq:

“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər  DÖVLƏTDƏN TƏLƏB EDİR ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə MƏCBUR EDƏN  edən hüquqi aktlar qəbul etsin. DÖVLƏTİN  BORCUDUR  ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”. 
Başa düşdünüzmü, cənab Tansu Məmmədzadə ?
Özünüz də Avropada təhsil almısınız. 
Məlumata görə,  “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadədir. O, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəmizdə  klinikanın direktor vəzifəsinə yüksəlib. 
Digər  bir məsələyə  diqqət edək. 
Bu klinikanın sahibi kimdir ? Niyə gizlənir ? 
Əlbəttə, klinikanın real sahibi Tansu Məmmədzadə deyil. Çünki gənc xanımda bu qədər pul haradandır ki, klinika üçün ən bahalı avadanlıqları alsın, bina götürsün və digər xərcləri ödəsin. Əlbəttə, klinika hansısa məmura məxsusdur. 
Bu məsələni də buraxaq müvafiq orqanların öhdəsinə. 
“Ömür” klinikasında qiymətlərin hətta Avropa ölkələrindən bahalı olması və digər problemlər barədə çox yazılıb. 
Hətta pasiyentlərə ödədikləri yüksək xidmət haqqına görə çeklərin verilməməsi də ciddi problemdir. 
Görəsən, Vergilər Dövlət Xidməti hara baxır ? 
Klinikada “qara mühasibatlığın”  olması da heç kimə sirr deyil. 
Bəs  bu çox bahalı qiymətə uyğun tibbi xidmət niyə göstərilmir ? 
Bu klinikada xidmət ən aşağı səviyyədədir. 
Adı “Ömür” olan klinika  təkcə xəstələrin cibini deyil, həm də ömrünü kəsir. 
Bəli, hansısa rüşvətxor məmur, yaxud nazir  xaricdən bahalı avadanlıqlar alıb klinikaya yerləşdirib. Amma...
Amması odur ki, həkimlər savadsızdır, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. 
Bəli, “Ömür” klinikasında çalışan həkimlər peşəkar, təcrübəli deyillər. Bu klinikada qoyulan diaqnozlara hamı gülür, əslində ağlamalıdır. 

Şübhəniz varsa, buyurun FAKTLA tanış olun. 
Deməli, vətəndaş bir şirkətə işə düzələndə ondan sağlamlıq haqda arayış istəyiblər. O da  “Ömür” klinikasında müayinədən keçib və ona təhlükəli  “Hepatit C”  aşkarlanması barədə arayış verilib. 
Təsəvvür edirsiniz xəstə və ailə üzvləri hansı hala düşüb ? Daha sonra vətəndaş  Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzinin Bakterioloji Laboratoriyasında təkrar analiz verib. Məlum olub ki, onda belə bir  virus yoxdur. 
Bir daha əmin olmaqdan ötrü  vətəndaş  “Sağlam Ailə”də də yoxlanıb. Yenə də ona bu virusun daşıyıcısı olmaması haqda arayış verilib. 
Və vətəndaş  məhkəməyə üz tutub. Bu məhkəmə çəkişməsi il yarıma qədər davam edib. 
İndi vətəndaşın bu il yarım ərzində çəkdiklərini, mənəvi zərbəni, maddi itkilərini təsəvvür edin. 
Buna nə deyirsiniz, xanım Tansu Məmmədzadə ? 
Bəlkə, başqa bir  rüsvayçı hala nəzər salaq ? 
Şikayətçinin sözlərinə görə, 8 aylıq hamilə olan qızı bir neçə aydır yaşadığı ərazi üzrə dövlət klinikasında qeydiyyatdadır. Hər ay yoxlamadan keçib və hamiləliyin gedişində heç bir fəsad aşkarlanmayıb. Çox gözəl. 
Ancaq qızı qohumla nikahda olduğunu görə ana  qızını müasir avadanlığı olan klinikalardan birində də müayinədən keçirmək qərarına gəlib və…
Yazıq  ana  “hər gün özünü  reklam edən “Ömür” klinikasına gəlib. 
“Ödənişlə bağlı heç bir çek vermədilər. Klinikada dopler müayinəsi etdilər. Və guya 8 aylıq dölün beynində şişlər var, beyin mayesi normal deyil”. 
Tibb  elmində belə uşaqlar şikəst doğulur və doğuş məsələhət deyil.
İndi gənc ailənin durumunu təsəvvür edin. 
Və  digər iki  müxtəlif  müayinələr göstərib ki, döl normaldır və heç bir problem yoxdur. 
Vətəndaş  bu rüsvayçılıqla  bağlı “Ömür” klinikasına müraciət edəndə ona nə cavab versələr yaxşıdır?
Gedin hara istəyirsiniz şikayət edin, bizim Milli Məclisdə də, Səhiyyə Nazirliyində də adamımız var. 
Bax, budur sənin klinikan cənab baş həkim Tansu Məmmədzadə.
İndi isə keçək  rəngi qurumamış fakta. 
Cənab Tansu Məmmədzadə !
Bir həftədir ki, ölkə mediasında rəhbəri olduğunuz klinika ilə bağlı video yayılır. 
Vətəndaş bildirir ki, klinikanın rəhbərliyi məndən uşağımı müalicə etmək üçün 20 min manat pul alıb və sonda müalicə edə bilməyib, bayıra atıb. 
Videoda vətəndaş klinikanın içərisindən canlı olaraq  qeyd edir ki, məni klinikanın rəhbərliyi qəbul etmir. Hətta Hüseyn həkim də xəstəyə deyir ki, get kimə istəyirsən şikayət elə..
Xanım Tansu Məmmədzadə !
Yazının girişində  Avropa Məhkəməsindən əbəs yerə sitat gətirmədik. 
Belə davam edərsə, bir gün sizin klinikanın qeyri-insani fəaliyyətinə, Avropa məhkəməsində baxılacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər