Səhiyyə naziri olmaq uğrunda SAVAŞ- Zaur Əliyev,Rəşad Mahmudov və Ramin Bayramlının MÜBARİZƏSİ…
28-09-2021, 16:10
185

Səhiyyə naziri olmaq uğrunda SAVAŞ- Zaur Əliyev,Rəşad Mahmudov və Ramin Bayramlının MÜBARİZƏSİ…

Cənab Zaur Əliyev, haqqında mətbuata  danos yazdırdığın Ramin Bayramlıdan nümunə götür...


Bu təklif  sizə də aiddir, cənab həkim-deputat Rəşad Mahmudov  




Məlumdur ki, bir nazir, yaxud komitə sədri vəzifəsi boşalanda  xeyli sayda namizəd  o kreslo uğrunda ölüm-dirim savaşına çıxır. 
Bu bədbəxtlər unudur ki, nazir vəzifəsinə  təyinat Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Yəni sən özünü nə qədər dağa-daşa vursan da, son sözü ölkə başıçısı  deyəcək. 
Sözümüzün  canı odur ki, Oqtay Əsədovdan sonra boş qalan səhiyyə naziri postu uğrunda  İctimai Tibbi Sığorta Agentliyinin rəhbəri  Zaur Əliyev, ötən yazıda qeyd etdiyimiz kimi deputat-həkim Rəşad Mahmudov və digərləri arasında yarış gedir. 
İlk öncə onu qeyd edək ki, Zaur Əliyev neçə ildir ki, ona göstərilən etimadı doğrultmadı. Nəinki, icbari tibbi sığortanı təşkil edə bilmədi, hətta  ömürlük  xəstələrə  dövlət tərəfindən ayrılan dərmanları sataraq cibinə qoydu. Yəni  dövlətin ümidinə qalan xəstələri talehin ümidinə buraxdı. 
Ancaq bütün bunlara baxmayaraq  səhiyyə naziri olmaq iddiasından  bir qarış da olsun geri çəkilmək istəmədi.
Hətta bu yolda  TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlını özünə real rəqib hesab edərək onun barəsində mətbuata müxtəlif dezinformasiyalar, donoslar  göndərdi. 
Zaur Əliyev hesab edirdi ki, sözün hər mənasında  səhiyyə naziri olmaq yolunda  Ramin Bayramlı ona ciddi maneədir. Ona görə də  Zaur Əliyev  bütün maddi və digər resurslarını işə salaraq Ramin Bayramlını zərərsizləşdirə bildi. 
Bir daha təkrar edirik ki, Zaur Əliyev bütün mənəvi dəyərləri tapdalayaraq  Ramin Bayramlını cəmiyyətin və rəhbərliyin gözündən salmağa çalışırdı. O, buna qismən nail ola bildi. 
İndi isə Zaur Əliyev başqa bir yekə namizədlə üz-üzə qalıb. 
Söhbət həkim-deputat Rəşad Mahmudovdan gedir. 
Cənab deputatın da könlündən səhiyyə naziri olmaq keçir. Özü də çox ciddi şəkildə. Ona görə hazırda  nazir olmaq uğrunda  dava  Zaur Əliyevlə deputat arasında gedəcək. 
Rəşad Mahmudov da az təcrübəli deyil, o da mətbuatla işləməyi bacarır. 
Yəqin ki, yaxın günlərdə  hər iki tərəfin “dezinformasiya”larının şahidi olacağıq. 
Ancaq cəmiyyət hər iki namizədi  pis nümunə kimi tanıyır. 
Zaur  Əliyev  ömürlük xəstələrin dərman puluna tamah salır. Doktor  Rəşad Mahmudov  isə  bir uşağın əməliyyatına görə, 9 min pul alaraq uşağı bayıra atır. Ötən yazıda qeyd etdiyimiz kimi, doktorun qoyduğu diaqnozlara Türkiyədə həkimlər gülməkdən bayılır. 
Yəni hər iki namizəd  nazir postuna layiq deyillər. 
Vallah bunlara baxanda Ramin Bayramlı daha abırlı adamdır. Və daha doğru-düzgün yolu seçdi. 
Ona görə də üzümüzü Zaur Əliyevə və həkim-deputat Rəşad Mahmudova tutaraq deyirik ki, Ramin Bayramlıdan nümumə götürün və bu yersiz iddianızdan əl çəkin. /Gundelik-baku.com/


Oxşar xəbərlər