“Şapka Mamed”in oğlunun “Turanbank”ında nələr baş verir ?- “TURANBANK”dan BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR…
11-10-2021, 12:56
366

“Şapka Mamed”in oğlunun “Turanbank”ında nələr baş verir ?- “TURANBANK”dan BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR…

Deyəsən, axırda Allah da “Şapka Mamed”dən bezdi...


Bir neçə  il əvvəl  hazırda həbsdə olan  Cahangir Hacıyevin rəhbəri olduğu  Beynəlxalq bankda baş verən cinayət əməlləri  Azərbaycanda bank sisteminin  rüsvayçı vəziyyətdə olduğunu bir daha sübut etdi. 
Xatırlatma üçün  qeyd edək ki, əvvəl dedilər ki, bankın 4 milyard problemli krediti var. Sonra “summa”  10 milyarda qalxdı. 
Bunları deməkdə məqsədimiz odur ki, ümumiyyətlə, ölkəmizdə bankçılıq çapovulçuluq  kimi başa düşülür.
Belə banklardan biri də Turanbankdır. 
Məlumat üçün qeyd edək ki, “TuranBank” ASC 1992-ci ildə təsis olunub. 
İdarə Heyətinin sədri FƏZAİL MUSAYEV,  Müşahidə Şurasının sədri Rauf Kazımov, Baş direktor Emil Mürsəlovdur. 
Yəqin ki, MUSAYEV familyası hamının yadına “Şapka Mamed”i saldı. 
Bəli, “Şapka Mamed” kimi tanınan  Məmməd Musayev  ölkəmizin bank sistemi üçün fəlakətdir. Bütün irili-xırdalı  bankların çoxu “Mamed”in  şinelindən çıxıblar. O cümlədən də “Turanbank” ASC. 
Bu bankın “Şapka Mamed”ə məxsus olması heç kimə sirr deyil. 
Yəqin bankın İdarə Heyətinin sədri Fəzail Musayevin soyadı  ilə  “Şapka Mamed”in soyadının üst-üstə düşməsi də təsadüfi  deyil. 
Sözün qısası  “Şapka Mamed”  nə tökübsə Turanbank da onu yığıb. 
Bankdakı  kredit  faizləri, süründürməçilik və digər  neqativ hallar heç bir əndazəyə sığmır. 
Guya Allah qoymasa hərdən müəllimlərə, “pojarnı” işçilərinə  güzəştli kredit verməklə bağlı yalandan özlərini reklam edirlər. 
Hələ bu harasıdır ?
Təsəvvür edirsiniz,  vətəndaş   “Turanbank” ASC-dən kreditləşmə yolu ilə avtomobil alıb. Özü də avtomobil işlənmiş, hətta “daldan vurulmuş”  olub. 
Vətəndaş ilkin ödənişi həyata keçirib, avtomobil təmirdə olub və...
Bəli, Turanbank  təmirdən çıxan avtomobili  vətəndaşdan zorla geri alıb. Guya bağlanan müqavilədə şərtlər düzgün olmayıb. 
Hətta bank  vətəndaşın idarəetdiyi  avtomobili küçədə DYP vasitəsilə  saxlatdıraraq  banka gətizdirib. 
Daha bu bankçılıq olmadı, vallah, qaçaq-quldurçuluqdur. 
Yuxarıda əbəs yerə demədik ki, hər yerdə “Şapka Mamed”in   dəsti-xətti  görünür. 
Turanbank-da hətta müştərilərə məhkəmə yolu ilə hədə-qorxu gəlirlər. 
Çünki “Mamed”  oğluna vəsiyyət edib  ki, məhkəmələr mənlikdir. 
Sözün qısası, Məmməd Musayevin “xozeyn” ,  oğlu Fuad Musayevin rəhbər olduğu "Turanbank”dan kredit götürən şəxslərin işi Allaha qalıb. 
Deyəsən, axırda  Allah da “Şapka”dan üz çevirdi... /Gundelik-baku.com/

Oxşar xəbərlər