Masallıda icra başçısı Şahin Məmmədovun İMPERİYASI…- Şahin Məmmədov da həbs oluna bilər…
11-10-2021, 14:49
381

Masallıda icra başçısı Şahin Məmmədovun İMPERİYASI…- Şahin Məmmədov da həbs oluna bilər…

İcra başçısı icra başçısının “ayağını tapdalamaz”…

Şahin Məmmədovun Batumidə 1 milyonluq villası...

Şahin Məmmədov Masallının tarixində ilk dəfə müasir sanitar-qovşağı-“ayaqyolu” tikdirib...

İcra başçısının həyatında heç kimin bilmədiyi ən ağlagəlməz olay nədir ? 



Sözün düzü, icra başçılarının təyinatı həmişə cəmiyyətdə ciddi müzakirə mövzusu olub. Bu boş yerdən yaranmayıb. 
Birincisi, icra başçısı 20-30 nəfərlik məktəb kollektivinin rəhbəri, yaxud 5-10 nəfərlik marketin müdiri, 10-15 nəfərlik xəstəxananın Baş həkimi deyil, 100-150 minlik rayonun Başçısıdır, rəhbəridir. 
Yeri gəlmişkən, Ağcabədinin keçmiş icra başçısı  Şahin Məmmədov öz səs yazısında camaata deyir ki, “Mən bu rayonun böyüyüyəm...sizə nə var pul haradan gəlir hara gedir...əsas odur suyunuz gəlsin”. 
Yəni bu adamın təfəkküründə rəhbər, başçı anlayışı yoxdur, ancaq “Mən bu rayonun böyüyüəm..” anlayışı var. 
Digər tərfədən başçı öz dili ilə deyir ki, “Sizə nə var pul haradan gəlir, hara gedir..”. 
Bu adam unudur ki, dövlətin başçısı İlham Əliyev cənabları dəfələrlə vətəndaşlara müraciətində xüsusi olaraq  vurğulayıb ki, cəmiyyətdə vətəndaş nəzarəti olmalıdır. Yəni vətəndaşlar da baş verən qanun pozuntularına, rüşvət və korrupsiya hallarına nəzarət etməlidirlər. Amma Şahin Məmmədov vətəndaşlara açıq-aşkar deyir ki, bu məsələlər sizlik deyil. Deməli, Şahin Məmmədov kimi icra başçıları sanki Prezidentin dediklərinin əleyhinə gedirlər. 
Digər çox vacib məqam nədir ?
Ağcabədinin icra başçısı Şahin Məmmədovla Masallının icra başçısı Rafil Hüseynovun yerləri dəyişdirildi, yəni Şahin Məmmədov Masallıya, Rafil Hüseynov isə Ağcabədiyə icra başçısı göndərildi. 
Bunun adı bilirsiniz nədir ? 
İcra başçısı icra başçısının “ayağını tapdalamaz”. 
Bəli, Şahin Masallıda Rafilin əməllərini ört-basdır edir, Rafil də Ağcabədi də Şahinin törətdiyi əməllərə göz yumur. Bu qədər bəsit və sadə. 
Bütün bunları da buraxaq əlahəzrət zamanın öhdəsinə. Guya, Allah qoymasa, zaman hər şeyi yerinə qoyacaq. 
Şahin Məmmədov haqqında ən təzə xəbər nədir ?
Bütün ölkə mediası yazır ki, Şahin Məmmədovun Gürcüstanın Batumi şəhərində dəyəri bir neçə milyon olan villası aşkar olub. 
Bu adam kimdir ki, Batumidə, Almaniyada, Dubayda mülkləri, biznesi var. 
Bu sıradan bir icra başçısıdır. Gör, rüşvət və talançılıq hansı həddə çatıb ki, vaxtilə  200 manat maaşa komsolomolda işləyən  Şahin Məmmədov Batumidə milyonluq  villa alır. 
Məhz ona görə, Prezidentimiz deyir ki, ictimai nəzarət olmalıdır. Şahin Məmmədov isə deyir ki, “Sizə nə var pul haradan gəlir, hara gedir...”
Ümumiyyətlə, Şahin Məmmədov kimilərin karyera qazanması, Samuxdan çıxıb Ağcabədidə icra başçısı olması, oradan çıxıb Masallıda icra başçısı olması təsadüfi məsələ ola bilməz. 
Bu adam 16 yaşında Bərdədə “mantyor” işləyib. Axı, bunun tay-tuşları bu yaşda orta məktəbdə oxuyurdular. 
Sonra 1983-cü ildə  Azərbaycan Lenin Kommunist Gənclər Təşkilatının Bərdə rayon komitəsində təşkilat katibi olub. 
Bu adam 1985-ci ildə  “Narxoz”u bitirib ali təhsil diplomu alıbsa, necə 1983-cü ildə Komsomolda təşkilat katibi işləyə bilərdi ?
Sonra bank müdiri olub və sonra 1 il  7 ay  Samuxun icra başçısı olub. Və oradan Ağcabədiyə icra başçısı kimi “transfer” olunub. 
Axı, rayonun icra başçısı “camaatın başında dəlləklik öyrənmək” üçün deyil e.  1 il 7 ay icra başçısı olar ? 
Və nəhayət Şahin Məmmədov 15 il Ağcabədinin icra başçısı vəzifəsində işləyib. 2019-ci ildən Masallının icra başçısıdır. 
Ümumiyyətlə, bu adamın çıxışlarına  qulaq asanda mat-məəttəl qalmalı oluruq. 
Bu adam 120  sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub. 
5 diplomat pul milyonlar eləyir. 
Görəsən, Prezidentin birbaşa rayondakı nümayəndəsi olan icra başçısı nə üçün bu barədə dövlət orqanlarına müraciət etməyib ? Söhbət milyonlarla rüşvətdən gedir. 
Görəsən, icra başçısı 120 sahibkarı görüşə nə məqsədlə dəvət etmişdi ? 
Sahibkarın icra başçısına nə dəxli ola bilər ? 
Bəli, icra başçısı sahibkarlara o qədər “aylıq” qoyur ki, iş adamları bezib Prezidentə müraciət edirlər. 
Şahin Məmmədov uzun illər prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib.
Şahin Məmmədov tender yolu ilə külli miqdarda vəsaitə saxta sənədlər tərtib edərək həzm-rabedən keçirib.
Şahin Məmmədov onun barəsində şikayət edən vətəndaşları polis vasitəsilə izlədib, sahibkarları məhkəmə vasitəsilə cəzalandırıb.
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və obyektləri vardır.
Şahin Məmmədov neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb.
İndi bildinizmi, icra başçısı niyə vətəndaşlara deyir ki, “Sizə nə var, pul haradan gəlir, hara gedir...”
Şahin Məmmədov 15 il Ağcabədidə  talan etdiklərini eyni ilə 2 ildir Masallıda davam etdirir. 
Masallıda da binaların əsaslı təmiri üzrə keçirilən tenderlərin qalibləri ancaq  Şahin Məmmədovun “şərikləri” olur. Təsəvvür edirsiniz, Şahin Məmmədov təkcə bir şirkətə  tenderdə milyonlarla pul  “hədiyyə” edib. 
Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən belə bir dəhşətli hadisə baş verib. 
Şahin Məmmədov səhiyyə şöbəsinin müdirini məcbur edib ki, dövlətin ayırdığı  200 min manat pulu nağdlaşdır və mənə ver. 
Səhiyyə  şöbəsinin müdiri icra başçısının dediyini etmək məcburiyyətində qalıb. Maliyyə nazirliyindən yoxlama gələndə isə səhiyyənin müdiri bu məsələdə  yaxasını qırağa çəkən Şahin Məmmədova  icra hakimiyyətinin binasının qarşısında  hücum edib. Və icra başçısı qaçıb binaya girməklə canını qurtara bilib.
Bax, Şahin Məmmədovun rüsvayçı əməlləri  Ağcabədi camaatının yaddaşında belə qalıb. 
Belə faktlar bir deyil, iki deyil...
Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən, rayon yollarına ayrılan 500 min manat yox olub. Və icra hakimiyyətində keçirilən iclasda icra başçısı ilə yol idarəsinin müdiri arasında əlbəyaxa dava olub. 
Şahin Məmmədovla bağlı Masallıda belə bir lətifə-anekdot  dolaşır. Masallı  camaatı zarafatla  deyir ki, Şahin müəllim icra başçısı olduğu 2 ildə xeyli işlər görüb. Məsələn, rayonun tarixində ilk dəfə rayon mərkəzində müasir formalı sanitar-qovşağı-ayaqyolu tikdirib. 
Sonda Şahin Məmmədovun mülk və obtektlərinin az qismini dərc etməklə yazını bitiririk. Qoy müvafiq orqanlar araşdırsın. 
Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri.
Bunlardan əlavə Şahin Məmmədovun Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları, Nizami rayonu ərazisində 2 mağazası var.
Şahin Məmmədovun Bakıdakı mənzillərinin, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlərinin dəyəri bir neçə milyondur.
Şahin Məmmədovun Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzili, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzili var.
P.S. Şahin Məmmədov hansı sirri açmamaq üçün jurnalistə hətta bahalı  avtomobil  bağışlamağa hazır idi. 
İcra başçısının həyatında ən ağlagəlməz olay nədir ?-Görəsən çibuş ləqəbi kimə məxsusdur? /Gundelik-baku.com/

Oxşar xəbərlər