“Sirab” ASC kimləri maliyyələşdirir ?- Namiq Novruzovun “Sirab” ASC haqqında ŞOK FAKTLAR…
12-10-2021, 13:49
167

“Sirab” ASC kimləri maliyyələşdirir ?- Namiq Novruzovun “Sirab” ASC haqqında ŞOK FAKTLAR…

Cənab Novruzov, indi sürət əsridir, yalanın ömrü  40 gün çəkmir… 

“Sirab” mineral suları haqqında onu qeyd edək ki, mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli  liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək  “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Bura qədər  tarixdir. 
Görək, ASC-nin yaxın tarixi nə ilə bağlıdır. 
Birincisi, kifayət  qədər geniş alıcı kütləsi olan bu mineral suların satışından gələn gəlir və dövlət büdcəsinə  ödənilən vergilər  barəsində heç bir rəsmi məlumata rast gəlmək olmur. 
ASC-nin işçi sayı, dövrüiyyəsi ilə bağlı apardığımız  araşdırma zamanı  hansısa bir məlumata rast gəlmədik.
Öyrənə bildiyimiz odur ki, Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri cənab  Namiq Novruzovdur. 
Çox təəssüf ki, ölkəmizin bir nömrəli mineral sularını istehsal edən şirkətin adı daha çox  iqtisadi məsələlərdə deyil, siyasi qalmaqallarda  hallanır. 
Hər dəfə siyasi tədbirlər, yaxud seçkilər ərəfəsində  bu şirkətin adı  “Müsavat”  partiyasının adı ilə hallanır. 
Xəbərlərdə  “Sirab” ASC-nin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri  və indiki rəhbəri Arif Hacılının maliyyələşdirilməsi haqqında məlumatlar  yayılır. 
Qarşı tərəf isə  məsələyə belə aydınlıq gətirir. Söhbət  Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.
Namiq Novruzov  qətiyyətlə bildirir ki,  araşdırmalar aparıblar  və bəlli olub ki, bu şirkətin onun rəhbəri olduğu quruma  dəxli yoxdur. O, hətta deyib ki, o şirkətlə bizim yaxından və uzaqdan heç bir əlaqəmiz yoxdur. 
O, qeyd edib ki, həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də yoxdur.
Namiq  Novruzov  bu məsələ ilə bağlı yerli xəbər saytlarını  da ittiham edir, məhkəmə ilə hədələyir.  
Namiq Novruzov  özünün dediyi kimi bu çirkin kampaniyaya görə, mühacirətdə olan müsavatçı jurnalistləri ittiham edir. 
Əlbəttə, kimin yalan, kimin doğru  dediyini sübut etmək niyyətimiz yoxdur. Və əlimizdə  konkret faktlar yoxdur. 
Ancaq  ASC-nin sədri Namiq Novruzovun  bir fikri maraqlıdır. O, deyir ki, yalanın ömrü 40 gün çəkər. 
Cənab Namiq Novruzov ! İndi sürət əsridir. Nəyinsə doğru, yoxsa yalan olduğunu sübut etməyə 40 gün yox, 40 dəqiqə də yetər. 
Həm də biz də onun tərəfdarıyıq ki, ölkəmizin zəngin su xəzinəsi olan Sirabın adı siyasi qalmaqalarda deyil, iqtisadi  məsələlərdə hallansın.
/Gundelik-baku.com/

Oxşar xəbərlər