Manşet
22-10-2021, 10:30
357
Milli Məclisin rəhbərliyi Ülvi Quliyev barəsində nə düşünür ?- HƏBS NÖVBƏSİ DEPUTAT ÜLVİ QULİYEVDƏDİR ?
Deputatlar Rafael Cəbrayılov, Eldəniz Səlimov həbs olundu, növbə kimindir...?
Deputat Ülvi Quliyev niyə baş verənlərdən nəticə çıxartmır ?
Deputatın şirkəti vətəndaşların evini başına uçurdur...
Deputat toxunulmazlığı deyəndə bəzi deputatlar hesab edir ki, guya onlara loru dildə desək, “ gözün üstə qaşın var” deyən tapılmaz.
Ümumiyyətlə, təkcə deputatlar deyil, hətta bəzi məmurlar da özlərini uzun illər toxunulmaz hesab ediblər.
Amma son bir neçə ildə baş verənlər göstərdi ki, nəinki xırda məmurlar, hətta nazirlər, komitə sədrləri, deputatlar da bir dəqiqənin içində bütün səlahiyyətlərindən məhrum edilib həbsxanaya atıla bilərlər.
Məsələn, son illər bərk gedən nazirlərdən biri hesab edilən, sabiq əmək və əhalinin müdafiə naziri Səlim Müslümov hazırda məhkum həyatı yaşayır.
Hazırda həbsxana həyatı yaşayan icra başçılarının sayı isə xeylidir.
Hətta qanunda toxunulmazlıq statusu daşıyan və hazırda həbsxanada olan deputatlarımız da var.
Məsələn, bir müddət əvvəl Milli Məclisin üzvü Eldəniz Səlimov polis əməkdaşına qarşı kobud rəftarına görə, Yeni Azərbaycan Partiyasının sıralarından xaric edildi, Milli Məclisdə deputatın toxunulmazlığına xitam verildi və HƏBS edildi.
Eləcə də digər deputat Rafael Cəbrayılov vətəndaşlara olan borcuna görə, hazırda həbsxana həyatı yaşadı və elə oradaca dünyasını dəyişdi. Allah rəhmət eləsin!
Biz heç kimə həbsxana həyatı arzulamırıq. Əksinə arzu edirik ki, bütün məhkumların qapısı azadlığa açılsın.
Amma, son illərdə baş verən bu hallar bəzi məmurlara, deputatlara dərs olmur.
Belə deputatlardan biri də Milli Məclisin üzvü, biznesmen Ülvi Quliyevdir.
Ülvi Quliyevin Nəsimi və Yasamal rayonlarından necə və hansı yolla “4 qat deputat” olmağını buraxaq zamanın öhdəsinə...
Ülvi Quliyevin ölkədə dərman şəbəkəsinin başında oturmağını, ona məxsus apteklər şəbəkəsində necə və neçəyə dərmanların satılmağını zamanın ayağına yazaq...
Ülvi Quliyevin deputat ola-ola qanunsuz yolla biznes fəaliyyətini də nəyinsə ayağına yazaq...
Ülvi Quliyevin Londona qədər uzanan biznesini, oğlunun Qarabağda döyüşmədiyini, avtomobil kollelsiyalarını da harasa yazdıq...
Amma...
Amması odur ki, deputat Ülvi Quiyevin vətəndaşların qanuni evlərini onların başına uçurtmağını vallah-billah nəyinsə ayağına yazmaq olmur ee...
Qanun yol verməsə də tikinti biznesi ilə məşğul olursunuz, “Dönüş-1” tikinti şirkətiniz vasitəsilə vətəndaşların mülkiyyət hüququnu pozursunuz, insanları təhdid edirsiniz, evlərini başına uçurdursunuz...
Görəsən ortada bu boyda qara əməllər olduğu halda niyə deputat Ülvi Quliyevə gözün üstə qaşın var deyən tapılmır ?
Niyə xırda kobud rəftara görə, yaxud kimlərəsə olan borca görə deputatlar həbs olunur, amma Ülvi Quliyevə hətta Milli Məclisin İntizam Komissiyasında xəbərdarlıq olunmur ?
Görəsən, Milli Məclisin rəhbərliyi Ülvi Quliyev barəsində nə düşünür ?
Axı, nə qədər yazmaq olar ki, Ülvi Quliyev yaxın qohumu İlkin Quliyevin adına “Dönüş-1” tikinti şirkəti yaradaraq Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsini Suriya xarabalıqlarına döndərib.
Adam, tikirsən, qurursan, xeyirli olsun.
Bəs, insanlara niyə zülm edirsən ?
Sən yuxarıda dediyimiz ünvanda sakinlərin həyatını fəlakətə döndərmisən.
Biz də başa düşürük ki, bu gün tikinti biznesi ən rentabelli sahədir, qazanmaq istəyirsiniz, 1 qoyub 10 götürürsünüz.
Bəs niyə həmin ərazidəki kasıb təbəqənin qanını içirsiniz?
Ölkədə hamı bilir ki, bu gün Bakıda biznesmenlər bahalı ərazilərdəki mənzil sahibləri ilə “bazarlıq” edir və onları köçürdərək bahalı göydələnlər tikirlər. Amma bu köçürmə də halallıqla olmalıdır, sakinlər razı salınmalıdır.
Razılıq nədir ? Ev sahiblərinə real bazar qiymətinə uyğun məbləğ verin ki, onlar da özlərinə normal həyat qura bilsinlər.
Amma Ülvi Quliyev kimi biznesmen-deputatlar mənzil sahiblərini razı sala bilməyəndə, hədə-qorxuya əl atırlar, təzyiq edirlər, kiminsə hasarını uçurdurlar, kiminsə qazını, işığını kəsirlər, hətta məhkəmə yolu ilə sakinləri halal mənzillərindən çıxartmağa çalışırlar.
Bu məsələdə həmin ərazinin icra başçıları da Ülvi kimi deputat-biznesmenlərə dəstək olur. Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də Ülvi Quliyevə söz deyə bilmir.
Bütün bu baş verən biabırçılıqlara Səbailin icra başçısı Vüqar Zeynalov da etiraz edə bilmir.
Tikintiyə Nəzarət Agentliyi də tikinti ərazisinə dəfələrlə baxış keçirsə də kobud qanun pozuntularının qarşısını almaqda acizdir.
Hətta Ülvi Quliyevin rəsmi sənədində 12 mərtəbə göstərilsə də binanın 13-cü mərtəbəsini də tikmək istəyir.
Bütün bunları yazandan sonra adam düşünür ki, görəsən Ülvi Quliyevin arxasında hansı qüvvə dayanıb..?
Niyə digər həmkarları həbs olunduğu halda, cənab Ülvi Quliyevin məsələsinə hətta MM-in İntizam Komissiyası da baxa bilmir ?
Bax, bu sualları heç hara yazmaq olmur...
P.S Evi başına uçurulan şəxslərdən biri baş prokurorluğun işçisidir. Hələlik tab gətirə bilir. /Gundelik-baku.com/