Ölmüş at, eşşək əti, leş koronavirusdan daha təhlükəlidir..- Nazir İnam Kərimovun rüsvayçı kadr siyasətində Mövlayev Seymurun “müstəsna rolu”…
27-10-2021, 16:19
193

Ölmüş at, eşşək əti, leş koronavirusdan daha təhlükəlidir..- Nazir İnam Kərimovun rüsvayçı kadr siyasətində Mövlayev Seymurun “müstəsna rolu”…

ASAN xidmətdə çalışan, REGİONşünas Mövlayev Seymur nə bilir baytarlıq, fitosanitariya nədir ? 

 



Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin ( KTN ) tabeçiliyində Dövlət Baytarlıq Xidməti ( DBX ) və Dövlət Fitosanitar Xidməti  ( DFX ) deyilən  qurumlar var idi. 
Məlumat üçün bildirək ki, DBX ölkəyə idxal olunan, ölkədən ixrac olunan heyvan mənşəli məhsullara, DFX isə bitki mənşəli məhsullara nəzarət edirdi. 
Təkcə onu qeyd edək ki, bazardakı ətdən, süddən, balıqdan, şordan, pendirdən tutmuş  dönərə qədər hər şey DBX-nin nəzarətində idi. DBX hətta minik vasitələri olan eşşəklərin, dəvələrin, atların da sağlamlığına nəzarət edirdi. 
DFX isə hətta  ölkəyə gətirilən güllərə, çiçəklərə, bəzək ağaclarına, hətta taxtaya, metala  nəzərət edirdi.  
Düşünə bilərsiniz ki, DFX  hara, metal, taxta hara ? 
Həmin məhsulların üzərində  bitki mənşəli  böcəklər, qurdlar ola bilərdi və ölkəyə yayıla bilərdi.  
Ümumiyyətlə, baytarlıq və fitosanitar xidmətləri dünyada çox ciddi qurumlar  hesab olunur. 
Məsələn, Rusiyanın özündə  “Rosnadzor”  deyilən və ayrılıqda heyvan və bitki mənşəli məhsullara nəzarət edən qurumlar var. 
Məlumat üçün onu da qeyd edək ki, DBX-nin və DFX-nin hər bir rayonda idarələri və ayrıca laboratoriyaları var idi. 
Biz demirik ki, bu qurumlar ideal işləyirdi. Amma..
Amması odur ki, bir neçə il əvəl kimlərinsə təklifi ilə bu qurumlar ləğv olundu  və bu qurumların nəyi var idisə, bütöv şəkildə  yeni yaradılan Azərbaycan Qida Təhlükəsizlik  Agentliyinə ( AQTA) verildi. AQTA-nın sədri, Tibb Universitetini bitirən Qoşqar Təhməzli nə bilirdi, heyvan, yaxud bitki mənşəli məhsul nə deməkdir. 
Allah qoymasa, DBX-nin və DFX-nin laboratoriyaları ləğv olundu, bazarlardakı laboratoriyalar məhv edildi, laboratoriya cihazları Qoşqar Təhməzlinin təklifi ilə AQTA-nın anbarlarına dolduruldu. Təsəvvür edirsiniz,  müasir laboratoriya cihazlarını AQTA-nın anbarlarında toz basdı. 
Bir müddət sonra  başa düşdülər ki, bu boyda vəzifələri Qoşqar Təhməzli kimi birinə tapşırmaq millətin gələcəyi üçün çox böyük təhükədir. 
Təkcə onu qeyd edək ki, bazarlarda ucuz qiymətə satılan ölmüş heyvan, at, eşşək cəmdəkləri koronavirusdan  daha təhlükəlidir. 
Nə isə, atalar demişkən, ziyanın yarısından qayıtmaq da…
Və Azərbaycanda  KTN-nin tabeçiliyində yeni bir qurum Aqrar Xidmətlər Agentliyi ( AXA ) yaratdılar. 
AXA-nın tabeçiliyinə  DBX, DFX, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti  verildi. 
Soruşan yoxdur ki, bu boyda qurumları ləğv edib, 2 il sonra yenidən bunları yaratmaq nəyə lazım idi ? 
Hanı o müasir laboratoriyalar ? 
İndi gedin Qoşqar Təhməzlinin anbarından silib-təmizləyib yenidən gətirin. 
Yaxşı, pis-yaxşı  qurumları birləşdirib  AXA yaratdınız. 
İndi görək, cənab Kənd Təsərrüfatı naziri İnam Kərimovun hansı dostunu bu quruma rəhbər qoydular. 
Bəli, vaxtilə ASAN xidmətdə çalışan və cənab nazirin yaxın dostu olan Seymur Mövlayevi  AXA-ya sədr təyin etdilər. 
AXA-nın funksiyalarına nələr daxildir ?
Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək. 
İndi özünüz təsəvvür edin ki, bu boyda quruma ASAN xidmətdə çalışan və ixtisasca regionşünas olan Seymur Mövlayev  necə nəzarət edə biləcək ? 
Cənablar, tənqid etməyimizə baxmayın, biz də bu məmləkəti sevirik, bəlkə də sizlərdən daha çox. Amma İnam Kərimov kimilərin “qadro”  siyasətinə son qoymaq lazımdır.
P.S Bilmirsiniz o kimin qardaşı oğludur? /Gundelik-baku.com/

Oxşar xəbərlər