Sabiq Nazir,PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin DÖVLƏTDƏN MƏNİMSƏDİYİ MİLYONLAR- 10 milyonluq malikanə,avtomobillər, futbol meydançası və...
29-10-2021, 10:57
167

Sabiq Nazir,PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin DÖVLƏTDƏN MƏNİMSƏDİYİ MİLYONLAR- 10 milyonluq malikanə,avtomobillər, futbol meydançası və...

Ziya Məmmədov + Əli Abbasov = Ramin Quluzadə 

3 ildə  3 dəfə rabitə naziri dəyişdi, amma internetin sürəti dəyişmədi...

Ramin Quluzadənin 10 milyonluq  malikanəsi, futbol meydançası...

Biri var idi, biri yox idi, bu məmləkətdə bərk gedən iki nazir var idi: ləqəbi “ Baron” olan  keçmiş teplovoz sürən Nəqliyyat naziri Ziya Məmmədov və Rabitə naziri Əli Abbasov. 
Hər ikisi rüsvaycasına vəzifəsindən qovulandan sonra “super nazir”  ləqəbli Ramin Quluzadə  ortaya çıxdı. 
Və  müəyyən fasilədən sonra hər iki nazirlik birləşdirildi və  Ramin Quluzadə  “super nazirliyin” rəhbəri oldu. 
Görək,  Ramin Quluzadə özü kimdir ?
Qısa məlumat üçün bildirək ki, Ramin Quluzadə Bakıda anadan olub, Əli Abbasovun vaxtilə rektor olduğu Narxoz-u bitirib, bu sahədə heç bir təcrübəsi olmadığı halda az müddət  Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini olub. 
2016–2017-ci illərdə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 2017-ci il fevralın 13-dən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub, yəni iki nazirliyinin rəhbəri olub.  
Və  2021-ci ilin yanvarın 26-da nazir vəzifəsindən azad edilib və həmin  gün Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.
Bu adamın işi ora-bura  kağız-kuğuz daşımaq olub, yəni nə rabitə, nə də nəqliyyat sahəsində 1-cə gün də çalışmayıb. 
Bu adam nazir təyin olunan kimi özünə müşavirlər təyin etməklə, köməkçi qoymaqla, vəzifəli şəxsləri çıxarıb başqalarını qoymaqla məşğul olub. 
Daha sonra   özünə  yüksək komfortlu, hamamlı, cakkuzili xidməti kabinet düzəltdi. 
Amma bu adamın adı mediada daha çox kabinetini yenidən dizayn etməklə və ən çox kabinetində “juçok”  axtarmaqla qalıb. 
Ramin Quluzadə  hansı əməllərinə görəsə, xidməti kabinetində “juçok”  olacağından qorxurdu.
Niyə və nəyə görə ? 
Bunu  zaman göstərdi. 
Və qısa vaxtdan sonra  Ramin Quluzadənin rəhbəri olduğu qurumun adı mediada “saçyoldu”  nazirliyi kimi hallanmağa başladı. 
Bu barədə mediada kifayət qədər yazıldığı və etik cəhətdən uyğun olmadığı üçün çox dərinə getmirik. 
Amma  Ramin Quluzadənin həyat yoldaşının nazirliyə hücum çəkməsi və kimi karidorda sürüməsi bütün cəmiyyətə bəllidir. Hətta iki mühafizəçinin 2 qadını zorla aralaması  barədə də xəbərlər yayılıb. 
Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş. 
Ona görə də, çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayırmış. 
Ramin Quluzadə gənc nəsl kadrlardan olmasına, islahatçı nazir sayılmasına baxmayaraq böyük biznesə və mülklərə sahibdir. 
Əslində  dövlət məmuru bizneslə məşğul ola bilməz. 
Ramin Quluzadə, Goradildəki dəyəri 10 milyon olan villanı, mülkü hansı pulla tikmisən ? 
10 milyonluq villanın az qala 1 milyon dəyərində hasarları var. Və hasarların hündürlüyü 10-15 metrdir. İçəridə  futbol meydançası, tennis kortu və s. 
Sən diş pastası "Colgate" satmaqla 10 milyonu necə qazana bilərdin ? 
Sən dövlət məmuru ola-ola  ESKORT şirkətini necə təsis etmisən ? 
Buyur, cənab Ramin Quluzadə, mövqeyini bildir, biz də işıqlandıraq.
Sadəcə, milyonların haradan gəldiyini, mənbəyini açıqlasan, dövlətimizə və qanunlarımıza hörmət etmiş olarsan.
 /Gundelik-baku.com/

Oxşar xəbərlər