Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR
1-11-2021, 14:04
364

Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR

İcra başçısının xanımını Kamal Abdulla  ADU-da müşavir təyin etdi...



Məlumdur ki, 2019-cu ildə  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı  Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olundu. Və 9 il  həbs cəzası alan sabiq icra başçısı  həbsxanada vəfat etdi. 
Görək,  həbsxanada ölən icra başçısının xələfi, yəni onun kreslosunda əyləşən Seymur Orucov kimdir ? 
Birincisi, ondan başlayaq ki, Seymur Orucov barəsində mediada çox şey yazılıb. 
Yazılanlardan bəlli olur ki, Seymur  Orucov 3 məmurun çiynində  vəzifəyə gəlib. 
Belə ki, Seymur Orucovun  qaynatası keçmiş millət vəkili, “Narxoz”un  sabiq rektoru Şəmsəddin Hacıyevdir. 
Orucovun doğma dayısı isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili  Səttar Möhbalıyevdir. 
Məsələ bununla  bitmir. 
Nəzərə alsaq ki, Səttar Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....
Deməli,  Seymur Orucov  3 “əjdaha”nın- Əli Həsənov, Şəmsəddin Hacıyev və Səttar Möhbalıyevin çiynində gəlib 34 yaşında icra başçısı olub. 
Amma məsələ bununla da bitmir. 
Bu adam 3 dırnaqarası əjdahanın yox, 4 əjdahanın çiynində gəlib...
Bəli, bu barədə mətbuatda yazılmayıb. İlk dəfə biz yazırıq. 
Seymur  Orucovun  qaynanası Zemfira Hacıyeva da Ramiz Mehdiyevin “idarəsində”, yəni Azərbaycan Milli Elmlər Akademiyasında  Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur. 
Bəh, bəh, bəh...
Hələ bu harasıdır ?  Zemfira xanım həm də  AMEA Ekspert Yoxlama Komissiyasının sədridir. 
İndi bildinizmi, məsələ çox uzundur  və yoğundur. 
Yəni 34 yaşlı Seymur Orucov elə-belə gəlib icra başçısı olmayıb. 
Seymur Orucovun özü ilə də bağlı qısaca məlumat verək. 
Ağstafanın icra başçısı Seymur Orucov 1984-cü ildə anadan olub, 2007-ci ildə qayınatası Şəmsəddin Hacıyevin rektor olduğu İqtisad Universitetində magistr dərəcəsi alıb və artıq 2009-cu ildə həmin Universitetin prorektoru vəzifəsini tutub. 
Təsəvvür edirsiniz  o boyda universitetin 25  yaşlı Tərbiyə işləri üzrə prorektoru...
25 yaşında adamın özünün təlim-tərbiyəyə ehtiyacı var, bu kimdir ki, universitetin prorektoru ola ? Kimdir ?
Əlbəttə “Narxoz”un rektoru Şəmsəddin Hacıyevin qızı  Çeşmi xanımın həyat yoldaşı. 
Çeşmi xanımın adı gələn kimi diqqətli oxucuların beynindən  Azəriqaz keçir. 
Yox, Çeşmi xanım  Azəriqazda işləmir. 
Mediadan  bəllidir ki,  Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı, eyni zamanda, Ağstafanın icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın "Azəriqaz"a 115 min manat qazpulu borcu olub.
Mətbuatda Çeşmi xanımın 350 minlik xarici avtomobildə gəzməsi, Maştağada bağça müdiri olması, biznesmen-sahibkar kimi istixana sahibi olması və....Azəriqaza 115 min manat borclu olduğu barədə yazılıb. 
Təsəvvür edin ki, sıravi vətəndaşın 3 manat borcu olanda qışın soyuğunda qazını kəsirlər, amma Çeşmi xanmın 115 min manat borcu olsa da xətrinə dəyən olmayıb. 
Görəsən gənc Çeşmi xanım, yaxud onun 35 yaşlı həyat yoldaşı, icra başçısı  Seymur Orucov  350 min dəyərində avtomobili hansı pulla alıblar ? 
Axı, gənc ər-arvadın maaşı ilə heç velosiped də almaq mümkün deyil. 
Sözün qısası, rəhmətlik Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa. 
Gənc icra başçısı Seymur Orucov  keçmiş sələfi Nizaməddin Quliyevin komandası ilə baş-başa verib Ağstafanı silib-süpürürlər. 
Bəli,  Seymur  Orucov dövlətin ayırdığı  vəsaitləri  öz yaxınlarının şirkətinə ötürür, saxta tenderlərdə  onları qalib elan edir. Bəli, Seymur Orucov da  Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli  keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir. 
Bir sözlə,  Seymur Orucov da  kreslosunda oturtduğu mərhum icra başçısı Nizaməddin Quliyevin yolu ilə gedir. 
Belə yerdə deyirlər ki, aqibətin xeyir, gənc icra başçısı...
Deyəsən səni də  Nizaməddinin  aqibəti gözləyir..
P.S. Yeri gəlmişkən, Azərbaycan  Dillər Universitetinin rektoru  Kamal Abdulla Çeşmi xanımı özünə müşavir təyin edib. Yəqin ki, yaxın zamanda  elmi işini də başa  çatdırar və dosent olar. /Gundelik-baku.com/

Oxşar xəbərlər