Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...
1-11-2021, 16:10
200

Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...

Zöhrab, Cavid, Araz  Səbzəliyev  qardaşlarının “Sobsan” boya  fabriki  

“Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...


Zöhrab, Cavid, Araz  Səbzəliyev qardaşlarına  məxsus  olan  “Sobsan” boya Azərbaycanın ilk  boya fabrikidir.
Şirkət  Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə  500-dən çox işçi çalışır. 
Əslində “Sobsan”  boya fabriki  qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur. 
Bu fabriklə bağlı  daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar ?
İlk öncə ondan başlayaq ki, bu fabrik boya istehsalı zamanı yaranan və  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıdır. 
Adama deyərlər ki, ermənilər işğal olunmuş ərazilərimizdə  çaylarımızı, su hövzələrimizi zəhərləyirdi. 
Onlarla sizin hərəkətlərinizdə nə fərqiniz, cənab Səbzəliyev qardaşları..? 
Milyonları qazanırsınız və ölkənin ekologiyasını zəhərləyirsiniz. 
“Sobsan”  boya fabriki ilə bağlı ən çox şikayət edənlərdən biri isə fabrikdə yanğın baş verəndə ətrafdakı yanan  evlərin  sahibləridir. 
Yanğının səbəbi  fabrikin  sexində baş verən hadisədir. Yəni ətrafdakı yanan  evlər  Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkib. 
Bəs onda  Səbzəliyev qardaşları niyə vətəndaşlara  dəyən zərəri ödəmir ? 
Onu da qeyd edək ki, fabrikdəki güclü yanğını çox sayda yanğınsöndürən maşınlar söndürə bilmirdi. 
Təsəvvür edirsiniz, Səbzəliyeb qardaşları yanğın zamanı onlara dəyən 14 milyon manatdan imtina edirlər.
Buyurun, baxın, FHN-nin rəsmi sənədi: 
“Rəmzi-S” MMC-yə məxsus “Sobsan “ boya fabrikində baş vermiş  yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəymişdir. Dəymiş maddi ziyan SOBSAN üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin  hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
Deməli, 14 milyon manat SOBSAN boya üçün əhəmiyyət kəsb etmir. Bəs görəsən, onda fabrik zərərçəkənlərin qəpik-quruşunu  niyə vermir?
Hətta zərəçəkənlərdən get-gəldən, süründürməçilikdən bezib infarkt keçirənlər də var. 
“Sobsan”nın əməlləri bununla bitmir. 
Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər. 
Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq  nəticə yoxdur. 
Səbzəliyev qardaşları  “yuxarının adamıyıq”  deyib vətəndaşlara hədə-qorxu gəlirlər. 
Bütün bunlar azmış kimi  Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır. 
Üstünə 10 kq  yazılan bir vedrə  boyanın təmiz çəkisi 6  kiloqramdır. Fabrik  boyanın qabının ölçülərini  yuxarıdan və aşağıdan  dəyişərək, alıcıları aldadır. 
“Sobsan” boya”nın sexlərində, laboratoriyalarında  elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır. 
“Sobsan”  boya fabrikinin  sahibləri olan  Səbzəliyev qardaşları  o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər. 
Məsələn, sabiq səhiyyə naziri  Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları  Gülnaz Dadaşovanı  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər. 
Təsəvvür edirsiniz,  bu gənc xanım direktor olan kimi səhiyyə ocağını sanki bazara çevirib. 
Bir sözlə,  “Sobsan”  boya  cəmiyyətimizi öz istədiyi rəngə boyaya-boyaya gedir. /Gundelik-baku.com/

Oxşar xəbərlər