Qarabağ qazisi killer axtarır ?- Ramazan Zeynalova qarşı sui-qəsd sifarişi verən Azər Nadirov kimdir ?
2-11-2021, 17:23
231

Qarabağ qazisi killer axtarır ?- Ramazan Zeynalova qarşı sui-qəsd sifarişi verən Azər Nadirov kimdir ?

Kimlər  Masallıda, ümumiyyətlə, ölkədə  stabilliyi pozmaq istəyir ? 


Son günlərin ən qalmaqallı olaylarından biri, bəlkə də birincisi  Ramazan  Zeynalova qarşı hazırlanan sui-qəsd məsələsidir. 
Qısaca məlumat üçün qeyd edək ki, yayılan xəbərə görə,  daha doğrusu, Masallı rayonundakı “Viləş” istirahət mərkəzinin mühafizə xidmətinin rəisi İkram Tahirovun  dediklərindən bəlli olur ki, özünü Qarabağ qazisi kimi təqdim edən Faiq Eyvazov  ona yaxınlaşaraq  Ramazan Zeynalovun öldürülməsi üçün ortada 100 min manat olduğunu bildirib və xahiş edib ki, pul müqabilində bu işdə ona kömək etsin. Faiq Eyvazov onu da deyib ki, pulu və silahı verən  Azər Nadirovdur. 
Təfərrrüatlara varmadan  qeyd edək ki, guya  Faiq Eyvazovun  Ramazan Zeynalovla  torpaq mübahisəsi olub və s. 
Birincisi, əgər tərəflər arasında torpaq mübahisəsi olubsa, bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr  var. Halbuki  Ramazan Zeynalov  belə bir torpaq mübahisəsinin olmadığını bildirir. Hətta olsaydı belə bu mübahisə silahla çözülmür. 
İkncisi, lap fərz edək ki, Faiq Eyvazov həqiqətən də müharibədə döyüşüb, Qarabağ qazisidir. Məgər Qarabağ qazisi killer-zaddır ki, kiminsə sui-qəsd sifarişinin icrası ilə məşğul olur ? 
Üçüncüsü, sui-qəsdi  Faiq Eyvazova “zakaz”  edən Azər Nadirov kimdir ? 
Bu adam Masallıda stabilliyi niyə pozmağa  can atır ? Buna  sifariş verən kimdir ? 
Dördüncüsü, Ramazan Zeynalov  açıq şəkildə  deyir ki, əgər əks tərəf  dediklərində haqlıdırsa, yığışaq bir yerə, lap telekanala, qoy XALQ KİMİN HAQLI, KİMİN  HAQSIZ OLDUĞUNU görsün. 
Biz  Ramazan Zeynalovun vəkili deyilik və belə məqsədimiz də yoxdur. Amma...
Bu olaydan qan iyi gəlir, bu olaya  sadə yanaşmaq olmaz. 
Azərbaycanın son 1 ildə qazandığı tarixi uğurlar, ölkəmizdəki stabillik, kimlərinsə, hansısa dövlətlərinsə yuxusuna haram qatıb. Məqsəd Azərbaycandakı stabilliyi pozmaq və öz çirkin məqsədlərini həyata keçirməkdir. 
Yəni bu olaya  sadə  bir kriminal məsələ kimi baxmaq olmaz. 
Kimlərsə sifarişlə ölkədəki  kriminogen durumu nəzarətdən çıxartmaq və stabilliyi pozmaq istəyirlər. 
Amma unudurlar ki, ölkədə gecə-gündüz  asayişin keşiyində duran  Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və ən birincisi isə Ali Baş Komandan var. 
Kimin kimləsə problemi varsa, buyursun dövlət qurumlarına müraciət etsin, öz problemini sivil yolla həllinə çalışsın. 
Bir sözlə, bu məsələ çox suları bulandıra bilər. Ona görə də dövlət qurumları  bu məsələni təcili nəzarətə götürməli və ən əsası ölkəmizdəki stabilliyi pozmaq istəyənlər layiq olduğu cəzanı almalıdır. 
Ramazan Zeynalovun dediyi kimi XALQ KİMİN KİM OLDUĞUNU BİLMƏLİDİR. /Gundelik-baku.com/

Oxşar xəbərlər