Müşfiq Ələsgərlinin gizli gəlir mənbələri... - Niyə istintaq orqanları bu zatın əməllərini araşdırmır ?
6-11-2021, 10:27
458

Müşfiq Ələsgərlinin gizli gəlir mənbələri... - Niyə istintaq orqanları bu zatın əməllərini araşdırmır ?

Müşfiq Ələsgərli  bayırda deyil, Kürdəxanıda olmalıdır 


Uzun illər  ərzində  Müşfiq Ələsgərlinin külli miqdarda pul, sərvət qazandığı  gəlir mənbələri hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalı və o, məsuliyyətə cəlb olunmalı, layiq olduğu cəzanı almalıdır. 
Biz Gundəlik-bakı olaraq  Müşfiq Ələsgərlinin gizli gəlir mənbələrindən bir neçəsini  qeyd etməklə ipucu veririk, qalanı isə hüquq-mühafizə orqanlarının üzərinə düşür.  
1.Müşfiq Ələsgərli  hazırda  həbsdə olan rüşvətxor və korrupsioner məmurların “zakaz”ı ilə qəzetləri, saytları susdurmaq üçün onları  reket elan edir və məmurların sifarişini yerinə yetirirdi. Və  “xidmət”inə görə, hazırda həbsdə olan məmurlardan külli miqdarda pul alırdı. Bu gün həmin məmurlar  həbsxanadadır və cəzalarını çəkirlər. Əgər istintaq orqanları istəsələr məmurları danışıdırıb, Müşfiq Ələsgərlinin əməllərini  ortaya qoya bilərlər. Özünü guya jurnalist  həmkarlarının müdafiəçisi kimi qələmə verən Müşfiq Ələsgərli əslində  azad medianın ağzına  daş basmaqla, korrupsioner məmurları müdafiə edib və külli miqdarda haram pullar qazanıb. Tanıdığımız jurnalistlərin əksəriyyəti deyir ki, əslində reketin yekəsi Müşfiq Ələsgərlinin özüdür.  
2. Müşfiq  Ələsgərlinin rəhbəri olduğu  qurum, Jurnalistlərin Həmkarlar İttifaqı  bu illər ərzində həmkarlar xətti ilə nə qədər pul, vəsait alaraq mənimsəyib ?  
3. Müşfiq Ələsgərli təkcə korrupsioner məmurları müdafiə etmirdi, həm də onları “vurdururdu”. Bəli, bu zat “tazıya tut, dovşana qaç”  deyərək, bir əlində 5 qarpız tuturdu. 
Belə ki, Müşfiq Ələsgərli  “himayəsində” olan, özü kimi pul düşkünü  sayt rəhbərlərinə “zakaz” edərək koppupsioner məmurları həmin saytlarda  “vurdurur”, sonra da haray-həşir salırdı, yəni bu adam bir "güllə" ilə 2 yox e, bir neçə məmur vurdururdu, sonra da həmin məmurlardan aldığı böyük məbləğdə pulların hesabına  yazıları sildirirdi. İndi görürsünüzmü, bu adam nə qədər hiyləgər, riyakar birisidir ki, “çörəyini yediyi” məmurları da vurdura bilirdi. Bu adam həmişə deyirdi ki, məmurdan adama dost olmaz. 
4. Məlumdur ki, Prezidentin təşəbbüsü və qayğısı ilə jurnalistlərə  mənzil verildi. Sonradan bəlli oldu ki, mənzillərin bir qismi, kiminsə sürücüsünə, kiminsə katibəsinə, mətbuatla heç bir əlaqəsi olmayan şəxslərə, hətta evi olan kəslərə verilib. Əlbəttə, bunun qarşılığında  Müşfiq Ələsgərli kimilər külli miqdarda pul qazanıb. Bu cinayət əməllərində Müşfiq Ələsgərli  birbaşa KİVDF-nin hazırda həbsdə olan sədri Vüqar Səfərli ilə cinayət ortağı idi. Onda sual olunur ki, Vüqar Səfərli həbsdə olduğu halda Müşfiq Ələsgərli nə üçün məsuliyyətə cəlb olunmur? Onu kimlər müdafiə edir?
Axı, Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar Komitəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi bütün bu mənzil maxinasiyalarında iştirak edib. Müşfiq  Ələsgərli Vüqar Səfərli ilə pulları hansı nisbətdə bölüşüblər? 
Bütün bunlar niyə istrintaq  orqanlarının diqqətindən kənarda qalıb ? 
5. Müşfiq Ələsgərli  məmurlardan aldığı  külli miqdarda haram pullarla kifayətlənməyib, həm də xarici təşkilatların ayırdığı  qrantları  özünün və yaxınlarının  adına olan  QHT-lər  vasitəsilə mənimsəyib. Qoy istintaq orqanları Müşfiq Ələsgərlidən həmin  qrant layihələrinin smeta xərclərini tələb etsin, kimlərə nə qədər maaş yazılıb, pullar necə bölüşdürülüb. Ümumiyyətlə, Müşfiq Ələsgərli həmin pulların hesabatını verə bilərmi ? 
Həmin layihələrin nəticəsi nə olub ? Axı, beynəlxalq təşkilatlar  o boyda pulları boş yerə, havayı vermirlər. Necə deyərlər, havayı pendir ancaq tələdə olur. 
6. Mətbuat Şurası İdarə Heyətinin üzvü  Müşfiq Ələsgərli bəzi məmurların  sifarişi ilə başına özü kimi  bir dəstəni yığıb rayonlara səfərlər edir, yeyib-içib məmurlara bəy tərifi deyirdi və axırda “konvert”ini alıb  qayıdırdı. Həmin “konvert”  verən məmurların  siyahısını niyə müvafiq  orqanlar Müşfiq Ələsgərlidən tələb etmir ? 
7. Müşfiq Ələsgərli  təkcə  Prezidentin sabiq köməkçisi Əli Həsənovun trolu deyildi, həm də onun kitablarının korrektoru olub. Müşfiq Ələsgərli görəsən, bu illər ərzində Əli Həsənovdan  nə qədər “qonorar” alıb ? 
8. Müşfiq Ələsgərli  həm də  peşəkar donosçudur. Həbsdə olan jurnalistlərin əleyhinə  donos ötürdüyünə, işverənlik etdiyinə görə, məmurlar tərəfindən xeyli miqdarda mükafatlandırılıb. 
9. Müşfiq Ələsgərli ona-buna qeybət edir, giley-güzar edir ki, redaktorlar  debatlarda, polemikalarda məni söyür, ünvanıma  hər söz deyirlər...
Bəs sən nə gözləyirdin ? Bəlkə sənin ünvanına xoş sözlər deməlidirlər ? 
Qələmini əlinə alıb Ələskərəm, Bələskərəm deyib, hamıya hədə-qorxu gəlirdin, işverənlik edirdin, buyur, tökdüklərin indi qaşığına çıxır. 
Bütün bunlar Müşfiq Ələsgərlinin  gizli gəlir mənbələri və cinayət əməlləridir. 
Görəsən, bu zatın dalında kim durub, buna kim qəyyumluq edir ki, bu adam Vüqar Səfərli ilə ortada “bir qabdan yeyib, bir zibili qaynadıblar”, amma indi qıraqda gəzir ? 
Niyə Müşfiq Ələsgərli Kürdəxanıda deyil, bayırda olmalıdır ?
P.S Həə, Müşviq bəy əff sərəncamları ərəfəsində çıxardın televiziyaya adımızı çəkərdin, amma indi gecə səhərə qədər sancı çəkirsən. Nə işdi.
/Gundelik-baku.com/

Oxşar xəbərlər