“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun 1200 “dvoyniki” var...- Bu adamın QAŞQA-sına CİNAYƏTKAR yazılıb
10-11-2021, 10:23
262

“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun 1200 “dvoyniki” var...- Bu adamın QAŞQA-sına CİNAYƏTKAR yazılıb

Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, mediada belə bir cümlə saqqız kimi çeynənir: 
HÜQUQ-MÜHAFİZƏ ORQANLARI BUNU GÖRMÜR?
Hüquq-mühafizə orqanları, məhkəmələr Emil Səməndərov kimiləri yaxşı görür, hətta əla görür. Emil Səməndərov kimi cinayətkarlar da ONLARI yaxşı görür, özü də hər il görür, hətta hər ay görür. 
Söhbət  “Proqress-2016”-nın sahibi Emil Səməndərovdan gedir. 
Biz boş və əbəs yerə onun barəsində CİNAYƏTKAR sözünü işlətmədik. Bəli, günahsızlıq prezumpsiyasına görə, məhkəmə hökmü olmadan kiminsə barəsində CİNAYƏTKAR sözü işlənə bilməz. 
Amma atalarımız da deyib ki, GÖRÜKƏN KƏNDƏ NƏ BƏLƏDÇİ...
Əgər şübhəniz varsa, Emil Səməndərovun barəsində müxtəlif illərdə qaldırılmış cinayət əməllərinin siyahısına baxın.
Emil Səməndərov 2017-ci ildə insanların etibarından sui istifadə edərək “Proqress 2016”  MMC-ni ələ kecirmişdir. O buna qədər 100-lərlə insanın etibarından sui istifadə edərək onları aldatmış və haqqında cinayət məcəlləsinin 178.2.4 maddəsi üzrə cinayət işi acılmış bu günə qədər yekunlaşmamışdır. 
Emil Səməndərov  2014-cü ildə dələduzluq əməli törətmiş Sabuncu rayon polisi tərəfindən tutulmuş və bir neçə gün sonra  sərbəst buraxılmışdır. 
Emil Səməndərov barəsində 2015-ci ildə Şirvan rayon məhkəməsi, 2016-cı ildə Sabunçu rayon məhkəməsi, 2017-ci ildə Sumqayıt məhkəməsi,  2018-ci ildə Binəqədi rayon məhkəməsi, 2019-cu ildə Abşeron rayon məhkəməsində bir neçə maddə ilə dələduzluq əməllərinə görə cinayət işinə baxılıb. 
Adamın barəsində nə qədər cinayət işi olar, ey müvafiq dövlət qurumları ? 
Binəqədi Rayon məhkəməsində 100-lərlə insanın aldadılması üzrə ( C.M-nin 178.2.4 üzrə dələduzluq və etibardan su istifadə , küllü miqdarda pulun mənimsənilməsi üzrə ) cinayət işi açılıb. 
Bütün bu cinayət əməlləri ortada ola-ola bu adam yenə  tikinti biznesinə rəhbərlik edir, yenə binalar tikir, yenə vətəndaşları aldadır, yenə 1 mənzili  4-5 vətəndaşa satır. 
Bunları guya hüquq-mühafizə orqanları görmür ? 
Emil Səməndərovun  hesabında hazırda 1200  “dvoynik” var, yəni  bir mənzilə sənədlə sahib olan aldadılmış vətəndaşların  sayı 1200-ü keçib. Sabah bu 1200 insan eyni mənzilin üstündə bir-birini qırsa, kütləvi cinayət hadisəsi baş versə, buna kim cavab verəcək ?
Təsəvvür edirsiniz  vətəndaş borc-xərc aldığı mənzilə gedir və görür ki, orada başqası yaşayır. 
Keçən yazıda Məşədi İbaddan misal çəkmişdik. Bir qızın 2 adaxlısı...
Emil Səməndərovun “komediysında”  1 qızın 1200  adaxlısı var ee...
Aldadılmış sakinlər binaya gedərkən Emil Səməndərov və onun dəstəsi tərəfindən hədə qorxu, şantaj və müxtəlif yollarla susdurulur. Bu şəxs iddia edir ki, buna heç kim heç nə edə bilməz, çünkü onun arxasında duranlar var və onlar onu qoruyur. Bu şəxs çəkinmədən elə hörmətli şəxslərin adını çəkir ki... 
Bu adam hər yerdə  Azərbaycan əsgərinə   06 markalı maşın bağışladığını reklam edir. Amma şəhidin, qazinin evini başqalarına satmağını demir... 
Bəli,  Emil Səməndərovun  Vətən müharibəsi şəhidinin ailəsini aldatması ilə bağlı xəbəri  bütün ölkə mediası paylaşıb. Emil Səməndərov Vətən Müharibəsi şəhidinin  qanuni mənzilini başqasına satıb. 
Qısa məlumat üçün  bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad  Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi  şəhidin ailəsi heç olmasa, Azad  Zeynalovun ödədiyi pulu tələb edir, Emil  Səməndərov isə pulu  qaytarmır. 
Təsəvvür edirsiniz  şəhid  belə iş adamları üçün canını qurban verib. İş adamı isə, heç olmasa, şəhidin pulunu ailəsinə qaytarmır. 
Emil  Səməndərov  2-ci Qarabağ Müharibəsi qazisinə də mənzil atıb. Yəni qazi bu günədək  qanuni mənzilini  ala bilmir. 
Emil Səməndərovun əməllərindən bezən  insanlar mətbuat konfransı, Prezident Adminstarsiyasının qarşısında aksiya keçirməyə hazırlaşırlar. 
Şikayətçilərdən birinin sözü ilə yazını bitirmək istəyirik. 
Belə davam eləsə, qan su yerinə axacaq, Emil Səməndərovun cinayətlərinin qarşısını alın.
Eşitdinizmi, cənab hüquq-mühafizə orqanları... 
P.S Emil Səməndərov kimlərinsə cibinə pul qoyub yanımıza göndərmə, qazinin, şəhidin evini özünə qaytar. /Gundelik-baku.com/

Oxşar xəbərlər