Bərdənin icra başçısı Vidadi İsayev necə ALİM OLDU ?- Vidadi İsayev ancaq rüşvət və korrupsiya “doktoru” ola bilər..
16-11-2021, 15:51
280

Bərdənin icra başçısı Vidadi İsayev necə ALİM OLDU ?- Vidadi İsayev ancaq rüşvət və korrupsiya “doktoru” ola bilər..

İndiki məmurların çoxu  “qırxında öyrənən gorunda çalar”  məsəlini pozaraq, 50 yaşdan sonra hüquq fakültəsini  bitirir, hətta dissertasiya müdafiə edib ALİM OLURLAR. 
Bir soruşan olmur ki, bu boyda dövlət işindən necə vaxt tapıb  elmlə məşğul olmaq, hətta elmi iş yazıb müdafiə etmək olar ? 
Belə məmur-alimlərdən  biri də  Tərtərin keçmiş, Bərdənin indiki icra başçısı Vidadi İsayevdir. 
Bəli, nə qədər qəribə də gəlsə bu adam tarix elmləri namizədi, alimdir. 
Vallahi, bu adamdan soruşsan ki, dissertasiya mövzun nədir, sən hansı mövzuda elmi iş müdafiə etmisən...bilməz. 
Ayə, Vidadi İsayev, sənin elmi rəhbərin  kim olub ? 
Hətta dostlarının dediyinə görə, ospirant, dissertant  Vidadi İsayev  əvvəlcədən pulunu verdiyi rəhbərinə deyib ki, sən allah müdafiə vaxtı mənə sual verən olmasın, biabır olaram...
Və müdafiə vaxtı  dincdurmazlardan biri  Vidadi müəllimə müdafiə etdiyi mövzu ilə bağlı sadə bir sual verib. Və...biabırçılıq onda baş verib. Vidadi İsayev elmi rəhbərinə sarı çevrilərək deyib ki, bəs sən maa söz vermişdin ki, sual-zad olmayacaq...
Tarix institutunun alimləri danışır ki, Vidadinin bu sözündən sonra gülməkdən hamımız ...o məsələ..
Bəli, Vidadi İsayev  tarix elmini bilməsə də rüşvət, korrupsiya  elmini əməlli-başlı mənimsəyib, hətta deyilənə görə korrupsiya doktorudur. 
Nə isə, bu məsələni mövzuya giriş olaraq yazdıq. 
Guya o biri alim-məmurlar Vidadidən yaxşı gündədir ? 
Bəli, Ağdaşda tarix müəllimi işləyən Vidadi İsayevi günün birində götürüb qoyurlar Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri. 
Bax, onda arxivin başına yekə bir daş düşür. Orada nə qədər sənədləri  saxtalaşdırıb, falsifikasiya ediblər, bunu Vidadi müəllim əla bilir. 
Sonra Vidadi İsayev Bərdədə icra başçısının  təhsil, səhiyyə və mədəniyyət üzrə müavini olur. 
O gündən Bərdədə  təhsilin, səhiyyənin  və mədəniyyətin qara günləri başlayır. Vidadi İsayev körpələr  evindəki uşaqların da payına şərik olur. Bu barədə birazdan bəhs edəcəyik. 
Vidadi İsayev  2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olur. 
2011-ci ildən isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Vidadi İsayev  Bərdədə 105 saylı Texniki  Liseyinin direktoru Şamil Şükürovu  o qədər boğaza yığıb ki, yazıq axırda az qala  intihar etmək həddinə çatıb. Yazıq direktor deyirmiş ki, mən  Vidadi İsayevə nə qədər pul verməliyəm, bir gün məni həbs edəcəklər..
Doğrudan da, Şamil Şükürov həbs olunanda bütün baş verənləri istintaq orqanlarına açıb deyib. Amma...
Əmması odur ki, Vidadi İsayev hələ də icra başçısıdıır...
Bərdə ziyalıları öz müraciətlərində yazır ki, Vidadi İsayevin qədim Bərdə şəhərini  qarış-qarış satıb, oğluna obyektlər açdırıb, mədəniyyət ocağının avadanlıqlarını belə sataraq mənimsəyib. 
İcra başçılarının həbsindən sonra kölgəsindən qorxan Vidadi İsayev  hər gün adam gətirib kabinetini yoxladır, “juçok”  axtarır...
Vidadi İsayev o qədər həddini aşıb ki, Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdıb.
Vidadi İsayevdən soruşan lazımdır ki, oğlunu hərbi xidmətdən necə və neçəyə yayındırdın ?
Ona görə də sən əsgər, şəhid, qazi qədrini bilə bilıməzsən..
Vidadi İsayev  Bərdədən olan kadrları işdən qovaraq, kənar rayonlardan özünə kadrlar gətirir. 
Deyilənə görə Bərdə rayon Təhsil Şöbəsinin sabiq müdiri Rəhilə İsmayılovanı  da Vidadi  bezdirib  öldürdü.
Vidadi İsayev  şəhidin  xanımını  qəbuldan qovaraq polislə hədələyib. 
Vidadi İsayev  Bərdədə məşhur  olan çoxillik xan çinarları kəsdirib yerində obyekt tikdirib satdırır. 
Gəlin görək, Vidadi İsayev son illər Bərdədə nələri sökdürüb, nələri məhv edib:
1. Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.
Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin qiyməti 80.000 (səksən min), 40.000 (qırx min) manat.
2. Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və  materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxarıb harasa apardı. 
Belə yerlərin sayı  xeylidir. 

Vidadi İsayev   2017-ci ildə əmr verib  69 həkimin fəaliyyətini dayandırdı. Bir aydan sonra hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi. 
Bu adamdan soruşan olmadı ki, sən səhiyyə nazirsən, kimsən ki, həkimləri işdən qovursan ? 
Bəziləri deyir ki, Vidadi İsayev  gecələr kabinetində nəsə edir…
Hətta Bərdəlilər  Vidadi İsayevin qeyri-qanuni işdə saxladığı katibəsi ilə bir nəfərin  saçyoldusundan da danışırlar…
Vidadi İsayev hətta  44 günlük müharibə dövründə minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarını da mənimsəyib…
İcra başçısı Vidadi İsayevun ən yaxın adamlarından biri də  Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədovdur. 
Onun barəsində ötən yazıda  geniş bəhs etdiyimiz üçün mövzunu uzatmırıq. 
Təkcə onu deyə bilərik ki, az qala min il əvvəl Nizaminin vəsf etdiyi “Bərdə nə gözəldir, necə qəşəngdir, Yazı da, qışı da güldür, çiçəkdir” deyimini Vidadi İsayev dibindən dəyişib və Bərdəni qara günə qoyub. /Gundelik-baku.com/

Oxşar xəbərlər