Tovuzun və Bərdənin sabiq prokuroru Fəxrəddin Məmmədovun topdağıtmaz mülkləri…
25-11-2021, 18:55
174

Tovuzun və Bərdənin sabiq prokuroru Fəxrəddin Məmmədovun topdağıtmaz mülkləri…

Keçmiş prokurorun polis oğlu Şamilin “Delmar  residence”   kompleksində milyonluq villası…
 
Xeyli  müddət  Tovuz rayon prokuroru vəzifəsində çalışan  Fəxrəddin Şamil  oğlu Məmmədov sabiq Baş prokuror  Zakir Qaralovun əmri ilə  2015- ci ildə Bərdə rayonuna prokuror təyin olunmuşdu. 
Məlumat üçün  qeyd edək ki, Tovuzda prokuror işlədiyi vaxtlar  Fəxrəddin Məmmədov  rüşvətxor kimi “ad-san” qazanmışdı. Daha doğrusu, külli miqdarda  sərvət qazanmışdı. Tovuz sakinlərinin dediyinə görə, rayondakı  cinayətkar ünsürlər  həmişə  Fəxrəddin Məmmədovu özlərinə  “krışa” hesab ediblər. 
Fəxrəddin Məmmədov Bərdə rayonunda da eyni yollarla  çalışaraq Bərdə camaatını bezdirmişdi. 
Demək olar ki, Bərdə sakinlərinin dövlət  orqanlarına və Baş prokurorluğa  ünvanladığı  saysız-hesabsız şikayət məktubları axır ki, nəticə verdi. 
Atalar demişkən, su sənəyi suda sınar. 
Bəli, axır ki, rüşvət çanağı  Fəxrəddin Məmmədovun başında çatladı. 
Belə ki, ötən il, 2020-ci ilin yanvar ayında rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Baba Paşayev işində yol verdiyi nöqsanlara, neqativ əməllərinə görə, vəzifələrindən azad edildilər. 
Həmin vaxt  Fəxrəddin Məmmədov  kimlərinsə hesabına cinayət məsuliyyətinə cəlb olunmaqdan güclə yaxasını  qurtara bildi. 
Amma Fəxrəddin Məmmədov unutmamalıdır ki, onun əməlləri istənilən vaxt  araşdırıla bilər. Çünki…
Fəxrəddin Məmmədovdan soruşan lazımdır ki, dövlətdən aldığın  maaşla  sən bu qədər mal-mülkə, sərvətə necə sahib olmusan ?
Axı, ortada əhahəzrət  məntiq var. 
Çünki  Fəxrəddin Məmmədov dövlətdən aldığı maaşı yeməsəydi, içməsəydi, hətta geyinməsəydi, əncir yarpağı ilə kifayətlənsəydi belə, bu boyda mal-mülkü almağa pulu çatmazdı. 
Bildiyimiz qədər  Fəxrəddin Məmmədovun babasından da  xəzinə, sərvət qalmayıb. 
Deməli, sabiq prokuror  ancaq rüşvət və korrupsiya yolu ilə  milyonçuya çevrilib. 
Bəli, Fəxrəddin Məmmədov sözün həqiqi mənasında milyonçudur. Onun  Buzovnada, Patamdartda və Bakının digər sahələrində bahalı mülkləri, villaları var. 
Bütün bunlar azmış kimi Fəxrəddin Məmmədovun polis orqanlarında çalışan oğlu Şamil Məmmədov da əsl oliqarx  həyatı yaşayır. 
Görəsən, bu cavan oğlanda  milyonlar haradandır ?
Yəqin ki, atasının yolu ilə gedir. 
Bəli, prokuror oğlunun Buzovnada, dənizin kənarında yerləşən  məşhur  “Delmar  residence” qapalı villalar kompleksində  3 mərtəbəli  villası var. Və daha nələri var…
Görəsən  cavan polis işçisi olan Şamil Məmmədov bu milyon dəyəri olan  villanı  hansı maaşla, hansı pulla əldə edib ? 
Deməli, Fəxrəddin Məmmədov Bərdədə prokuror olarkən tədbirlərin birində çıxış edərkən görək nələr deyib:
“ Rayon Prokuroru Fəxrəddin Məmmədov öz çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillilərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb”. 
Bərəkallah, yoldaş brakrul…
Deyirsən ki,  dini radikalizm İslam dinində qəbul olunmur. 
Bəlkə, cinayət əməllərini ört basdır etdiyinə görə, qazandığın  milyonları İslam dini qəbul edir ? 
Bəlkə, aldığın rüşvət  İslam dinində halal sayılır ? 
Bəlkə oğlunun milyonluq villası  babanızdan qalıb ? 
Hər şeyin bir zamanı  var, cənab keçmiş “yurist”. 
Sənin də  “delo”nu araşdıran tapılacaq…
Ardı var.. /Gundelik-baku.com/

Oxşar xəbərlər