Gədəbəyin icra başçısının müavini Vəfa Allahverdiyeva BAŞÇI olmaq arzusundadır- XANIM MƏMURUN MİLYONLARI…
30-11-2021, 15:45
195

Gədəbəyin icra başçısının müavini Vəfa Allahverdiyeva BAŞÇI olmaq arzusundadır- XANIM MƏMURUN MİLYONLARI…

Gədəbəyin sabiq  icra başçısı İbrahim Mustafayev Bakıya vəzifəyə gəldi...

Onun sabiq müavini Vəfa xanım isə Gədəbəydə qalıb..


Cəmil müəllim xeyir-dua versə, Vəfa xanım icra başçısı olmaq istəyər...


Bəzi məmurların öz tərcümeyi-halını ciddi-cəhdlə cəmiyyətdən gizlətməsi barədə xeyli yazmışıq.
Dəfələrlə bəzi məmurlardan soruşmuşuq ki, hansı məktəbi bitirmisən, ali məktəbdə oxumusanmı, əsgərlikdə olmusanmı, ixtisasın nədir və s...
Amma təəssüf ki, bu tip suallarımıza bəzi məmurlardan cavab ala bilməmişik. 
Cənab məmurlar, axı, biz sizə özəl suallar vermirik, soruşmuruq ki, neçə arvad almısan, sağ dişin, sol dişin kim olub ? 
Sizlər ictimai fiqurlarsınız, dövlət vəzifəsi daşıyırsınız, deməli sizinlə bağlı məlumatlar cəmiyyətə bəlli olmalıdır. 
Təəssüf ki, Gədəbəyin sabiq icra başçısı, Ramiz Yediyarova da ünvanladığımız bu tip suallara heç vaxt cavab ala bilmədik. 
Ona görə də onunla bağlı özəl araşdırmalara üstünlük vermişdik.
Çünki adam özü ilə bağlı bütün informasiyaları gizlədirdi. Amma cəmiyyətdən qaçmaq, insanlardan nəyisə gizlətmək heç vaxt mümkün olmayıb. İstər Ramiz Yediyarov olsun, istər Kamran müəllim, istər İbrahim müəllim, hər biri Gədəbəydən qazandı və getdi.  
Beləliklə onlar Gədəbəyin icra başçısı olduqları dönəmdə özləri üçün ciddi biznes şəbəkəsi yaratdılar. 
Onların Gədəbəydə rüşvətlə ad çıxarması, meşələri məhv etməsi və s kimi qanunsuz əməlləri barədə mediada kifayət qədər yazılıb.
Ümumiyyətlə, bu gün də Gədəbəy rayonuna kimin rəhbərlik etdiyi bəlli deyildir. Amma Gədəbəydə bir çox biznes obyektləri var ki, həmin obyektlərə Taleh Məmmədov adlı şəxs nəzarət edir. Deyilənə görə, Taleh Məmmədov hansısa vəzifəli şəxsin bibisi oğludur.
Hətta deyilir ki, icra başçılarından birinin dövründə məmurların ürəyi müşavirə otağında partlayıb ölübmüş, bu barədə indi də Gədəbəydə danışılır. 
İndi isə məsələnin digər, görünməz tərəfinə nəzər salaq. 
Gədəbəyə icra başçıları gəlir və gedir. Tikirlər, qururlar, sağ olsunlar. Amma Gədəbəydə 
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olan - Allahverdiyeva Vəfa Valeh qızı adlı bir xanım tanıyırıq. 
Vəfa xanım bu gün də öz vəzifəsində çalışır.  Düzdür Gədəbəy RİH-nə bir neçə aydır təyinat yoxdur. Rayonu Vəfa xanım idarə edir və başçı olmaq uğrunda "ölüm-dirim" mübarizəsi aparır.
Xeyirli olsun. Bu məqamda Vəfa xanıma bir sual vermək istəyərdik. Vəfa xanım başçı olmağa iddialısınızmı? Amma Vəfa xanım icra başçısı olmasa da o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özü üçün rayonda əməlli-başlı  biznes şəbəkəsi qurub, az vaxtda böyük sərvətə və kapitala sahib olub. 
Vəfa xanımın obyektləri Gədəbəydə adla deyilir, barmaqla göstərilir.
P.S Gədəbəydən gələn bal, qaymaq, pul, hər şey uşaqların atası Cəmil müəllimin əlində birləşir. /Gundelik-baku.com/

Oxşar xəbərlər