ADPU-da Cəfər Cəfərovla Riyad Rüstəmlinin “təhsil biznesi”…- Rektorun köməkçisi tələbə qızlara necə “yol tapır” ?
1-12-2021, 15:38
786

ADPU-da Cəfər Cəfərovla Riyad Rüstəmlinin “təhsil biznesi”…- Rektorun köməkçisi tələbə qızlara necə “yol tapır” ?

Pedoqoji Universitet, yoxsa Əli Həsənovun, Səttar Möhbalıyevin, Cəfər Cəfərovun və Riyad Rüstəmlinin “biznes  oylağı”..?

Riyad  Rüstəmli  bəzi tələbələr vasitəsilə  müəllimləri necə şantaj edir ? 

Azərbaycan Dövlət Pedoqoji Universitetin ( ADPU ) rektoru Cəfər Cəfərovun və köməkçisi  Riyad Rüstəmlinin əməlləri tələbələr və müəllim kollektivi arasında  ən çox müzakirə mövzusudur.
 
Yazının başlığında adı olan  digər şəxslərə keçməzdən öncə  Səttar Möhbalıyev məsələsinə aydınlıq gətirək. 
Hamı  düşünə bilər ki,  “APİ”   hara, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK) və Milli Məclisin deputatı Səttar Möhbalıyev hara ? 
Məlumat üçün qeyd edək ki,  Möhbalıyevlə  Prezidentin sabiq köməkçisi Əli Həsənov qudadırlar. 
Və “APİ”nin rektoru Cəfər Cəfərovla Əli Həsənov isə tələbə yoldaşı və yaxın dostdurlar. Cəfər Cəfərovun rektor təyin olunması da Əli Həsənovun “xeyir-dua”sı ilə olub. 
İndi bildinizmi, Səttar Möhbalıyev “APİ”də necə lövbər salıb ? 
Bu hələ ip ucudur. Görək Səttar Möhbalıyev uzun illərdir ki, “APİ”də nələr törədir. 
Deməli, Səttar müəllimin yaxın qohumu Vaqif  Əliyev  “APİ”də həmkarların sədridir. 
Bu bilirsiniz nə deməkdir ?
Vaqif  Əliyev  universitetdə  fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin  sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olmalı, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək etməlidir. 
Bəs  Möhbalıyevin qohumu Vaqif Əliyev nə edir ? 

“APİ”nin “profkomu” neçə ildir universitetin müəllimlərinin adına torpaq sahəsi alaraq kimlərəsə satmaqla məşğul olub. 
Belə ki, Vaqif Əliyev  Səttar müəllimin köməkliyi ilə müəllimlərin adına  hektarlarla bağ sahəsi almış və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyənlərin və başqa şəxslərin adına sənədləşdirmişdir. O torpaqları hasara almış, üstündə villa və obyektlər tikdirərək satmışdır. 
Bu hələ harasıdır ? 
Vaqif  Əliyev  müəllimlərin adına  80  manata aldığı güzəştli  “putyovkalar”ı  kənar şəxslərə  300-500 manata satıb. Onun bu əməllərini o qədər uzatmaq olar ki…
Müəllimlər şikayət edəndə isə, Vaqif Əliyev hamıya fəxrlə deyir ki, dalımda  Səttar müəllim durur, mənə kimsə  heç nə edə bilməz. 
Vaqif Əliyev müəllimlər üçün nəzərdə tutulan maddi yardımları qohumlarının adına yazaraq mənimsəmişdir. 
Bu adam Yeni ildə, Novruz bayramında kollektivin adına nə qədər pay-hədiyyə sənədləşdirib satıb...
“APİ”də qanunsuz olaraq  ixtisar  olunan 4 müəllim infarkt keçirib, bəlkə  Vaqif Əliyev onların pozulmuş hüququnu müdafiə edib? 
Vaqif  Əliyevin bu əməlləri rektor Cəfər Cəfərovun gözü qarşısında baş verir? 
Görəsən rektor niyə bu boyda cinayət əməllərinə susur?
Çünki şərikdirlər. 
Vaqif  Əliyevin bu işlərdə “pomoşniki” Riyad Rüstəmlidir. 
Bəli, rəsmi vəzifəsi  rektor Cəfər Cəfərovun köməkçisi olan Riyad  Rüstəmli bəzi tələbələrin əli ilə müəllimləri şantaj edir. 
Hansı müəllimlər ki, ora-bura şikayət edirlər, narazılıqlarını bilıdirirlərsə,  Vaqif  Əliyev  həmin anda Riyada deyir ki, BAŞLA…
Və Riyad  Rüstəmlinin  şantaj maşını işə düşür, bəzi tələbələr  müəllimlər barəsində rektora müraciətlər edir, müəllimlər guya pul tələb edir-filan…
İndi gördünüzmü, Səttar müəllimin qohumu Vaqif Əliyev  “APİ”də nələr törədir…
Riyad Rüstəmli  təkcə Vaqif  Əliyevin  tapşırıqlarını yerinə yetirməklə məşğul olmur. Onun özünün də “APİ”də biznesi var. 
Bəli, rektorun köməkçisi Riyad Rüstəmli tələbələrin imtahanlarını özü və rektor üçün şəxsi biznesə çevirib. 
Kimlərin kəsiri varsa, qayıbı varsa, Riyad  Rüstəmlini görməli, onunla bazarlıq etməlidir. 
Köməkçi  Riyad  Rüstəmli  hətta müəyyən güzəşti olan tələbələrə də GÜZƏŞTƏ getmir. 
Hətta şəhid ailələrinin övladları üçün də bu adam güzəşt-zad anlamır. 
ADPU-da imtahanların, kəsirlərin, qayıbın qiymətini rektorun köməkçisi  Riyad  Rüstəmli müəyyən edir. 
Hətta Riyad  Rüstəmli  qayıb, kəsir  məsələsindən gənc tələbə qızlara “yol tapmaq”  üçün  istifadə edir. 
Bir sözlə. “APİ”də təlim-TƏRBİYƏDƏN söhbət gedə bilməz. 
Biz hələ  Cəfər Cəfərovun savadlı müəllimləri işdən uzaqlaşdırıb, arvadının kəmsavad qohumlarını “APİ”yə doldurmasından,  Əli Həsənovun tapşırığı ilə PA-dan qovulan əməkdaşları “APİ”yə kafedra müdiri götürməsindən uzun-uzadı bəhs etmək istəmirik. 
Təkcə onu qeyd edək ki, rektor Cəfər Cəfərov  2-ci Qarabağ müharibəsində şəhid olmuş əsgərimizn tələbə bacısına  təhsil haqqında güzəştə getmir. 
Daha nədən danışaq..? /Gundelik-baku.com/

Oxşar xəbərlər