Əlikram Hümbətovun, Viktor Polyaniçkonun dostu Rəfael Eyvazov .. - O, Əli Həsənovun köməkliyi ilə Sumqayıt Tibb Kollecin direktoru oldu…
6-12-2021, 12:53
209

Əlikram Hümbətovun, Viktor Polyaniçkonun dostu Rəfael Eyvazov .. - O, Əli Həsənovun köməkliyi ilə Sumqayıt Tibb Kollecin direktoru oldu…

Direktor  dərs  satır, qayıb satır, tenderi satır…

Haqqında bəhs  edəcəyimiz Sumqayıt Tibb Kollecinin direktoru  Rəfael Eyvazovun kimliyinə və keçmişinə bir nəzər salaq. 
Deməli, Rəfael  Eyvazov 1956-cı ildə Masallı rayonunda  anadan olmuşdur. 
İki il  kənddə  sovxozda  fəhlə işləyəndən sonra  Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur.
1981-ci ildə Tibb Universitetinin "müalicə işi" fakültəsini bitirmiş və Rusiyanın Kaluqa vilayətinə həkim kimi internaturanı keçməyə təyinat almışdır.
1984-cü ildə təyinat müddəti bitmiş və o, Bakıya qayıdaraq Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda baş laborant kimi işləmişdir.
1990-92-ci illərdə  Həkimləri Təkmilləşdirmə İnstitutunda assistent kimi fəaliyyət göstərmişdir.
1992-ci ildən Lənkəran Dövlət Unuversitetində əvvəl tədris işləri üzrə rektorun müavini, sonra prorektor işləmişdir.
1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 2001-ci ildə oranı bitirərək hüquqşünas ixtisasını da almışdır.
2017-ci ildə “Əməkdar həkim” adını almışdır. 
Bura qədər  olanlar rəsmi məlumatdır. 
Birincisi, ondan başlayaq ki,  həkim-alim olan  Rəfael Eyvazovun nəyinə lazım idi ki, 42 yaşında  Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq ? 
Heç bir məntiqə sığımır ee…
Görəsən Bakıda  adicə assistent  olan  Rəfael  “doxtur”  necə oldu ki, birdən-birə Lənkəran Dövlət Universitetinə  ( LDU ) tədris  işləri üzrə prorektor təyin olundu ?   
Axı, LDU  müəllim hazırlayır, Tibb Universiteti  deyil…
Bəs  “doxtur”  Eyvazova  göstərilən bu boyda etimad nə ilə bağlı idi ?
1992-ci ili bir anlıq gözünüzün önünə gətirin. 
“Oyuncaq Talış Muğan Respublikası”nın  “qlava”sı Əlikram Hümbətov  öz kadrlarını ora-bura yerləşdirir.
Bəli, Rəfael  Eyvazov da  Əlikramın  kadrı kimi LDU-da prorektor olur. 
Rəfael  Eyvazovun  başqa bir “iri dostu”  da var idi. 
Yəqin yaşlı nəsil Viktor Polyaniçkonu xatırlayır. 
Polyaniçko  1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi, sonra  Qarabağda təşkil olunan xüsusi komitənin başçısı olub, Əlikramla yaxın olublar. 
Eyni zamanda  Rəfael Eyvazov  Polyaniçkonun şəxsi həkimi olub. İndi bildinizmi  “doktor”un Rusiya ilə hər cürə, biznes və digər əlaqələri var. 
Beləliklə  LDU-da prorektor kimi çalışan Eyvazov  Əlikram həbs olunanda və  Polyaniçko  qətlə yetiriləndən sonra özünə  təzə dostlar axtarıb. Və tapıb. 
Rəfael Eyvazovun  təzə dostu   Prezidentin o zamankı köməkçisi  Əli Həsənov olub. 
Beləliklə  Rəfael Eyvazov yenidən vəzifə sahibi olmaq istəyib. Və onun bu arzusunu Əli Həsənov reallaşdırıb. 
Beləcə, həm də Əli Həsənovla quda olan Rəfael Eyvazov Sumqayıt Tibb Kollecinin direktoru olur. 
Bu adam hər yerdə deyir ki, mən ziyalıyam, aliməm, həkiməm, mənə rüşvət almaq yaraşmaz. 
Amma  cənab Eyvazov hər şeyə pul kimi baxır, müəllimlərə dərsi pulla satır,  tələbələrə qayıbın birini 4 manata satır. Bir sözlə, başını açıb nə gəldi satır. 
Rəfael  Eyvazov  kollec direktoru olmaqdan daha çox  biznesmen, restoranlar sahibi kimi tanınır. 
Rəfael Eyvazov kollecdə ölü canlar da saxlayır. Söhbət təkcə müəllimlərdən, tələbələrdən getmir ee…
Deməli, sabiq  səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Hə, indi gələk mətləb üstünə. 
Deməli, yuxarıda qeyd etdiyimiz kimi dövlət külli miqdarda vəsait qoyub təkmilləşmə kursları üçün yeni bina-korpus tikib, müasir tələblərə cavab verən auditoriyalar yaradıb. Ancaq bunun xeyrini kollecin direktoru  Rəfael Eyvazov görür. Çünki təkmilləşmənin quruca  adı var. Hər şey kağız üzərindədir. Təkmilləşməyə  gələn tibb işçiləri “aylıq”larını  direktora verir və heç kursun üzünü də görmürlər. Təsəvvür edirsiniz, Sumqayıt  boyda şəhərin  tibb işçiləri  bütün il boyu kollecdə kurs keçirlər, guya ki, Allah qoymasa, təkmilləşirlər.  Əslində kursa gəlməmək üçün hər ay direktora 200 manat ödəyirlər.
İndi isə keçək  “doxtur”un başqa biznesinə…
Deməli, Rəfael Eyvazov  nizamnamə kapitalı 5 manat, 3 manat, hətta 2 manat olan MMC-ləri tapır və onlarla  tender keçirib müqavilə imzalayır. 
Təsəvvür edirsiniz  2 manat nizamnamə kapitalı olan MMC nə iş görə bilər ?
Bu MMC-lər  qeydiyyatdan keçəndən  bir həftə sonra tenderə buraxılır. 
Bu MMC-lərin heç bir işçi qüvvəsi yoxdur. 
Yəni hər şey kağız üzərində  gedir. 
Beləcə kollecin direktoru  8 MMC  ilə müqavilə imzalayıb işə başlayır. 
Guya kollecdə abadlıq-quruculuq işləri gedir, guya kollecə inventarlar alınır, guya nə isə...
Beləcə dövlətin ayırdığı  milyonlar mənimsənilir.
Bütün bunlardan bezən müəllim və tələbə kollektivinin  xeyli  müraciətindən sonra Səhiyyə Nazirliyi kollecdə yoxlamalara başlayır  və  direktor  Rəfael Eyvazov  “şiddətli töhmətlə”  canını qurtara bilir. 
Amma çoxları bilmədi ki...
Bəli, Rəfael  Eyvazov  ondan şikayət edənlərə deyir ki, siz məni 100 min manat ziyana saldınız...
Sözün qısası,  Rəfael Eyvazov  kollecə öz özəl şirkəti kimi baxır. O ürəyi istədiyi vaxt işə gəlir, gedir. 
Bir sözlə, Əli Həsənovun dostu və qohumu Eyvazov kolleci sanki bazara çıxarıb…
P.S Rəfael Eyvazov, siz bilirsinizmi ki, ikinci ali təhsil alandan bəri sizin kollecə rəhbərliyiniz, qeyri qanunidir. Bu haqda sonra. /Gundelik-baku.com/

Oxşar xəbərlər